Şəmsparə (8-ci bölüm)

Müəllif: Antikvar
Şərhlər: 6
Baxılıb: 6 368
Səs ver:
(səs: 3)
Yox, mən yuxu görürəm.. Hə, hə... bu kabusdur. Sadəcə kabus.. Ya da yox. Mən yıxılmışam. Berika məni atıb üzərindən. Bir dəfə də belə olmuşdu. Yıxılmışdım. Sonra hər gecə kabus görürdüm. Indi də elədir. Mən yıxılmışam, indi də yatmışam və qorxudan kabuslar görürəm. Ayılacağam , hər şey keçəcək. Gözlərimi bərk- bərk sıxdım. Ehtiyyatla açdığımda Zaharın yerə dikilmiş baxışlarını gördüm.
- Zahar? Sən...Sən nə dediyini anlayırsan. Orada sən və mən idik.
- Şəms.. anla. Mən bir şey edə bilmirəm. əlim qolum bağlıdır. Dedi qoduların qarşısını almaq gücündə deyiləm. Bizimkilər belə eşitdi.
- Nəyi eşitdi? Sən nə danışırsan? Mən neynəmişəm ki? Zahar sən onlara deyə bilərdin ki, səninlə birlikdə görüb.
- Dəlisən sən? Onlar bizim görüşdüyümüzü bilmirdi. Elə bilirdilər ayrılmışıq.
- Nə? Mən .... inana bilmirəm. Allahım bu nədir? Bu yaşadıqlarım zaraftdır.. Uğursuz bir zarafat,
- Şəms, gəl buralardan gedək. İkimizdə.
- Nə?
- Hə, qaçaq buralardan.
- Niyə axı? Mən günah iş görməmişəm Zahar, Mən heç nə eləməişəm.
- Amma hamı elə demir.
- Hamıdan mənə nə! Sənə nə! Biz ki bir birimizi tanıyırıq. Valideynlərimiz bizi tanıyır. Niyə günahkar kimi qaçmalıyıq ki!
- Şəms anlamırsan. Mənsəni tanıyıram bilirəm ki, mənimlə idin orada, amma hamı səni onunla gizli görüşüb...əstafurulla
- Nə əstafurulla. Nə danışırsan sən? Qulaqlarıma inana bilmirəm. Zahar mən.. mən səni tanıya bilmirəm. Sənin xəbərin var ki, məni onunla evləndirmək istəyirlər.
- Nə?
- Hə. Eşitdiyin! Bilirsən nə var... mən onunla evlənəcəyəm
- Şəms ağlına gələni danışma.
- Yox.. yox evlənəcəyəm onunla. O səndən cəsarətli çıxdı. Mənim adımdan ləkəni götürmək üçün evlənməyə razı oldu. Məni tanımır heç.. başa düşürsən sən. Tanımadığı insanın namusunu təmizləmək istəyir. Mən heç nə eləməmişəm. O buna inanır, amma sən , məni tanıyan. Məni sevdiyini iddia edən insan deyirsən ki, sizi görüblər. Sən...sən dünyada gördüyüm ən alçaq kişisən.
Üzümdə hiss etdiyim istilikdən başa düşdüm ki, Zahar məni vurdu. O anda susdum. Şokdan ayılmış kimi oldum. Sonra yenidən məni uqcaqladı.
- Səni heç kimə verən deyiləm. Heç kimə. Mənimsən.. İndi get evə, mən evdəkilərlə danışmağa gedirəm. Nə olur olsun, həll edəcəyəm.
Deyəsən başqası ilə evlənəcəyimi deməyimlə Zaharı ayıtlmış oldum. İtirmək qorxusunu yaşamışdı. Çünki qətiyyətli idi. Onu sevirdim. Ona görə az əvvəl məni yad insan kimi qınaması, danışması məni əsəbiləşdirmişdi. Əslində o qədər qarışıq duyğular içində idim ki.. Bir tək bildiyim, Amalla evlənə bilməzdim. Mən onu tanımırdım. Həm artıq bütün yaşadıqlarımda onu günhakar bilirdim. O əgər ora gəlməsəydi, orada olmasaydı yəqin ki, bütün bunlar yaşanmazdı.
Evə gəldiyimdə anamla Əzizə üstümə cumdular. İkisi eyni anda danışdığından və beynim dumanlı olduğundan nə dediklərini anlamırdım. Sadəcə yanlarından keçib otağıma qalxırdım. əhlizdə Amalla qarşılaşdım. Mənim düz gözlərimin içinə baxırdı. Gərgin idi. O anda sadəcə onu təhqir etmək, vurmaq, bütün bu yaşadıqlarımın hirsini ondan tökmək istəyirdim. Sakit tərzdə dayanması məni lap dəli edirdi.
- Mənim namusumu təmizləmək sənə qalmayıb. Mən pis bir əməl törətməmişəm ki, onu təmizləmək sənə qalsın. Çıx get. Səninlə heç vaxt evlənməyəcəyəm.
Amal susurdu. Gicgahında görünən damarlardan əsəbiləşdiyini görürdüm, amma susurdu. Susması ilə mən lap dəli olurdum.
- Səninləyəm. Deyirəm çıx get həyatımızdan. Lənət olsun. Sənin üzündən oldu hər şey. Niyə gəldin!? Niyə?! Artıq özümü saxlaya bilməyib onu sinəsinə yumuruqlarımı vururdum. Taqətdən düşüb ağlamağa başladım. Hönkürtümə anamla Əzizə gəldilər. Amal hələ də nə birn şey deyirdi nə də tərpənirdi. Elə bil buz kəsmiş heykəldir. Məni otağıma qaldıranda pillərərdən qalxdıqca ona baxırdım. Bütün nifrətimlə. Bilirdim ki, günahı yoxdur, amma bu yaşdıqlarım o qədər ağır gəlirdi ki, kimisə günahkar çıxarmalıydım. O isə donmuş vəziyyətdə baxışlarını qaldırmadan yerə baxırdı. Yenidən bərk yatmışdım. Ayılanda gecə yarı idi. Səssizlikdən başa düşdüm ki, hər kəs öz otağına çəkilib. Ayın işığı pəncərədən otağımı yüngün işıqlandırırdı. Qaranlıqda əşyalarımın yerini seçə bilirdim. Yerimdən qalxıb eyvana çıxdım. Havam çatmırdı. Elə bil Maskatda ən isti gecədir. Nəfəsim daralırdı. Uşaq vaxtı gizlənmək istəyəndə, kimdənsə küsəndə həmişə eyvanın küçncündə əyləşər oradan həyəti seyr edər yuxulayardım. İndi də küsmüşdüm. Hər kəsdən hamıdan ən çox da özümdən. Mən pis bir iş etməmişdim. Zahara əlimdən tutmağa icazə verməyən mən, indi adımın şəhərdə pis adla yayılmasını seyr edirdim. Necə olmuşdu, niyə olmuşdu deyə öz özümə müzakirə edəndə üzərimdə baxışlar hiss etdim. Qaranlıqda həyətdə kimsə var idi. Siqaret közündən görünürdü. Tərpənmədən mən də gözümü közün arada bir yanmasını seyr etdim. Bilmirəm niyə amma bunun amal olduğunu düşündüm. Çünki, bizim evdə çəkən bir babam idi o da sadəcə qəlyan çəkərdi. Niyə bunu edir? Yaxşı lap mənim günahım var, o niyə özünü qurban verir. Nə bilir. Bəlkə mən doğrudan ailəmə xəyanət etmişəm, bəlkə doğrudan adımı ləkələmişəm niyə tanımaığı birini özünə arvad seçirdi. Anlam verə bilmirdim. Amma incidirdi. Həm də çox incidirdi. Yad birinin mənə bu qədər inanmasına inciyirdim. Sevdiyim insan tərəddüd edərkən o mənə inanır, saflığıma inanır. Başımı dizlərimin arasında gizlətdim. Yerimdə yumurulanıb oturmuşdum. Eləcə də yuxuya getmişdim. Səhər ayılanda hyər yerim tutulmuşdu. Yenə də evdə heçş kim oyanmamışdı. Xadimələrin səsini eşidib başımı qaldırdığımjda Amalı elə dünən dayandığı yerdə gördüm. Ağacın dibində çökmüş göyə baxırdı. Nə düşünürdü bu adam. Neynəmək istəyirdi. Ayağa qalxıb həyətə düşdüm. Gəlib düz onun qarşısında dayandım. Məni görəndə ayağa qalxdı. Bilmirəm nə qədər susduq, amma baxışlarındakı soyuqluq qarışıq istilik var idi.
- Kimsən sən? Niyə gəlmisən? Niyə bunu edirsən?
- Mən Amal.
- Mənimlə oyun oynama.
- Nə istəyirsən?
- Şəms.
- Adımı çəkmə. Sənə qadağan edirəm.
- Şəms!
Amal mənim tonumdan özü də tonunu qaldırmadan səsini sərtləşdirdi. Bəlli idi ki, onunla sərt danışmağım xouşna gəlməmişdi.
- Dedim ki, adımı çəkmə.
- Mən də dedim ki, Şəms!
- Sən axmaqsan.
- Hə, burada düz dedin. Məncə də mən axmağam.
- Onda çıx get.
- Səndən soruşası deyiləm.
- Bu nə cürət!
- Şəms, keç evə!
- Sən kimsən ki, mənə əmr edirsən. Nə sayırsan özünü.
- Dedim ki, keç evə!
Aramla və sərtliklə deyilən sözlərdən əsəbiləşdiyini gördüm. Mən Şəms dil altında qalaram heç.
- Keçmirəm. Ev mənimdir özüm bilərəm. Sən burada heç kimsən!
Amalın üz mimikasından qorxmadım desəm yalan olar. Yenə gicgahında görünən damarlar, yumuruq kimi sıxılmış əl və tərpənən çənəsi nə dərəsəcəd əsəbiləşdyini göstərirdi.
- Şəms, keç evə qızım.
Atamın belə deməsi ilə diksindim. Geri dönüb – Ata, mən....
- Dedim ki, keç evə. Amalla söhbət etməliyəm.
Amala baxmadan yerimdən elə götürüldüm ki, az qalsın qaçırdım. Geriyə dönüb – Mən onun arvadı olmayacağam. Mən günah iş görməmişəm ki, kimsə də mənim olmayan günahımı yusun.
- Şəms!
Atam ilk dəfə idi səsini mənə yüksəldirdi. Nə danışdılar bilmirəm. Atamın əlini onun çiyninə qoyub başı ilə nəyisə təsdiqləməsi məni qorxudurdu.
Neçə gündür atamdan qaçırdım, amma bu gün onunla danışmalı idim. Belə olmaz deyə düşünürdüm. Bu bir neçə gündə nə Zahardan səs ətər var idi nə evdəkilərdən. Otağımdan çıxmırdım. Yeməyi otağıma qaldırırdılar, gündə sadəcə bir dəfə yeyirdim, o da yıxılıb qalmamaq üçün. Bu saat ən az istədiyim şey xəstələnmək idi. Mən atamla danışmaq istəyərkən o özü otağıma gəldi.
- Şəms.
- Gəl, ata.
- Necəsən?
- .....
- Şəms bir az söhbət etməliyik, amma sakit qarşıla hər şeyi.
Budur, deyəsən qorxduğum başıma gəlirdi.
- Ata, and içirəm bütün əzizlərimizin canına, sənin başını aşağı edəcək heç bir əməl etməmişəm.
- Şşş.... sakit ol. Bilirəm.. And içmə.
- Onda yalvarıram, məni Amalla evləndirmə.
- Yaxşı.
- Nə?
- Sən deyən olsun.
- Ata, minnətdaram, çox sağol...
Atamı elə bərk qucaqladım ki, az qalsın onu boğacaqdım. Amma onun sakitliyi məni yenə də sevinməyə qoymadı.
- Yaxşısan?
- Bacının nişanının qaytarmaq istəyirlər. Babanın ortaqları isə geri çəkilir. Bunları da bil. Səni heç nəyə məcbur edə bilmərəm. Sadəcə hər şeydən agah ol istədim.
Əlini çənəmə qoyub gülümsəyərək hər zaman arxandayam, seçimin nə olur olsun. Amma fikrimi bilmək istəsən, söhbətə hazıram.
Atamın dedikləri məni məhv etdi. Elə bil məni ürəyimdən bıçaqladılar. Seçimi mənə buraxdı. Evlənməyə bilərəm, amma qarşılığında babam və bacım, ümumilikdə ailəm. Yatağımda donub qalmışdım. Zahardan səs çıxmamağı isə məni lap çökdürüdü. Yenə özüm evdən çıxıb onun evinə tərəf yönəldim. Yolda məni görənlərin baxışlarını vecimə almamağa çalışsam da əzizlirdim. Adətə ənənələr bu qədər ağır idi.. Yox.. ağır olan dedi qodunun qubanı olmaqdır. Zaharın evinə yaxınşlanda az qalıdım qapıya dayanıb bərk bərk döyəm. Evin qarşısnda dönüb dolaşa dolaşa qaldım. Bilmirəm nə qədər müddət orada gözlədim. Zaharı qarşımda görəndə diksindim.
- Sakit, mənəm, burada neynirsən, gəl gedək.
Evin arxasında bağda dayanıb əllərimi qoynumda saxlamışdım.
- Səndən xəbər gəmlədi.
- Mənə bir az vaxt lazımdır, düşünməyə.
- Anlamadım. Nəyi düşünüəcəksən?
- Şəms, sakit ol qulaq as.
Bu aralar ancaq eşitdiyim bu söz idi. Sakit ol və qulaq as. Artıq nifrət edirdim bu sözlərə
- Eşidirəm.
- Şəms, mən ata anamı qarşıma aldım danışdım.
- Və?
- Şəms sənin adın başqası ilə çıxıb, mənimlə olsaydı bəlkə də atam və anam.
- Nə?
- Sözümü kəsmədən qulaq as
- Bir dəqiqə dayan! Zahar, orada o lənətə gəlmiş yerdə sən idin Amal yox. Sən məni qucaqlayanda o qadın görmüşdü. Bunu bilə bilə adın başqası ilə çıxıb nə deməkdir.
- Şəms.
- Sus! Bir kəlmə belə demə. Lənət olsun sənə. Sənə olan sevgimə!
- Yox, Şəms, elə danışma. Yalvarıram. Sənsiz yaşaya bilmərəm. Səbr et, yalvarıram. Amalla evlənmə. Mən yaşaya bilmərəm. Sadəcə səbr et. Bir az döz. Söz verirəm
- Anlamırsan. Mənim zamanım yoxdur.
- Yox, Şəms. Getmə. Sadəcə bir az. Sonra əbədi birlikdə olacağıq.
Budur. Yenə seçim qarşısında qaldım. Həyatım boyunca bu qədər ağrını duymamışdım. Bu qədər çarəsiz olmamışdım. Hər kəs seçimi mənə qoyur. Bəs mən nəyi seçəcəkdim. Qurban olmalıydım? Məni məcbur etmirdilər. Ailəm nə olur olsun arxamdadır, bəs mən özüm.. Mən neynəyəcəyəm?

Müəllif: Lili SH
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 6 368
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri