Şəmsparə (9-cu bölüm)

Müəllif: Antikvar
Şərhlər: 5
Baxılıb: 5 438
Səs ver:
(səs: 1)
Nə qədər müddətdir burada oturmuşdum bilmirəm. Amma evdən, şəhərdən uzaq qalmağa ehtiyacım var idi. Heç bura necə gəlib çıxdığımı bilmirəm. Amma bomboş ərazi, qumlar, və külək. Düşüncələrimi ayırd etməyə yardımcı olurdu. Səhralıq.. Elə burada tanış olmuşdum Zaharla. At çapan dəlisov gənc adam. Mənim kimi çılğın biri. Mən yaraşığaönəm verənbiri deyildim, amma Zahar olduqca yaraşıqlı idi. Ilkdəfə onun üzünü görməmişdim, sadəcə qarşımda atı çapmağı ilə məni heyran etmişdi. Berika məni üzərindən yıxanda yaxınlaşmış yardım etmişdi. Eləcə hərgün bu səhrada görüşürdük. Fikirlərimiz üst üstə düşməsə də dəlisovluğu ilə könlümü qazandırmışdı. Mən axırıncı kursu bitirmək üçün universitetə gedəndə 3 gün sonra gəlib univesitetin qarşısında dayanmışdı. O gün bu gün birlikdə bir ylu getməyə söz verdik bir birimizə. Onu sevirdim. Ona bağlanmışdım. Gələcəyimi sadəcə onunla təsəvvür edirdim. İndi isə bilmirəm ki, sabah necə olacaq. Mənə gözləməyimi deyir. Gözləsəm, ailəm kənarda qalacaq. Bacıma bunu necə edəcəyəm. Mənim üzümdən nişanı qaytaracaqlar. Sonra nə olacaq? Zaharla evlənsəm, Amal da getsə buralardan. Cammatın ağzı yumulacaqmı? Yox. Əksinə söz söhbət daha da baş alıb gedəcək. Zərrə qədər də vecimə deyil. Tək düşündüyüm atacağım addımın həm özü üçün həm ailəm üçün yaxşı bitməsi idi. Bu isə deyəsən çətindir. Qurban mütləq olmalı idi. Qərar verə bilmirdim. Gözləyim ya yox. Bəlkə sadəcə bualardan çıxıb gedim. Nə Zahar, nə ailəm, nə də o.. Ardıma baxmadan çıxıb gedim. Offf...
- Berika, neyniyəcəyəm mən? Dilin olsa da sən də mənə söz desən.....gəl gedək, evdəkilər narahatdır...
Evə gələndə anam qapıda məni gülümsəyərək qarşılasa da üzündəki məyusluğu sezməmək mümkün deyildi.
- Əhməd bizdədir. Əzizə ilə danışır.
Gözlərimi yumdum. Yəqin ki, üzüyü gətirib. Bacım mənə nə desə haqlıdır. Onu yaşadığı ilk həyəcanının məhv etmişdim.
- Qapıda dayanma keç.
Bilmirəm niyə, amma geri dönüb anamdan onu soruşdum.
- Bəs o haradadır?
- Sənin xəbərin yoxdur. Burada qalmır. Söz söhbət baş alıb getməsin deyə otelə köçüb.
- Lap yaxşı.
Əzizənin qapısının ağzında dayanıb içəri girib girməmək üçün tərəddüt etdim. Dəli şeytan deyir keç içəri, Əhmədi başa sal ki, Əzizənin günahı yoxdur. Mənim eləmədiyim səhvimin günahını ona ödətməyin. Amma edə bilmədim.....otağıma keçən kimi yenə də öz sevimli məkanım eyvanın kencünə keçdim. Orada yumulub oturdum. Bəlkə bir ümid........bəlkə mən dorğudan kabus görürəm. Yenə düşüncələr məni bu dünyadan ayırmışdı. Otağın qapısının açıldığını hss etmədim. Əzizə qarşımda oturub düz üzümə baxdı.
- Yenə küncdə gizlənmisən.
- .....
- Şəms.
- Bağışla...
Sakit və aramla dediyim sözdən sonra hönkürtümü saxlaya bilmədim. Elə bil illərdir ağlamırdım.
- Ey, sakit ol.. Ağlama, hər şey yaxşıdır. Əhməd üzüyü qaytarmadı...
- Üzümü ovcumdan çəki onun gözlərinə baxdım.
- Necə? Qaytarmayıb? Bəs atam axı dedi ki..
- Hə, ailəsi qaytarmaq istəyir, Əhməd isə gəlmişdi deyə ki, nə olur olsun mənimlə evlənəcək. Onu bu olan bitən maraqlandırmır. Şəms, mənə sevdiyini ddi. Təsəvvür edirsən, əlim ayağım boşaldı həmin an.
Sevincimi həddi hüdudu yox idi. Şükür ki, heç olmasa bu işdə hər şey qaydasında gedirdi. Əzizəni bərk bərk qucaqlayıb yenə də ağlayırdım.
- Necə oldu, ailəsi qəbul etmirsə..
- Dedi ki, ailəsinin qarşısına alıb. Onlara deyib ki, ya mənim qərarıma hörmətlə yanaşın ya da yox bilin. Təsəvvür elə.. Mən bunu gözləmirdim.
Əzizənin adına çox sevinmişdim. Həddindən çox, amma indi daha çox üzüldüm, çünki, Əhməd sadəcə vur tut 1 həftə olar Əzizəni tanıyır və ona aşiq olmuşdu. Əzizənin sevgisi üçün ailəsini qarşısına almışdı. Bəs Zahar? Illərdir bir birimizisevə sevə bu cəsarətsizlik deyildimi...Yenə qaranlıq dünyama qərq oldum. Sevgidən kor olmaq buna deyirlər yəqin. Hər şey düzəlirdi bəlkə. Iki, üç gün də beləcə keçmişdi. Heç kim mənə dəyib toxunmurdu. Ümid edirdm bəlkə şəhərdə səs küy azala, amma yox əksinə omanda eşitməyən qalmamışdı. Zaharadan isə yenə səs soraq yox idi. Otağımda kitabımı oxuyurdum ki, aşağıdan səslər gəldi. Qonaqlarımızın kimliyi mənə maraqlı gəldiyindən pillələrin başında dayanıb aşağı boylandım. Bu Omanın ən yükəsk vəzifəli insanları və şeyxləri idi. Onların bizə təşrif buyurması nadir hallarda olardı. Ya byaramlarda babanın təşkil etdiyi şənliklərdə ya da məcslislərdə. Bu adi gündə buraya təşrif buyurmaları hər kəsin təəcübünə səbəb olmuşdu. Evimizdə iki qonaq otağı var idi, biri babanın və atamın iş görüşmələrinin olduğu gizli yer. Onlar oraya girdisə heç kim daha narahat etməməlidir. Bu dəfə də elə oldu. O otağa girmələri ilə ürəyimdə narahatlıqlar daha da baş qaldırdı. Geriyə döndüyümdə anamla Əzizəni gördüm. Onlar da narahat idi. Bəlli idi ki, eyni şeyi düşünürdük. Bilmirəm niyə, amma hiss edirdim ki, bunun mənimlə əlaqəsi var. Otağıma keçmədən pillələrdə oturdum. Əzizə də yanıma gəlib əyləşdi və məni qucaqladı. Otaqdan səs gəlməməsi adamı lap dəli edərdi. Anam dəhlizdə o başa bu başa gdərkən, Əzizə narahatlığımı sezib məni daha da özünə tərəf sıxdı. Onun qollarında rahat olurdum. Əzizə məndən cüssəli idi. Bədən quruluşundan atama bənzəyirdi. Nə vaxt ki, Əzizə məni qucaqlayar elə bil atamın qollarında idim. Başımı onun dizlərinin üstünə qoyub heç nə düşünmədən dayanmışdım. Və birdən qapı anidən açıldı.
- Əbdül kişi. Buraların adəti var, ənənəsi var. Biz dedik.
- Mən də sizə dedim. O istəməsə heç kim zorla heç nəyi elətdirə bilməz.
- Abdulla kişi, o buralara sonradan gəlmədir. Amma sən bilirsən ki, adətlər.. Hələ sənin kimi birinə heç yaraşmaz.
- Bəylər, qərarımızı sizə bildirərik.
- Məncə düşünməli bir şey yoxdur.
- Dedim ki, qızım istəməsə heç bir yerə getməyəcək.
Atamı belə hirsli heç vaxt görməmişdim. Əsəbdən titrəyirdi. əlini sol qoluna aparıb ovxalaya ovxalaya danışması isə Əzizə ilə diqqətimizi çəkdi. Qorxduğumuz başımıza gəldi.
- Əbdül kişi!
- Əbdül!
- Ata....

Xəstəxana dəhlizində gedib gələn həkimlər, tibb bacıları. Nə çarə.. ayılmırdı.. Əgər ona bir şey olsaydı, mən həmin anda sadəcə ölümü düşünürdüm. Sadəcə ölümü. Dəhlizin başında yerə çökən anam, ürəyini sıxan babam, ağlamaqdan içini çəkən Əzizə..bütün bunların səbəbkarı mən. Anamın yerdən dik qalxıb o biri başa qaçmasına ayağa qalxdıq hamı. Kiməsə yalvarırdı sınıq salxaq ingilis dili ilə.
- Oğlum, yalvarıram, kömək elə. Sən ürək həkimisən. Yalvarıram. Bir şey elə, xilas elə onu.
Amal gəlmişdi. Yenə Amal.... Özünü həkimlərə təqdim edib içəri keçdi. Əməliyyat neçə saat davam etdi bilmirəm. Amma səhərə az qalırdı. Qapı açlanda isə üzündəki yorğunluğu görməmək mükün deyildi. Yorğun olsa da divara söykənib anama baxıb gülümsədi. Həmin o təbəssüm bizə həyat bəxş etdi. Anam Amalı necə qucaqlayıb ağladısa mən də Əzizə ilə özümüzü saxlaya bilmədik. Amala yaxınlaşıb təşəkkür etmək istədim. sakitcə başımı yellədim. O da əvəzində eyni hərəkəti edib babamın yanına getdi. Atam artıq yaxşı idi. Amma pəhrizlər, soyuqdan istidən qorumalar əsəbiləşdirəcək söz söhbətdən kənarda saxlamaq. O qədər diqqət etmək üçün xırdalıqlar da var idi ki, qorxurduq. Atacağımız addımlardan qorxurduq. Ən çox da mən. Atamın əməliyyatı da sakitliklə qarşılanmamışdı. Dedi qodular sadəcə yönünü dəyişmiş bu dəfə "kürəkəni qaynatasının həyatını xias etdi” "qızının adaxlısı olmasaydı kişi çoxdan getmişdi” "yəqin ki, tezliklə toydur” kimi sözlər yayılırdı. Artıq yolun sonundakı divara dirənmişdim. Buradan o tərəfi yox idi.

- Şəms... Şəms... Şəms
- Zahar, gözlə gəlirəm.
Pillələri enəndə içimdə bir ümidə düşdüm. İnşAllah Zahar bu işi çözmüşdür və inşAllah rahat nəfəs alacağam. Berikanın yanında görüşdük yenə də. Hər zaman olduğu kimi Berika yenə narahat halda kükrəməyə başladı. Onu sakitləşdirməyə səbrim çatmadı.
- Neynədin? Nə vaxt gəlirlər sizinkilər?
- Şəms.. elə darıxmışdım ki..
Məni qucaqlamaq istəyəndə geri çəkildim.
- Deyəsən başıma gələnlərdən dərs almamısan. Bəs deyil yaşadıqlarım.
- Bağışla, sadəcə darıxmşdım.
- Neynədin onu denən. Artıq mənim üçün vaxt daralır.
- Yox, dedim axı, gözlə.
- .....
- Şəms, yaxşısan? Eşidirsən məni? Şəms elə donmuş halda dayanm, qorxudursan
Zaharın artı bir kəlməsini belə eşitmək istəmirdim. Artıq qərarımı vermək vaxtım çatmışdı. Gözləmək...Gözləsəydim nə dəyişəcəkdi?
- Şəms, inana mənə...
- Zahar, kifayətdir. Həyatını yaşa. Daha mən yoxam.
Oradan uzaqlaşanda Zaharın ardımca gələcəyini düşündüm. Nə bilim bir ümid. Bəlkə gələr, tuar qolumdan deyər "Yox, getmə, elə bu gün bizimkilər sizə gələcək.” Amma yox. Olmadı. Artıq qərarımı vermişdim buralardan gedəcəkdim. Atamla danışıb bir müddətlik buralardan uzaqlaşacaqdım. Amma necə deyəcəyimi bilmirdim. Evə gəldiyimdə sakitlik var idi. Bizim səs küylü, gülüşlərlə dolu evimiz artıq solmuşdu. Ancaq kədər, bədbinlik, xəstəlik, fikirlər və düşünəcələrlə dolu idi. Qapının ağzında əyləşib evə baxırdım ki, yenə ağacın dibində evə baxan Amalı gördüm. Mənim eyvanıma baxırdı. Yenə də çəkə bilmədiyi siqaretini ciyərlərinə çəkir və öskürürdü. Bu adamın gizəmliyi nə idi bilmirəm. Haradan almışdı bu cəsarəti. Sadəcə bir həftədən çoxdur gələn adam necənci dəfə idi ki, bizi xilas edirdi. Ilk əvvəl babamı sonra atamı. Ona mən də borclu idim artıq. Bilmirəm nə cəsarətlə, hansı istəksizliklə ya istəklə. Hansı qarışıq duyğularla ona yaxınlaşmaq istədim. Əlini cibinə atıb sarı yaylığı çıxardanda dayandım. Bu mənim baş örtüm id. Onda nə gəzirdi bilmirəm. Amma yaylığıma baxıb əlində sıxıb yenidən cibində gizlətməsi məni lap çaşdırmışdı. Bu adam neynəmək istəyir? Geri döndüyündə məni gördü. Eləcə dayanıb bir birimizə baxdıq. Uzun uzun....səssiz...səmirsiz. . Düşüncələrimizlə danışırdıq sanki. Niyə deyə verdiyim sualı, baxışındakı istiliklə cavab verirdi. Necə oldu bilmirəm, amma həyətdəki oturacaqda yanbayan əyləşib eyni nöqtəyə zillənmişdik. Huzur var idi bu insanda. Qəribə narahatlıqla yanaşı dəhşətli dərəcədə huzur.
- Yalvarıram, get buralardan. Qayıt Bakıya.
- Sən neynəyəcəksən?
- Mən dəgedəcəyəm. Uzaqlara.. bir müddətlik, ya da həmişəlik.
- Bəs o?
- O istəsə gələr. Əgər həqiqətən sevirsə gələr.
- Səncə sevirsə getməyinə izn verməlidir.
- Yox. Əgər sevirsə, nə olur olsun mübarizə aparmalıdır.
Daha heç nə soruşmadı. Axşama qədər sakitcə əyləşdik. O gündən sonra gedəcəyini düşündüm. Amma getməmişdi. Əksinə. Səhəri əlində bir dəstə gül qapının ağzında dayandı.
- Bu nədir?
- Dedin ki, əgər sevirsə nə olur olsun mübarizə aparmalıdır. Mən də səni atandan istəməyə gəlmişəm.

Müəllif: Lili SH
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 438
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri