Şəmsparə (10-cu bölüm)

Müəllif: Antikvar
Şərhlər: 6
Baxılıb: 5 272
Səs ver:
(səs: 1)
Qapının yanında donub qalmışdım. Ağzım açıq olanları seyr edirdim. Anam elə gülərüzlə qarşıladı ki, Amalı elə bil illərdir görmədiyi doğmasıdır. Əzizə mənə göz vuraraq içəri keçdi. Ya hamı dəli olmuşdu, ya mən.. Amal atamla danışanda dözməyib içəri keçdim. Etriazımı bildirəcəkdim. Atam Amalın əlini sıxıb gülərüzlə mənə tərəf dönəndə dünya başıma yıxıldı. İndi mən neyniyəcəkdim. Atamın bu vəziyyətində ona istəmədiyimi necə deyəcəkdim.
- Gəl qızım.
Razılıq verilə bilməzdi, axı atam sırf mənim istəyim olmadan kiminləsə evləndirmək istmədiyi üçün infarkt olmuşdu. İndi heç nə olmamış kimi məni ona verə bilməzdi.
- Şəms, niyə orada donmusan, gəl bura.
- Mən sizi tək buraxım.
Amalın bu alicənablığı məni dəli edirdi. Adam bu qədər mədəni, düzgün olmaz. Mümkün deyil. O otaqdan çıxan kimi atam məni yanına çaərdə yenə.
- Yaxın gəl qızım, gəl, otur. Söhbət edək ata bala.
Səssizcə gəlib yanına oturdum. Balaca uşaqlar kimi başımı onun dizinin üstünə qoyub uzandım. O da saçlarımı sığal çəkərək danışmağa başladı. Bu artıq iki tərəfli söhbət deyildi. Bu sadəcə atamın arzularının danışdığı bir söhbət idi.
Sən balaca olanda sənə Şəmsparə deyirdim. Yadında?
- Hə.
- Bilirsən niyə elə deyirdim?
- Niyə?
- Şəms günəşdir, parlaq, isti. İşıq mənbəyidir. Sənsə o qədər dəcəl idin ki, ananla məni üzürdün. O zaman o işıq, o parıltı görünmürdü gözümüzə. Elə ki, yuxuya gedirdin dizlərimdə eynən günəş kimi par par yanırdın.
- Hə, qarabuğdayı günəş.
Bu sözə ikimizdə gülmüşdük. Atamın səsində gülüşü eşitməkdən ötəri o qədər darıxmışdım ki. İstəyirdim daima mənə görə gülsün. Heç vaxt üzülməsin.
- Nə vaxt dəcəllik edib bizi incidirdin, onda olurdum şəmsparə. Yəni günəşdən bir parça. Amma başımı uca elədikcə parladın gözümdə, hər gün bir az daha.
- Bəs indi? İndi Şəmsəm ya Şəmsparə.
- Sən hər zaman mənim Şəmsimsən. Nə olur olsun. Bilirəm ki, günəş kimi parlaqlığına heç kim ləkə ata bilməz. Sən xoşbəxt edənin ayaqlarının altına başımı qoyaram.
- Ata!
- Bunu valideyn olanda anlayacaqsan. İnsan övladının dırnağına zərər gəlməsin deyə canını uf demədən verər. Hələ sənin kimi övlada.
Başımı qaldırmırdım, amma çiyinlərimin əsməsindən başa dülürdü ki, ağlayıram. Necə ağlamayım. Bu qədər olanlardan sonra belə, atam mənimlə fəxr edir, məni hər şeydən qoruyurdu. İndi də uzun zamandır solan çöhrəsində Amal təbəssüm yaratmışdı.
- Amalın gəliş ziyarətini yəqin bilirsən?
- ....
- Demişəm və deyirəm də. Sənə nəyisə zorla elətdirən deyiləm. Amma məncə düşün.
Dişlərimi sıxıb nəfəsimi tutmuşdum. İçim qan ağlayırdı. Axı mən onu sevmirdim. Könlüm başqasında idi. Və o da mənə sadəcə gözləməyimi deyirdi. Hə, məni məcbur etmirdi heç kim. Amma atam axı xoşbəxt idi, Amalın bu hərəkətindən. Gözümün yaşının axsa da səsimi çıxarmırdım, dözə bilməyib içimi necə çəkdimsə atam məni lap bərk qucaqladı.
- Yaxşı, Şəms. Başa düşdüm. Get dincəl.
Üzümə baxmadan, məyus halda deyilən bu sözlər deşdi ürəyimi. Yenə gülümürdü. Yenə itdi təbəssümü. Ayağa qalxıb ağır addımlarla qapıya yaxınlaşdım. Getmirdi ayaqlarım. Elə bil üzərimdə ağır yük var idi. Geriyə dönüb sadəcə atama baxıb, qapının dəstəyini sıxdım.
- Sən istəyisən bu izdivacı?
Sualım ani olmuşdu deyəsən. Atam başını aşağı salıb, içini çəkdi. Yavaşca başını təsdiq mənasında yellədi. Budur. Mənim üçün həyatım bitdi. Artıq mən deyə bir şey yox idi. Artıq Şəms yox idi Qara buludlar aldı günəşin qarşısını, qərq oldum qaranlığa.
- Yaxşı, sən necə istəyirsənsə elə də olacaq.
Atam yerindən qalxıb, axsayaraq yanıma gəldi. Alnımı öpüb, gülümsədi.
- Mənə söz verdi. Səni xoşbəxt edəcəyinə canı bahasına and içdi.
Hə.. biri gəlir, uzaqlardan..Səni xoşbəxt edəcəyinə dair canına and içir. Amma canını tapşırmaq istədiyi insanın ürəyi kimdədir onu maraqlandırmır. Nağıllarda olur belə insanlar. Axı o nağıldakı qəhrəmanım deyildi. O insan idi, kişi idi nəticədə. Bu insan necə güvənir. Bəlkə doğrudan mən Zaharla birlikdə olmuşam. Necə inanır təmiz olduğuma. Heçmi qüruru yox idi. Ya....ya doğrudan da canı qədər....yox.. Mən sevmirdim. Və sevməyəcəkdim də. Əsla.. Əsla...
* * *
Maskatda yeni xəbərlər də işıq sürəti ilə yayıldı. Abdulla bəyin nəvəsi Azərbaycanlı gənc həkimlə evlənir. Inana bilmirdim. Elə bil ailəmin üzərinə örtən qaranlıq buludlar artıq çəkilirdi. Hə.. çəkilmişdi. Hamısı bir tək mənim üzərimə yığılmışdı. Yağış ancaq dayanmadan mənim üzərimə yağırdı. Anlamırdı heç kim. Mənim qəlbim boş olsaydı bəlkə də haradasa ona öyrəşə bilərdim. Amma mənim ürəyim Zaharla döyünürdü. Hər nə idisə də sevdiyim idi. Ilk həyəcanım, ilk sevgim. Hamı cəsarət mücəssəməsi olacaq deyə bir şey yoxdur. Zahar, kor da ola bilərdi, əlil də ola bilərdi, lal da ola bilərdi. Amma mən onu sevirdim. Bütün müsbət və mənfi xüsusiyyətləri ilə. Bacım, anam keçəcək deyirdilər. Hə, acı keçəcək, amma o axı orada məskən salmışdı. Zahar artıq qəlbimdə yaşayırdı. Yəqin ki, toy xəbərləri artıq ona da çatıb. Bəlkə də hələ də inanmır, şayə olduğunu düşünür. Hərçənd nə fayda..Bundan sonra gəlsə belə nə fayda? Mən sözümü vermişdim. Mən atama vəd vermişdim. 1 həftə içində Əzizəyə toy eləyəcəkdilər. Sonra da mənə. Əzizənin toy gününə qədər evdən çıxmadım. Bacımın ən əziz günündə heç bir işinə əl atmadım. Heç özüm üçün də heç nə eləmirdim. Anam üstümə çox getmədi. Nə də olsa bu işə atama görə hə dediyimi bilirdilər. Toy axşamı Əzizənin otağında otumruşduq. Xınası bitmişdi. Yatağında uzanıb son dəfə gəlinliyini geyinməyinə baxırdım. Səhərə heç bir əksiklik olmamalı idi. Çox gözəl idi. Amma geyimdən deyildi gözəlliyi. Əzizə xoşbəxt idi. Üzündəki təbəssüm qəlbinin, ruhunun huzurunun göstəricisi idi. Toy paltarı olaraq nə geyinir geyinsin Əzizə gözəl idi. Əzizəyə baxıb dizlərimi yataqda qucaqlamışdım. Bu bir həftəni heç kimlə danışmırdım. Bir tək atam üzülməsin deyə onu görəndə gülümsəyir, heç nə olmamış kimi davranmğa başlayırdım. Amma o atadır. Hiss edirdi. Bilirdi ki, mən özümü məcbur edirəm. Fikrilərimdən məni anamın əli ayırdı. Açıq qoyduğum saçlarıma sığal çəkərək.”Mənim gözəl Şəmsim” deyə pıçıldadı.
- Sən də yoxla gəlinliyini. Nəyisə bəyənməsən dəyişək.
- Yaxşıdır qalsın.
- Axı heç görməmisən.
- Narahat olma ana, zövqünə şübhəm yoxdur.
Gülümsəməmə anamın gözündən axan yaş mane olmadı. Heç kimə acıqlı deyildim. Bir tək özümə və Zahara.
- Şəmsim, quzum.. sən belə elədikcə içim parçalanır. Nə dinirsən, nə danışırsan. O deyib gülən şəmsin yerinə gələn adamı tanımıram.
- Narahat olma ana, yaxşıyam.
Süni gülüşümə davam edərək deyirdim. Yorğun idim. Göz qapaqlarım qeyri ixtiyari ağır ağır qalxıb enirdi. Artıq hər şeyi dumanlı görürdüm. Əzizənin yatağında yuxulamışdım. Gecə yarı ayıldığımda bir tərəfimdə Əzizəni digər tərəfimdə anamı gördüm. Balaca vaxtım yadıma düşdü. Gecə göy gurultusundan qorxanda Əzizənin yanına qaçırdım. Anam isə bizim yanımıza gəlib yatırdı. əzizə qorxmurdu deyə onların aralarında yatırdım. Və bir xasiyyətim var idi. Hər ikisinin paltarından yapışırdım, varlıqlarını hiss etmək üçün. Onların xəbəri olmadan yavaşca paltarlarından yapışardım. Sanki gedəcəklər mən qoymuram kimi. Bu gün də onu elədim. Bir tərəfdən anamın digər tərəfdən Əzizənin paltarını yavaşca ovcuma aldım. Qəribə bir huzurla doldum. Anamım "heç böyüməmisən” deməsinə ikimiz də gülümsündük. Başımı onun sinəsinə sıxıb daha da nazlandım. Indi uşaq olmaq vardı. Nə istəyirdim eləyirdim. Ağlağan uşaq deyildim. Amma elə ki, susdum, böyüklər başımda pərvanə olurdulat. Küsdüyümü bilirdilər. Mən danışıb gülüm deyə nə istəyirdim eləyirdilər. "kaş ki, böyüməzdik” dediyimdə anam da mənə qısıldı. Əzizəni oyatmaamaq üçün yavaşca pıçıltı ilə "Bu sözümü unutma, heç vaxt. Bir gün gerçək sevginin nə olduğunu anlayacaqsan. Amma bu yad biri yox, elə yanındakı insan olacaq. ” Anamın nə dediklərini artıq dərk edə bilmirdim yuxu aparırdı məni.
- Şəms...Şəms, yatdın? Ehh qızım.. Sən hələ də anlamırsan ki, atanla mənim taleyimi yaşayırsan.

Müəllif: Lili SH
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 272
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri