Şəmsparə (12-ci bölüm)

Müəllif: Antikvar
Şərhlər: 7
Baxılıb: 5 275
Səs ver:
(səs: 3)
Toy bitmiş, hər kəs öz evinə yollanmışdı. Səsli sədalı toydan geriyə qalan səssiz gecədə yenə öz eyvanımda küncdə əyləşib gizlənmişdim. Bütün fikirləri qatlayıb kənara qoyub doyunca rəqs etdiyim gecədə də hər şey məhv olmuşdu. Bir gülüş və bir göz yaşı arasındakı ömrüm. Biri sevdiyin digəri sadəcə ailəmə görə, atama görə seçdiyim insan. Birində ümid digərində məhv olan gələcək. Zaharı elə görməklə bütün bədənim titrədi. Onu ağlayan heç vaxt görməmişdim. Axı məndən vaz keçməmişdi. Sadəcə gözləməyimi istədi. Mən isə gözləmədim, gözləyə bilmədim. Sevirdim hə. Canımdan çox sevirdim. Zahar mənim üçün dünya olmuşdu. Amma qismətim ola bilmədi. Qolu ilə gözünün yaşını silib getdi...mənə isə sadəcə Amalla üz- üzə qalıb Zaharın arxasınca baxmaq qaldı. Baxışlarımın zilləndiyi nöqtə Amalın diqqətini çəkdiyindən bir anlıq duruxub geriyə döndü. Ehtiyyatla döndüyü hər halından bəlli idi. Görmək istəmədiyi insanı görmək qorxusu....Heç kimi görmədiyindən yenidən mənə zillənmişdi. Dözə bilməyib çıxdım oradan, bacım sağollaşana qədər toya girmədim bir daha. Ağlamırdım artıq, çox üzülmürdüm. Öyrəşmişdim hər şeyə. Amma bu evlilik gerçək olmayacaqdı. Heç vaxt ola bilməzdi. Başqasının sevə- sevə özgəsinə təslim ola bilməzdim. Bunu nə Zahara nə özümə nə də ona edə bilməzdim. Otağımın qapısını açıldığını eşitdim, amma gələnin anam olduğunu düşünüb boylanmadım. Səslərdən anamın tək olmadığını bildim, amma yenə də maraqlanmırdım. Dizlərimi büküb üzümü gizlətmişdim. Çiynimə qoyulan əldən başımı qaldırdım. Bu Gülsüm xala idi. Ayağa qalxıb yanında dikəldim. Çaşqınlıqla ona baxdım.
- Anan dedi ki, burada olacaqsan. Deyəsən Əzizənin gedişi sənə çox pis təsir edib.
Qadın neynəməyə çalışırdı. Əzizənin gedişi haqqında danışmaq sadəcə bəhanə idi. Uşaq deyildi qarşımdakı. Nəyinsə düz getmədiyini sezmişdi.
- Əyləş, elə bura yaxşıdır- deyib yerdə oturdu. Yanında əyləşdim. Heç nə danışmadan həyətə zillənmişdik.
- Amalı mənim yanıma gətirəndə balaca idi. Ata anasının ölümündən xəbər tutmuşdu, amma o balaca boyu ilə, yumuruq boyda ürəyi ilə elə dik dayanmışdı ki, məni utandırırdı. Amalın balaca bacısı da var idi. Mənim isə....mənim isə bir qızım... Sənin yaşlarında olardı...əgər yaşasaydı... – Qadın danışdıqca boğulurdu. Gülən gözlər yaşla dolurdu. Boğazında yekə bir şey qalmışmış kimi udqunub sözünə davam etdi.
- O gecə mən həm qızımı həm yoldaşımı itirdim. Amal isə bacısını anasını atasını. Çətin idi...inanılmaz dərəcədə çətin. Amma o dözdü. Xatırlamıram deyir, amma hər il həmin qəzanın baş verdiyi gecə yatmır. Kabuslar görür dayanmadan. Uşaqlıqdan gördüyü kabuslar indi onu məhz həmin gecələr yatmağa qoymur. O hər şeyi xatırlayır, amma məni incitməmək, özünü sındırmamaq, ağlayıb sızlamamaq üçün deyir ki, heç nə yadımda deyil. Halbuki.....- qadın artıq özünü saxlaya bilməyib ağlaya ağlaya danışdı. Biganə qala bilmədim.. Mən də ona qoşulmuşdum. Göz yaşı kipriklərindən damırdı: - Halbuki...o balaca Amal cəsədlərin içində qalmışdı həmin gecəni.. onu tapanda anasına sığınmış bacısının əlini tutmuşdu. Səssizcə dayanıb... Qadının hönkürtüsünə bədənim ürpərdi. Axı bunları mənə niyə danışırdı?
- Yəqin deyirsən bu qoca qadın buları niyə indi deyir mənə. – bir anlıq duruxdum. Qadının fikirlərimi oxuyurmuş kimi o dəqiqə reaksiya verməsi məni çaşdırdı.
- Qızım, Amal mənim üçün dünyadır. Əgər o gülsə, xoşbəxt olsa mənim əlimi kəssələr belə uf demərəm. Başımı onun yoluna qurban verərəm. Bu illər ərzində tək təsəllim o idi. Onun böyüməsini seyr etmək, oxumasını, univeristetə qəbul olmasını əsgərliyindən qayıtmasını gözləmək.
Qadın danışıb ara bir susduqca atamı xatırladırdı. Doğma övladı deyildi, amma doğması olsaydı bu qədər olardı ancaq.
- Indi də xeyir işini görmək nəsib oldu. Həmişə düşünürdüm ki, Amala toy etsəm çağıracaq bir qohumum belə yoxdur. Kimsəsiz olacaq balam, amma indi sənin ailənin ona düşkünlüyünü görüncə anladım ki, o artıq tək deyil. Ailəsi var.
Gülsüm xalanın sözləri ürəyimdən vururdu. Amala yazığım gəlidi artıq, amma bu heç nəyi dəyişdirmirdi axı.
- Mən sənin də onu sevdiyini düşünmüşdüm.
Gözlərimi yumdum. Düşündüyüm gerçək olmuşdu. Gülsüm xala anlamışdı.
- Amal mənə heç nə deməyib. Amma sənin gözlərin səni ələ verir. Ürəyi açıq qızssan ki, gözlərindən nə hss etdiyin oxunur. Mən işaq deyiləm. Niyə olub bütün bunlar bilmirəm. Tərəddüt etdim. Nə yalan deyim bu izdivaca qarşı çıxmaq istədim. Oğlumun xoşbəxt olmasını istəyirəm. Madəm ki, sevmirdin gərək hə deməzdin. Amma ailənin ona qarşı mehribanlığını sevgisini görüb düşündüm bəlkə....bəlkə sən də bir gün..
- Gülsüm xala, xahiş edirəm.
Onun davam eləməsini istəmirdim.
- Yaxşı...Amma onu incitmə..
Kim kimi incidirdi.. Mən heç kimə zərər verməmişdim. O isə gəlişi ilə hələ bir elçi gəlməsi ilə məni incitdi. Ailəmdən qoparır.
* * *
Budur necə keçdi bilmirəm, amma toy günü səhəri açılmışdı. Bütün gecəni yatmamışdım. Tavana zillənib baxırdım. Sübh çağı evdə xadimələrin ayaq səslərini eşitdim. Artıq yata bilməyəcəyimi anlayıb Berikanın yanına getdim. Ondan da ayrılacaqdım. Toydan sonra Amal məni Bakıya aparacaqdı. Berikanın yanına gedəndə Amalı gördüm. Sübh çağında onun burada nə işi vardı. Gün hələ doğmamış Berikanın yanına gəlib. Hələ üstəlik Berikanı sığallayır, o isə səssizcə dayanmışdı. Şokdaydım. Ayağımın altında xışıldayan samanın səsinə Amal dönüb mənə baxdı.
- Demişdin ki, qalıcı deyilsən. Yadında? Amma gprdüyün kimi mənimlə dostlaşdı.
- ....
- Nə vaxta qədər danışdırmayacaqsan?
- .....
- Şəms.
- .....
- Başa düşürəm çətindir sənə, amma belə davam edə bilməz. Bu gün toyumuzudur və biz
- Biz deyə bir şey yoxdur, olmayıb, olmayacaqda..
Oradan necə sürətlə uzaqlaşmışdımsa ayağımın altında qalan daşı görmədim və yıxılmışdım. Sürətim çox olduğundan yerə də bərk dəydim. Bir anlıq ayağa qalxa bilmədim. Ayağımın ağırdığın hiss etdim. Güclə yerdən qalxanda kiminsə çiynimdən tutub qaldırdığını hiss etdim. Bu yekə əlləri ilə az qala qolumu qopardacaq Amal idi.
- Haran dəydi?
- Yaxşıyam burax qolumu
Uzaqlaşmaq istəyəndə ayağımı yerə basa bilmədim. Acıdan ağızmdan çıxan səsə ala qaranlıqda üzümün aldığı mimika görünməzdi.
- Nə inadsan sən...dayan baxım ayağına.
- Uzaq dayan...yaxınlaşma.
Yenə ayağımı yerə basacaqdım ki, dayana bilməyib yıxılacaqdım. Amal isə cəld tərpənərək məni tutmuşdu. Belimdən elə yapışmışdı ki, elə bil yenə qaçacaqdım. Üz üzə dayanıb mənə baxırdı. Ona bu anda yaxşıca bir sillə vurmaq istədim. O isə məni qucağına aldı.
- Ey, burax neynirsən? Burax dedim sənə.
- Çırpınma ayağına baxacam eləcə.
- Burax səninləyəm! Qoy yerə məni!
- Mənimlə əmr formasında danışma.
- Sən kimsən axı mənimlə bu....
- Bu gündən həyat yoldaşın...
- .....
- Hə, Şəms xanım indi sakit otur və tərpənmə.
Sözlər mənə təsir etməmişdi, deşib keçmişdi ürəyimi. Həyətdəki oturacağa oturdanda isə gözlərim doldu və özümü saxlaya bilməyib ağladım. Amalın başı aşağı olduğundan görmədi əvvəlcə. Paltarımın ətəyini qaldırıb qanayan ayağımı görəndə təlaşlanmışdı.
- Bir də deyir ağrımır. Qan xmadan gedəcəksən az qala.
Dizim qanamışdı deyə qan ayağıma qədər axmışdı. Əl dəsmalını çıxarıb paltarımı bir az da qaldırıb dizimi təmizləməyə başladı. Əlimlə paltarımı tutub imkan vermirdim qaldırmağına. Üzünü qaldırıb mənə baxdı.
- Çox ağırdır? Ağlama? Icazə ver yaranı təmizləyim.
- Gərək yoxdur, keçəcək.
- Mən bu gün yanımda axsayan gəlin olsun istəmirəm.
Artıq dözə bilməyib ayağa qalxdım. Amal elə bil qəsdimə dayanmışdı. Durmadan toydan danışır sinirlərimi gərirdi. Oradan uzaqlaşmaq istəyirdim ki, yenə ayağım ağrıdır.
- Lənətə gələsən.
- Qoy kömək edim.
- Istəmirəm!
- Şəms, özünü uşaq kimi aparırsan. Xatırladım ki bu gün.
- Bəsdir!! Mən huşsuz deyiləm. Çox gözəl bilirəm ki, bu gün hansı gündür. Amma bu evlilik sadəcə ailəmin xatirinədir. Bunu bilirsən.
Yenə gicgahda görünən damarlar, sıxılan əl. Hə, Amal əsbiləşmişdi. Bu adama baxanda heç də demək olmazdı ki, mərhəmət və sevgi dolu ürəyə sahibdir. Gülsüm xalanın dedikləri beynimdən keçdi bir anlıq. Bu adam mərhəmət nədir bilsəydi mənə bu əzabı verməzdi.
- Get evə, bu vaxtı ayaq üstə qalma. Ayağını spirtlə təmizlə və sarı. Yoxsa qan hələ də axır. – ayağıma baxanda geyindiyim açıq ayaqqabıdan qanın axdığını gördüm. Başımı qaldırıb "Sənə nə var ” demək istəyirdim ki, Amal artıq arxası mən tərəfə dönmüş oradan uzaqlaşırdı. Bu adama sinir olurdum. Yox.. yox.. bifrət edirdim.. Hə, nifrət.
Toya necə hazırlaşdım bilmirəm. Üzümü örtəndə isə saxladığım göz yaşlarım axdı üzümdən. Səsimi çıxarda bilmirdim. Içim yanırdı. Parçalanırdım tikə tikə. Elə bil ətimdən ət qopardırdılar. Mən bu günü belə xəyal etməmişdim. Bu mənim toyum yox, yasım idi....
Hər kəs qarşımda şən əhvla ruhiyyə ilə oynaıyır, gülür mən isə başım aşğı elə hey ağlayırdım. Amalın baxışlarını ara bir hiss etsəm də əhəmiyyət vermirdim. Üzünə bir dəfə belə olsun baxmamışdım. Bizim adət ənənəyə uyğun geyinməmişdi bircə onu bilirdim. Üzümdəki örpəyi qaldıranda ağladığımı görüb başını aşağı saldı. Heç nə danışmadı. O da artıq gülmürdü. Bunu görürdüm. Üzümü döndərib ona baxdım. Olduqca yaraşıqlı idi.. Hə, bunu etraf etməliyəm. Hündür boy, zil qara saçları azca uzun olduğundan arxaya daramışdı hamısını. Qara ksotyumu onu daha da yaraşıqlı etmişdi. Yandan gördüyümdən gicagahında çıxan damarlaı aydın sezə bilirdim. Ara bir çənəsini sıxırdı. əsəbi idi yenə.
- Çox süzəcəksən məni?
Bu sözünə özümü itirib utandım. Başımı cəld aşağı saldım. Əlimlə çənəmdə toplanan göz yaşlarımı silirdim.
Başımı yenə qaldırıb Əzizəni gördüyümdə isə özümü saxlayabilməyib yenə ağladım. Xoşbəxt idi. Hər halından bəlliydi. Əzizənin arxasında Əhmədin çiynindən gördüyüm insan isə məni lap məhv etdi. Zahar.... Mən necə halda idimsə Zahar da eləydi. Göz yaşları yanağından süzülür mənə baxırdı. Ayağa qalxıb hər şeyi atıb yanına qaçmamaq üçün özümü zorla tutdum. Amalın mənə tərəf əyilib söz deməsiylə diksindim.
- Ayağa qalxaq, bizi çağırırlar.
Onunla birgə qalxıb meydanın mərkəzinə gəlsəm də gözümü Amaldan çəkə bilmirdim. Gəlsin qolumdan tutub qaçırtsın, mənimsən desin. İzin verməsin heç kimə məni aparmağa. Amma olmadı..
Toy bitmişdi, amma evdə qonaqlar səhər günəş doğana qədər şadlıq etmişdilər. Otağımda səhərə qədər yatmadım. Artıq səhər günəşi ilə burlardan gedəcəkdim. Doğulduğum yurd yuvamdan uzaqlaşacaqdım. Yavaşca otağımdan çıxıb Berikanın yanına getmək onunla vidalaşmaq istədim. Amma qonaqların çox olduğu bir yerdə bu mümkün deyildi. Pəncərəmə yaxınlaşıb eyvandan aşağı düşmək üçün hərəkətə keçdim. Bu mənim üçün su içmək kimi bir şey idi. Otağım arxa bağa baxdığından burada çox az hallarda kimsə olardı. 2 ci mərtəbədən aşağı düşüb getmək istəyirdim ki, səsə diksindim.
- Təzə gəlin toydan qaçır?
Bu Amal idi. Sən demə eyvanın aşağısında dayanıbmış.
- Berikanın yanına gedirəm.
Soyuq və sərt səsimdən Amal əhəməyyət verməyərək davam elədi.
- Qapı yoxdur, pəncərələrdən qaçırsan.
- Kiməsə görünmək istəmədim.
- Yaxşı.. gəl gedək.
- Hara?
- Demədin Berikanın yanına gedirsən.
- Hə, dedim, amma sənilə yox.
- Şəms qaranlıqda tək qoyacağımı düünmürsən hər halda?
- Indiyə qədər öüm idarə eləmişəm.
- Indi isə mən varam.
- Yox.. mənim üçün yoxsan...
Amal bu sözümə vurumuş kimi dondu. Yumuruğunu sıxıb oradan uzaqlaşdı. Ya da mən elə bildim. Çünki əmin idim ki, uzaqdan məni izləyəcək.
Berikanın yanına gəldiyimdə uzaqdan Zaharı gördüm. Bütün bu olanlardan sonra bir də burada baş verəcək davaya şahid olmamaq üçün Berikanı öpüb qoxlayıb otağıma qaçdım. Zaharı görməməzlikdən gəlsəmdə onu gördüyümü çox gözəl bilirdi.
Səhər açıldı. Artıq bizi hava limanına aparacaq maşın gəlmişdi. Evdəkilərlə necə sağollaşdım bilmirəm. Ağlamaqdan gözlərim ağrayır, baş ağrım da ona qoşulmuşdu. Atamla vida səhnəm isə hamını ağlatdı. Əzizə də bizdə qalmışdı. Məni yola salanalar ağladıqca mən daha da pis olurdum. Halım artıq yaxşı olmurdu. Amal bunu görüb atama, "Fürsət düşdükcə onu sizə gətirəcəyəm, elə siz də nə vaxt istəsəniz gəlin” Atam gizlədə bilmədiyi gözünün yaşını silib "Sən elə elə ki. O bura gələndə darıxsın və yalnız biz ora gələk.” Atamın bu sözünü anlamamışdım. Anlamaq gücündədə deyildim. Maşına əyləşib geriyə baxa baxa ağlayırdım. Gülsüm xala məni nə qədər əzizləə təsəlli versə də mən daha da ağlayır özümü saxlaya bilmirdim. Və ailəm arasında gördüyüm bir insanın baxışları məni yenə məndən aldı. Zahar atla kənardan dayanıb olan bitəni seyr edirdi. Baxışları ilə məni yola salırdı.

Müəllif: Lili SH
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 5 275
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri