Şəmsparə (14-cü bölüm)

Müəllif: Antikvar
Şərhlər: 5
Baxılıb: 5 263
Səs ver:
(səs: 1)
Amal heç nə demədən evdən çıxdı. Qapını elə çırpdı ki, yerimdən dik atıldım. Amma istəyimə nail olmuşdum. Ürəyimdə olanları demişdim. İnanmırdım ki, bir daha mənə toxunmağa cəhd edə. Amma yenə də yataq otağının qapısını bağlamağa bir daha cəhd etdim. Alınmırdı. Axırda stulu götürüb qapıya dirədim və yenidən özümü yuxuyla ovundurmağa çalışdım. Yuxusuzluqdan əziyyət çəkdiyimdən, nə qədər yatmışdım bilmirdim. Oyananda mədəm və baş ağrım mənə siqnal verirdi artıq. Ac idim. Demək olar ki, 2 gündür ağızma bir şey dəymirdi. Yerimdən qalxmaq da istəmirdim. Amma baş ağrım şiddətləndikcə yavaşca ayağa qalxdım. Qapının ağzında dayanıb otağı dinlədim, səs gəlmədiyindən hələ evə gəlmədiyini düşünüb yavaşca qapını açdım. Mətbəxə keçib soyuducunun qapısını açanda yüngülvari atışdırmalıq bir şeylər götürüb yemək istədim. Soyuducunu qapısını bağlayanda isə Amalı görüb diksindim. Əlimdə olan hər şey yerə dağıldı. Nəfəsim getdi bir anlıq. Onun evdə olduğunu düşünmürdüm. Heç nə demədən yaxınlaşıb yerə tökülənləri toplayırdı. Əyilib mən də yığmaq istəyəndə :- sən keç, mən yığışdıraram. Hazır yemək var orada- deyib yığışdırmağa başladı. Nə edəcəyimi bilmədən donub qalmışdım. Artıq bir həftədir evin içində qaçdı tutdu oynayırdıq sanki. Mən, o işdən gəlməmiş qaçıb otağıma girir qapının ardına stulu qoyurdum. Yaxınlaşmırdı, amma yenə də qoyurdum. Yenə bir axşam otağa çəkilmişdim ki, qapının döyülməsinə diksindim. Bir həftədir nə salam nə sağol kəsdiyim insanın qapını döyməsi məni lap təşvişə salmışdı. Yavaşca qapını açdığımda əlində qutu qarşımda dayanmışdı. Bir həftədir üzünü görmürdüm. Bu bir həftədə çox dəyişmişdi. Görünütüsü bərbad idi. Arıqlamışdı və bu hər halından bəlli idi. Gözlərimə baxaraq, qutunu mənə uzatdı.
- Telefondur. Nömrə taxmışam üstünə Atangilnən danış. Bakıya gedəndə isə nömrə dəyişəcək.
Çox sevnmişdim. Ilk dəfə idi ki, günlər sonra gülümsəyirdim. Başımı qaldırıb təşəkkür etdim. O da gülümsəyirdi. Gözlərimə baxaraq gülməsi məni yenə qorxutmuşdu. Yavaşca bir daha təşəkkür edib qapını örtdüm. Gec olduğundan atamgilnən səhər danışaram deyə düşündüm. Həm aradadakı saat fərqinə görə də risk etmədim. Hərçənd saat fərqini öyrənməmişdim ki, nə qədərdir. Çox şeyə öyrənməmişdim. Məsələn elə ən birincisi havaya. Bu bir həftədə evdən çıxmasamda hava mənə təsir etmişdi. İstti iqlimdən sərt soyuğa düşmək istər istəməz halımı da dəyişdirmişdi. Iki gün boyunca boğazım ağırsa da əhəmiyyət verməmişdim, amma bu gecə qızdırmadan titrəyirdim. Üstümü nə qədər qalın örtsəm də titrəməm keçmirdi. Sonrasını xatırlamıram. Bircə gözlərimi açanda Amalın yanımda yatdığını əlinin alnımda olduğunu gördüm. Yenə bədənim ürpərdi. Cəld özümə gəlib kənara çəkildim. Bütün bədənim ağrıyırdı. Amal diksinərək mənə baxdı.
- Necəsən? Dayan baxım qızıdırman var yenə.
- Nə olmuşdu?
- Bütün gecə sayaqlayırdın. Səsinə ayıldım. Niyə çağırmırdın.
- ....
- Şəms, biz düşmən deyilik.
Nə əcəbsə həyat yoldaşınam demədi.
- Sən dünən qızdırmadan yanırdın. Bu zarafat deyil. Öyrəşmədiyin havadır. Daha da pis ola bilərdi hər şey.
- Yaxşıyam
əli ilə üzümə sığal çəkmək istəyəndə başımı döndərdim.
- Dedim ki, yaxşıyam.
- Atana söz vermişəm. Canım bahasına olsa belə qoruyacağam səni.
- Narahat olma, atamın yanında başın aşağı olmaz.
- Təkcə atana görə yox. Şəms, sənə bir şey olsa,
- Mən yatmaq istəyirəm.
- Yaxşı, yat. Mən indi sənə isti yemək də hazırlayaram.
- Istəmirəm.
- Sənin istəməyinlə deyil, yeyəcəksən.
- Yemiyəcəm!
- Dedim ki, yeyəcəksən! Vəssalam. İndi düz otur, çay gətirirəm. Dərmanlarını da atmalısan.
- Atmayacağam.
- Sən tərslik elə. Amma bil! Sən tərssənsə, mən səndən də tərsəm. Sadəcə öz xoşluğunla olsun istədim. Bundan sonra məndən incimə.
Nə demək istədi anlamadım. Və nə yalan deyim, bu artıq məni qorxudurdu. Nə də olsa qarşımdakı cüssəli bir insan və qanuni həyat yoldaşım idi. Bütün qorxulu fikriləri beynimdən uzaqlaşdırmaq idtəyirdim ki, qapıda görünən Amal məni yenə o düşüncələrin içinə atdı.
- Qalx, yavaşca bunu iç, sonra dərmanlarını atacaqsan.
Məcbur içdim, həm çox ac idim, həm onunla artıq üz üzə gəlmək istəmirdim.
- Səninlə gərək ancaq bu tonda danışasan, xoş söz anlamırsan deyəsən.
Bu sözləri deyərək gülümsəməsi əsəbləşdirdi istər istəməz. Bu adam özünü nə zənn edirdi. Dərmanlarımı qəbul etsəm də qızdırmam düşmək bilmirdi. Və mən həmin müddətdə özümdə olmadığımdan xatırlaya bilmirdim olanları. Yenə səhər gözümü açanda Amalı yanımda gördüm. Yatmışdı, üzü çox yorğun idi. Gözünü ətrafında xəttləri görəcək qədər yaxınımda idi. Nəfəs alıb verməsini belə eşidirdim. Yenə kənara çəkiləndə, gözü bağlı şəkildə "Qorxma, yeyən deyiləm səni” deyərək yüngül şəkildə gülməsinə reaksiya vermədim. Yuxulu olduğumdan əynimdəki paltarın gecə yatarkən geyindiyim paltar olmadığını fərqinə də gec vardım.
- Bu, mən...mən bunu geyinməmişdim.
- Hə, tərləmişdin və paltarını dəyişdirməliydim.
- Nə?! Nə dedin?!
- Dedim ki, tərləmişdin və paltarını dəyişməliydim.
- Nə haqla?! Sənə demişdim ki, mənə toxunma.
- Səsini yüksəltmə. Arvadımın soyuqdəymədən ölməsinə göz yuma bilməzdim.
Nəsə deməyimə imkan vermədən otaqdan çıxdı.
Yer yarılsaydıda yerin içinə girsəydim o an. Mən ondan uzaq gəzərkən o mənim paltarımı dəyişdirib. Artıq ağlamamq üçün zorla tuturdum özümü. Dişlərimi qıcayıb yatağımda oturmudşum ki, Amalın səsini eşitdim. Kiminləsə telefonla danışrdı. Adətən rus dilində olan danışıqlar bu dəfə azərbaycan dilində idi. Bir az qulaq verən kimi atamla danışdığına əmin oldum. Yataqdan qalxıb onunla danışmaq istəsəmdə, halsızlığım imkan vermədi. Başım giccələndi və yerimdə oturdum. Amal özü əlində telefon otağa girərək dəstəyi mənə uzatdı.
- Atandır. Ala danış
Atamla telefon danışığı zamanı saxladığım göz yaşlarımı axıdırdım. O eşitməsin deyə uzun uzun cümlələr qura bilmirdim. Bütün suallarına qırıq qırıq cavab verir ağzımı tuturdum ki, eşitməsin. Amalın otaqda olmadığına şükür edirdim. Danışıb bitirəndən sonra isə yatağa uzanıb üzümü divara tərəf çevirdim. Qapının astaca örtülməsindən Amalın gəldiyini bildim. Gözümü yumub özümü yuxuluğa vurdum. O isə yavaşca böyük əlini alınma qoyub qızdırmamın olub olmadığını yoxlayırdı. O toxunduqca bədənim ürpərirdi. Oyaq olduğumu yəqin ki, bilmişdi, amma heç nə demədən yanımda uzandı. Bir az susduqdan sonra :- bir həftəyə Bakıya gedəcəyik. Orada sənə daha rahat olar. Havası, dilini bildiyin insanları. Xalam da bizimlə qalacaq. Darıxmazssan evdə. Həm içərişəhəri də gəzərik. Yadında demişdin sevirsən oranı.” Amala cavab vermirdim. O isə davam edirdi sözünə "eh Şəms, nə vaxta qədər özünə və mənə zülm edəcəksən? Bəlkə bu inadı atasan kənara? Nə yeyirsən, nə içirsən. Nə danışırsan. Elə bilirsən mənə səni belə görmək xoşdur.?”
- Bunu mənə elçi düşməzdən əvvəl düşünərdin.

Müəllif: Lili SH
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 263
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri