Məcburiyyət (18-ci bölüm)

Müəllif: Antikvar
Şərhlər: 6
Baxılıb: 6 043
Səs ver:
(səs: 0)
Kənan Firuzəni qurtarmaq üçün əlindən gələni edirdi. Bütün gününü miqrasiya xidmətində qanunları araşdırır öyrənirdir. Çarə tapmışdı, amma bu çarəni Firuzəyə necə izah edəcəkdi, özü necə edəcəkdi bunu bilmirdi. Axşam tərəfi maşınıa əyləşib Firuzənin qaldığı yerə getdi. Yol uzun olduğundan gecə yarısı gəlib çatmışdı. Qapıda dayanan mühafizəçilərə yaxınlaşıb hesabat almağa başladı.
- Nə oldu? Necə keçdi?
- 3 dəfə ürək getmə, 2 dəfə otaqda boğulma, 1 dəfə acıqlı bir həyat hekayəsi uyduruq bizləri ağlatma, və bütün günü yemək üçün qaldırdıqlarımızı üzərimizə atıb ac qalmaq varinatlarından istifadə edib. Bütün pəncərələrin şüşələri də qırılıb bu arada.
- Yuh..
- Qablarda qalmayıb.. yəni biləsiniz.
- Yemək yeməyib demək. Səsi çıxmır indi.
- Bütün günü evin içində qışqrı bağır... təbii yorulub. Artıq neçə saatdır səsi çıxmır.
- Neçə saatdır? Birdən bir şey oldu.
- Yox, bu varianta da əl atıb. Işə yaramadığını görüb yorulub. Az əvvəl baxdıq yatır.
Kənan əlini atıb mühafizəçinin yaxasından yapışdı.
- Nə dedin sən?
- Yatıb dedim
- Yox, otağına girmişəm dedin?
- Hə.. yəni yoxlamaq üçün.
- Axırıncı dəfə olsun. Eşitdin! Bir də onun otağına girsən...
- Kənan bəy. Sadəcə səsi çıxmayınca birdən nəsə edər mənasında...
- Fərq etməz! Bir daha olmasın! İşinin başına dön. Sabah bir xanım gələr. Otağına ancaq o girəcək.
- Başüstə.
- Get...
Kənan əsəbi halda Firuzənin otağına qalxdı. Qapını açanda böyük yataqda büzüşüb yatdığını gördü. Yataqmı böyük idi yoxsa Firuzəmi çox kiçik idi seçə bilmədi. Onun bu halını görəndə az əvvəlki əsəbindən heç nə qalmadı. Gülməyə başladı. Gecə buralar sərin olduğundan artıq külək başlamışdı. Pəncərələr sındığından ağ tüllər uçuşurdu. Otaqdakı soyuqluğu hiss edincə Kənan yatağın örtüyünü Firuzənin üzərinə çəkdi. Özü də yanında uzanaraq ona tamaşa edirdi.
- Baş bəlası...neynəyək ki, qalasan burada. Bir çarə var, amma onu necə edəcəm onu da bilmirəm.
Firuzə yavaşca yerində tərpənərək gərnəşməyə başladı. Əlini yatağın o viri tərəfinə atanda Kənanın üzünə vurdu. O anda hər ikisi dik atıldı. Kənan Firuzənin əlinin sərtliyindən Firuzə isə Kənaın səsindən.
- Axmaq. Qorxutdun.
- əlinin ağırılığına baxee. Elə bil qız deyil pəhlivandır.
- Sən...dayane.. sən nə cəsarətlə burada uzanmısan..
- Nə olar, bu gün onsuzda yetəri qədər qışqırbağır eşitmişəm. beynim artıq dözmür. Indi də sən başlama. Danışmalıyıq.
- Səninlə danışacağım bir şey yoxdur. Niyə anlamırsan bunu. Niyə izah edə bilmirəm. türkcəm zəif ola bilər, amma aydın şəkildə deyirəm ki, istəmirəm... köməyini istəmirəm. başa düşdün!
- Bağırma..
Kənan əlini başına atıb yenidən yatağa uzandı.
- Dərdin nədir sənin Kənan bəy. Nə istəyirsən.
- Bunu sonra danışarıq. Indi daha vacib məsələ var. Bu gün bütün günü miqrasiyada olmuşam. Sənin burada qalmağının, ölkənə deportasiya olmamağının, həbsə getməməyinin bir yolu var.
- ....nəymiş?
- ....
- Eşidirəm.
- ...dedilər ki...
- Nə deyəcəksənsə denənə tez ol!
- Yalnız türk vətəndaşı ilə ailə qursan ölkənə göndərməyəcəklər.
- Nə!?
- Dinlə əvvəlcə o saat reaksiya vermə.
- Nəyi dinləyim? ....bax... gəl belə edək... sən məni buraxırsan. Mən gedirəm. özüm öz başımın çarəsinə baxacağam....razılaşdıq?
- Firuzə,
- əla, razılaşdığımıza sevindim. Çox sağol.. indi mən gedirəm.
- ay qız dayan. Özü şərt qoyur özü razılaşır. Sənə axtarışdasan deyirəm sən gedirəm deyirsən.
- Ay bala axtarışda olan mənəm sən yox. əl çək. Mən ölkəmə qayıdıram. Vəssalam.
- Niyəki? Bu varinat optimaldır.
- Nə? Sənin dediyini qulağın eşidir. Nə ər? Ölkədə qalım deyə tanımadığım adamla evlənəsi deyiləm.
- Tanıdığın adam taparıq.
- Kimi?
- ...nə bilim.
- Nə bilim?
- Yəni.. əgər razı olsan.....
- ?
- Mən kömək edərəm.
Firuzə Kənanın sözünə bərkdən gülməyə başladı. Əslində gülmürdü stressdən gülmək tutmuşdu. O qədər güldü ki, yatağa oturaraq özünü toparlamağa çalışdı.
- Ay öləcəyəm indi...
- Firuzə, mən zarafat eləmirəm. Ən azında sənədlərin səliqəyə düşənə qədər evlənərik.
- Heç vaxt eşidirsən..heç vaxt! Ağlın çaşıb deyəsən sənin.
- Başqa yolun yoxdur buna məcbursan.
- Mən sözümü dedim. Indi burax məni gedirəm. miqrasiyaya gedirəm və ölkəni tərk edirəm.
- Yox. Buna imkan verə bilmərəm.
- Niyə? Hə, cavab ver
- Elə. Qoymayacağam.
- Niyə deyə soruşdum! Cavab ver! Nə istəyirsən? Oynadın da oyununu?
- Elə danışma.
- Gerəçək budur da
- Firuzə, bilmirsən!
- Nəyi bilmirəm! Cavab ver. Nəyi bilmirəm! Onurla etdiyiniz şərəfsizlikdir.. Məni ailənin yanına apardıne sən.. sırf sənə aşiq olum sürünüm arxanca deyə ailəni istifadə etdin.
- Elə deyil.
- Lənət şeytana! Elə deyil.. elə deyil... bəs necədir? Nə istəyirdin. Mənə sahib olmaq, yatağına düşüm istəyirdin? Yaxşı.. al sənə yataq. Ala sənə Firuzə!
Firuzə əynindəki köynəyi əli ilə dartıb cırmağa başlamışdı.
- Bitir işini canım qurtarsın! Bunu istəyirsən. Al sənə bu da mən..
- Firuzə! Özünə gəl.
Firuzə köynəyini əyində cırdıqca Kənan onun əllərini tutub sakitləşdirməyə başladı. Sakitləşmədiyini görüncə üzünə bir sillə vurdu. Firuzə anidən üzünü tutub ağlamağa başladı. Içindəki hönkürtü üzə çıxınca az da olsa sakitləşdi. Köynəyini parçaladığını fərinə varıb əli ilə sinəsini örtməyə çalışırdı. Kənan pencəyini çıxarıb onun üzərinə saldı.
- Indi yaxşısan?
- ....
- Firuzə səni incitmək istəmirəm. hə.. başda hər şey oyun idi. indi sadəcə yardım etmək istəyirəm.
- Etmə...istəmirəm. sən məndən uzaq daynamqla ən böyük yaxşılığı etmiş olacaqsan.
- Bu qədərmi nifrət edirsən mənə? Heç bir yolu yoxdur bunun?
- Yox yoxdur. Sən o gecə şansını itirdin. ən pisi bilirsən nədir mənim üçün..sənə inanmışdım... hə.. o gecə sənə inanmışdım. Gerçəkdən mənə....
- Firuzə..
- Sus... indi məni şəhərə apar. Səlma xalagilə. Səhər İrana dönəcəyəm.
- Qəti qərarındır?
- Hə.
- Firuzə...başqa biri ilə də evləndi....
- Kənan məni şəhərə apar. Getmək istəyirəm buradan..
- Amma..
- Xahiş edirəm. ən yaxşısı vətənimə dönməkdir. Hər kəs üçün xeyirli budur.
- Yaxşı...
Kənan aşağı düşüb mühafizəçilərə getmələrini əmr etdi. Onlar dağılışınca firuzə də yuxarıda tapdığı bir köynəyi əyninə keçirib Kənanın pencəyini özünə qaytararaq qapıdan çıxdı.
- Firuzə..
- ....
- Bəlkə....bəlkə bu gecə qalasan. Səhər gedərik. Söz səhər aparacağam.
- Niyə?
- Xahiş edirəm. qal bu gecə. Səhər özüm aparacağam. Hara istəsən. Amma bu gecə burada qal.
- Maşında gözləyəcəyəm.
Firuzə geriyə dönmədən maşına üz tutdu. Kənan tutulmuşdu. Heç kimdən indiyə kimi bu qədər içdən nəsə xahiş etməmişdi. Və heç kim onun xahişini Firuzə kimi yerə salmamışdı. Kefsiz halda maşına gəlib çatdı. Firuzə arxa oturacaqda əyləşmiş başını aşağı salmışdı. Sükan arxasına keçib maşını işə saldı. Yolda heç kim danışırmırdı. Kənan əlini atıb radionu qoşdu. Dalğaları tez tez çevirib yenidən söndürdü. Yolun yarısında maşını sağa çəkib saxladı. Heç geriyə belə dönmədən başını oturacağa söykədi. Bir neçə dəqiqə səssizlik hökm sürmüşdü. Başını döndərib Firuzəyə baxdı. Pəncərədən çölə baxan Firuzə üzünü belə döndərmirdi. Kənan yenidən üzünü döndərib yola baxırdı. Bir xeyli müddət hər ikisi səssizcə öz dünyalarına qapıldılar. ətrafda olan səssizliyi isə arasıra yoldan gəlib keçən maşınlar pozurdu. Kənan gözünü bir nöqtəyə zilləmişdi. Gözünü çəkmədən ilk söhbətə başlayan o oldu.
- Niyə qayıtmaq istəmirdin İrana?
- Sabah qayıdıram.
- Amma istəmirdin. Niyə Firuzə?
- ....
- Deməyəcəksən?
- ....
- Yaxşı...gedək...
Səlmanın evinin qapısına çatan kimi Firuzə sağollaşmadan maşından cəld düşüb qapıiya yollandı. Kənan onun arxası ilə baxırdı. Firuzə evə girsin deyə gözləməyə başladı. Firuzə nə qədər qapını döysə də açan yox idi. zəngi basdıqca basdı, amma heç kim açmırdı qapını. Kənan maşından düşüb qapıya gəldi.
- Evdə yoxdular bəlkə.
- Sən hələ buradasan?
- Evə gir gedəcəyəm.
- Get. Yatıblar indi açacaqlar...
- ...
- Get dedim..
- Sənin mənimlə olduğunu bilir. Ola bilsinharasa gedib
- Sənə get dedim.
- Içəri keçməyincə heç bir yerə getməyəcəyəm.
- Allahım sən səbr ver mənə..
Firuzə nə qədər qapını döysə də açılmırdı. Kənan divara söukənib gözləməyə başladı. Firuzə evdə heç kimin olmadığın fərqinə varmışdı, amma yenə də dayanmadan qapını döyürdü.
- Dili olsaydı yazıq dilə gələrdi.
- ....
- Mən yoruldum, sən yorulmadın?
- Xahiş etməmişəm gedə bilərsən.
- Yaxşı.. gəl gedək. Yoxdurlar.
- Hara?
- Bizə
- Allahım mənə səbr ver.. cavan yaşımda qatil olacağam. Mən bezdim söz deməkdən.
- Başqa hara gedəcəksən.
- Oteldə qalaram
- Yaxşı gəl, otele aparım.
- ...
- Nə? Bu saatda taksi tapa bilməyəcəksən. Qapıda düşürdüb gedəcəyəm.
- ....
- Özün bil.. mən getdim.
Kənaın maşına doğru asta addımlarla getsə də fikri firuzənin yanında idi. Və anidən sürətlə yanından keçib maşına əyləşən Firuzəni gördü. Üzündə təbəssümlə sükan arxasına keçən Kənan maşını işə saldı. Gəlib lazım olan məkana çatınca saxladı.
- Bura...bura otel deyil.. niyə gəldik bura!
- Gecə vaxtı səni oteldə qoyacaq deyildim. Nənəmin yanında qalarsan.
- Sənin bu özbaşınalığın məni boğaza yığdı.
- əsl sənin özbaşınalığın məni bezdirdi. Düş qabağıma! Cəld! Canımdan bezdirdin artıq!
Kənaın sərt tonuna Firuzə diksinərək geri çəkildi.
- Səninlə deyiləm mən. Cəld evə!
Fatma xala səsə qapını açıb boylandı.
- Kənan sənsən.
- Hə mənəm. xala qonağımız da var.
- Kimdir? Aaa qızım sənsən. Xoş gəlmisən?
- Salam aleykum Fatma xala. Yox narahat olmayın evə girməyəcəyəm. gedirəm mən.
- Gecənin bu vaxtı hara?
- Xala mən izah edə bilmirəm sən izah elə. Gecə vaxtı otele gedir qalmağa.
- Nə oteli? Qızım qız başına otel nədir. Bu boyda ev niyə durur burada. Gəl içəri görüm. Tez ikiniz də.
- Amma...
- Amması yoxdur.. gəlin. Qapıda qalmayın.
Firuzə Kənana göz süzdürərək içəri keçdi. Qapını bağlayan Kənan dərindən oh çəkib rahatlamış şəkildə divana atdı özünü.
- Kənan, oğlum sən də gəl mətbəxə. Yemək yeyin.
- Ac deyiləm mən. Firuzə amma bir gündür heç nə yemir. Sən məcbur et.
- Nə?! Firuzə.. səni kötəkləyərəm. tez yeməyini ye..
Fatma xala deyinə deyinə mətbəxə gedərkən Kənan onun arxası ilə baxıb güldü. Sonra nə düşündüsə yerindən qalxıb evdən çıxdı. Fatma xala Firuzənin qabını yeməklərlə doldururdu.
- Bundan da ye.. bunun da dadına bax..
- Iştahım yoxdur Fatma nənə.. ay...bağışlayın..xala demək istəyirdim.
- Neçə yaşın var?
- 24
- Ehh.. sənə olar eybi yox. Otuzunda olsaydın qoymazdım.
Firuzə onun bu sözünə gülümsədi.
- Caan qızım. Yorğunluqdan gözlərin axır. Bu oğlan səni incidib? Düzünü denən.
- ...
- Hərçənd səni bizim evə qədər gətiribsə özü də ikinci dəfə böyük ehtimal sən ona nəsə eləmisən.
- Yox yox mən heç nə eləməmişəm. əlimdən çıxdı başına dəydi.
- Nə?!
- Siz nəyi nəzərdə tuturdunuz?
- Kənanın başını yaran qız sənsən?
- Mən deyəsən özümü ələ verdim hə?
- Hə, bir az elə oldu.
Fatma ciddi baxışlarla Firuzəyə baxdı. Firuzə nə deyəcəyini bilmirdi.. anidən Fatmanın qəhqəhə atmasına Firuzə də qoşuldu. Hər ikisi bərkədən gülməyə başladılar.
- Ay öldüm... əllərinə sağlıq qızım. Hələ ona belə cəza verən olmamışdı. Indi başa düşdüm sənə olan düşkünlüyünü. Onun gəzib tozduğu qızlardan fərqlisən. Ona görə əl çəkə bilmir səndən.
- Yox. Yox.. siz yalnış anladınız. Biz yəni Kənan və mən birlikdə deyilik.
- Necə yəni?
- Yəni sevgili deyilik..
- Qızım.. özümə xala dedirtsəm də mən nənəyəm. nənələr isə nəvələrinin gözlərindən oxuyur hər şeyi. Elə nəvəsi yaşında olan digər uşaqların da. Sənin də Kənanın da gözündən yağan nədir mən görürəm.
- Fatma xala həqiqətən elə bir şey yoxdur.
- Mənə cavab qaytarma. Səni evə gətiribsə...
- O sadəcə oyun idi..
- Nə?

Müəllif: Lili Sh
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 6 043
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri