Məcburiyyət (19-cu bölüm)

Müəllif: Antikvar
Şərhlər: 5
Baxılıb: 4 942
Səs ver:
(səs: 1)
- Fatma xala. Siz,....siz heç nəyi bilmirsiniz.. Kənan.. sadəcə qisas almaq üçün...offf.
- Nə qisası? Dayan görüm.. danış tez mənə.
Firuzə özü də bilmirdi niyə, amma hər şeyi Kənanın nənəsinə danışdı. Söhbətini bitirəndə ortaya sakitlik çökdü.
- Bu hərəkətinin heç bir bağışlanacaq tərəfi yoxdur. Amma.. qızım.. mən Kənanı illərdir tanıyıram. Ona nənəlik bir tərəfə analıq etmişəm. Kənanın anası o uşaq ikən onu da götürüb getmişdi. Oğlum Sinan çox gənc yaşda ailə qurmuşdu. Yola gedə bilmədilər və o da uşağı götürüb getdi. Amma sonra.. sonra bir paket göndərirmiş kimi Kənanı tək başına bizə yolladı. Sevgilisi uşağı istəmirmiş deyə. Kənan bəlli etmədik. Heç nə demədik. 5 yaşı var idi onda. Sonra qadın yenə qayıtdı. Yenə Kənanı tələb etdi. Dava ilə qırğınla alıb apardı. Kənaın 7 yaşı var idi. Artıq özü nə istədiyini kiminlə qalmaq istədiyini deyəcək yaşda idi. Anasını seçdi. Qadına maddi yardımı Sinan kəsincə yenidən Kənanı eyni şəkildə bizə göndərdi. Sevgilisi ilə qaçıb getdi təzədən. O gündən sonra Kənan bütün qadınlara düşmən kəsildi. Atası pulu kəsdi deyə anası onu tərk etmiş bir övlad. Qadınları pulla alacağını düşündü. Nə qədər eləsək də elə böyüdü. Qarşısını ala bilmədik. Sənə qədər...sən onun bütün bu qayda qanunlarını pozdun. Hər şeyini alt üst etdin.
- Anlayıram.. onun adına üzülürəm, amma bu...
- Mən də səni başa düşürəm. dediyim kimi bunun bağışlanacaq bir tərəfi yoxdur. Amma Kənan peşiman olmasa bunları eləməzdi. Düşməzdi arxanca, qoyardı başdı başına.
- Vicdan..
- Yox.. sevgi.. o sənə aşiq olub. Özü fəriqən varmır.
- Ana!
Sinan bəyin səsinə hər iki xanım diksindi.
- Gəl Sinan.
- Salam Sinan bəy.
- .....burada nə işin var..
- Sinan!
- Gənc xanımın başqa yerdə qalmağı
- Sinan dedim..
- Firuzə xanım. Sizinlə bir az söhbət edək.
- Səhər danışarsınız.
- Ana.. qarışma. Buyurun Firuzə xanım.
Firuzə qorxa qorxa Sinanın yanına gəlib onunla birlikdə otağa girdi.
- əyləşin..
- belə yaxşıdır çox sağolun.
- Yaxşı.. Demək belə. Sizi ilk dəfə iş başında görəndə çalışqanlığınız diqqətimi çəkdi. Həqiqətən təqdirə layiq idi. qısa zamanda çox irəliləmişdiniz.
- Təşəkkür edirəm.
- Mən əməyə qiymət verən insanam. əgər sadəcə işinlə məşğul olsaydın, yəqin ki, şöbə müdiri olmağa qədər yüksələrdin. Amma....amma səni də başa düşürəm. pul, var dövlət..
- Heç birində gözüm yoxdur....
- Sözümü kəsmə. Bilirəm. səndə olan mal dövlət mənimki qədərdir elə..
- .....
- Hə, kimin qızı olduğunu bilirəm. Cavad Muhsin. İranlı biznes adamı.
Firuzə gözləri bərəlmiş halda Sinan bəyə baxırdı.
- Hə... bilirəm. Başda var dövlətin, vəzifənin gözünü qamaşdırdığın düşündüm. Kənana dəfələrlə xəbərdarlıq etdim. Amma dinləmək istəmədi.. olduqca dişli biri çıxdın. Etiraf etməliyəm ki, Kənanı belə ələ alan olmamışdı.
- Mən heç nə eləməmişəm.
- Dedim ki, sözümü kəsmə. Mən kimliyini araşdıranda atanın Cavad olduğunu öyrənəndə həqiqətən təəcübləndim. Atanı bu aləmdə tanımayan yoxdur. Belə işgüzarlığınla ona oxşamısan deyə düşünürdüm.. amma....amma həqiqət gizli qalmır. Üzə vurur həmişəm. Yadında süfrədə səndən ailəni soruşdum. Dedim ki, ailə önəmlidir. Ot kökü üstə bitər deyə əlavə də elədim. Kənanla sənə dəyməzdim. Mənim üçün də bu uğur olardı. Cavad kimi iş adamı ilə qohum olmaq. Hə təqdirə layiq olardı.. Amma o həqiqət Firuzə....onu da bilirəm.
- Nə istəyirsiniz? Niyyətiniz nədir? Az əvvəl ananıza da dedim. Mən Kənanla...yəni biz deyə bir şey yoxdur.
- Kənan səni sevir.. sevməsə bunları eləməz. Lap oyun desə belə o səni ailəsi ilə tanıç etməyə gətirməzdi. Sadəcə fərqinə varmır. Amma bunun fərqinə varmadan sən də gedəcəksən. Bilirəm ki, problemlərin var miqrasiyayla. Polisə düşmədən həll edə bilərəm. Amma sən də buralardan çıx get. İrandan qaçış səbəbin...
- Sinan bəy xahiş edirəm..
- Məni susdursan da bu həqiqət qalacaq.
- Sinan bəy.
- Ananın fahişə olduğunu gizlədə bilmərsən. Atanın da Cavad olmadığını bilə bilə.. yəni kimdən olduğu bəlli olmayan bir övlad olmusan. Cavad bunu necə qəbul edib bilmirəm.. bu kişiliyə sığan bir şey deyil.
- Sinan bəy! Bəsdirin! Yetər. Məni və atamı təhqir etməyinizə izn verə bilmərəm. Mən sabah İrana dönürəm. kənanlada heç bir əlaqəm yoxdur və olmayacaq da.
- Yaxşı olar. Hər ikiniz üçün. Hər halda kənan da bu gerçəyi bilsə o da bir dəqiqə olsun belə yanında qalmaz.
- Dedim ki, bəsdirin! Yaşınıza hörmət xətrinə susuram. Amma kimsə...heç kimsə məni təhqir edə bilməz. Bu həyatı mən seçməmişəm. bütün gerçəkləri, 24 illik inandığım bütün gerçəklər bir gecədə məhv oldu. Mən o gecədən sonra ölmüşəm. Məhv olmuşam..
- Firuzə..
- Yox.. indi siz mənim sözümü kəsməyin. Nə var dövlətinizdə gözüm var nə oğlunuzda. Hə həyatım bütün yalandan ibarətdir. Bilmirəm ki, kimin qızıyam, kiməm.. amma Cavad Muhsinə onun kişiliyinə söz deyəcək ən son insansınız. O sadəcə kimsəsiz bir qızı küçəyə atmadı. Sizin və sizin kimi insanların qınağı onu maraqlandırmadı. 24 ildir mən o insana ata deyirəm. 24 ildə bir gün olsun belə ögeyliyimi hiss etdirmədi.. onun şərəfinə söz demək sizə düşməz.
- Mən elə demək istəmirdim. Hamımız Cavadı tanıyırıq..
- Yox.. tanımırsınız. Tanısaydınız bu şəkildə danışmazdınız. İrandan qaçma səbəbim də budur. Atama söz gəlməsin.. məni hər görəndə barmaqla işarə edib bax sizin kimi insanlar onun şərəfinə söz deməsin deyə. Ölkəmdən, doğmam bildiyim yeganə insandan uzaq qalmaq mənə də xoş deyil.. Amma bir də deyirəm bu həyatı mən seçmədim. Anamı mən seçmədim. Onun kim olmağını mən seçmədim.
Firuzə ağlayaraq otaqdan çıxıb sürətlə qapıya tərəf getdi. Fatma arxası ilə səsləyib dayandırmağa çalışsa da Firuzə qaçaraq uzaqlaşmışdı. Bir az sonra isə Kənan əlində paketlərlə evə gəldi. Gülümsəyərək Fatmaya yaxınlaşdı.
- Xala, Firuzə hanı? Yatdı.. ona bir neçə geyim aldım.
- ...
- Xala... nə oldu? Yatıb deyə soruşruam
- Firuzə getdi
- Necə yəni getdi? Hara getdi?
- Bilmirəm. atandan soruş
- Nə? Necə izn verə bildiniz?
Kənan evdən çıxaraq bütün yolu Firuzəni axtarsa da tapa bilmədi. Səhərə qədər yollarda maşın süərrək Firuzəni dəli kimi axtarırdı. Tapa bilməyincə evinə döndü. Yorğun və əhvalsız halda divana uzanan kimi yuxu tutmuşdu. Tək çarə miqrasiyaya səhər gedib onu orada tapmaq idi. Gecə ayıq olduğundan səhər də yatıb qalmışdı. Fatma Kənanı tırpədərək oyandırmağa çalışdı.
- Oğlum, oyan.. nə oldu.. Tapa bilmədin onu? Gecə vaxtı qızı hara qoydun.
- Nənə..firuzə...saat.... saat neçədir.
- Doqquz..
- Niyə məni tez oyandırmadın.
- Hara?
- Miqrasiyaya. Firuzə orada olacaq. Getməsinə izn verməyəcəm. getməyəcək.
- Kənan!
- Ata, sonra işim var.
- O qızın arxası ilə getməyəcəksən.
- Başa düşmədim.
- Dedim ki, qızın arxası ilə getməyəcəksən. Dünən mən danışdım. Bu gün vətəninə qayıdır. Sən də həyatına qaldığın yerdən davam edirsən.
- Başa düşmədim. Sən nə vaxtdan həyatımı yönləndirirsən?
- Kənan o qız bizim ailəyə görə deyil.
- Niyə? Nəyi uyğun deyil? Bahalı geyinib keçinmir, qır qızıl taxmır.. ya varlı iş adamının qızı deyil? Bunlar uymur?
- Mən sənə son sözümü dedim.
- Amma mən demədim. Dünənə sənə sevmirəm demişdim yadında...
- ....
- Səhv etmişəm. ata.. həm də çox böyük səhv... mən o qız sevirəm. həm də indiyə qədər heç kimə bağlanmadığım qədər bağlanmışam. Ilk dəfədir bu otuz ildə bu cür hissləri mənə yaşadan biri ilə rastlaşmışam. Və o qız sadə tanınmayan ailənin qızıdır deyə sevməkdən vaz keçməyəcəyəm.. Kənan dediyi sözlərə bir anlıq özü də dayandı. Sanki nəyinsə fərqinə varırmış kimi gülməyə başladı.
- Mən... mən.. bunu indiyə qədər niyə deməmişəm.
- Kənan ağlını başına yığ.
- Inan ağlım heç vaxt olmadığı qədər başımdadır. Onu getməyə qoymayacağam.
- Kənan! O bir fahişənin qızıdır! Buna əsla izn verə bilmərəm.
- Nə?!
- Eşitdiyin. Indi otur yerində. Heç kim heç bir yerə getmir.
Kənan eşitdiyini şokunda divana oturub başını əlləri arasına aldı. Hələ ona çatmamışdı atasının sözləri. Bir az yerində oturub sonra evdən çıxıb getmişdi. Firuzə isə artıq havalimanına yollandırdı. Cəza olaraq təkcə ölkədən çıxarılmaqla kifayətlənməmişdi. Türkiyəyə 5 il gələ bilmək haqqından da məhrum olmuşdu. (p.s bunu sadəcə hekayə üçün yazmışam. Türkiyə miqrasiya qanunlarında belə bir şey olmaması ehtimalı yüzdə yüzdür.. bu sadəcə hekayədir) bütün gecəni miqrasiya xidmətində keçirmişdi. Ağlamaqdan gözləri şişmişdir. Yenə də gözləri dolur ürəyi sıxılırdı. Bir gün bu gerçəklərin ona yenə də zərbə vuracağını bilirdi. Bütün gerçəyi öyrəndiyi günü xatırladı. Uzun illər anasını axtarışa çıxsa da heç bir iz tapmırdı. Atası ölmüşdü demişdi. Amma ölmədiyini bildiyi üçün axtarışlara davam edirdi. Atasından gizlin axtardığı üçün lazımi adamlardan kömək istəyə bilmirdi.. amma gerçəkliyə çatmışdı. Bütün əngəllərə rəğmən gerçəkliyə çatmışdı. Həyatını məhv edən gerçəkliyə. Anasının fahişə olduğunu öyrənədən dünyası başına yıxılmışdı. Bir neçə gün özünə gələ bilməmişdi. Sonra bəlkə məcbur olub, bəlkə onu məcbur ediblər deyə bir bəhanəylə anasına bəraət qaznadırmağa çalışmışdı. Amma onunla üz- üzə gəlincə bu yolda özünün istəyərk olduğunu görüncə daha da yıxıldı. Aralarında olan dialoqu xatırladıqca içi daha da yanırdı.
- Buna məcbur olmusan hə? Düzünü denən..
- Eee bezdirdin amma. Hər kəs bir yolu seçir. Bu da mənim yolumdur. Varlıları əyləndirmək.
- Amma atam..atam da imkanlıdır. Niyə ondan ayrılıb bu yola, bu iyrəncliyə baş qoydun ki.
- Atan çulsuzun biriydi. Nə varlı..aaa yazıq sən Cavada ata deyirsən..yox o sənin atan deyilki..
- Nnnecəə...necə yəni? Aattt attan deyil nə deməkdir?
- O deməkdir. Cavad mənim əyləndirdiyim adamlardan biri idi. sən balaca idin o vaxt. Səni götürüb saxlamaq istədiyini dedi. Mən də etriaz etmədim.
- Yalan deyirsən....Yaan deyirsən! Cavad mənim atamdır! Mənim doğma atamdır!
- Qızım. Sənin qurtulmaöının tək yolu bu idi. buralarda qalsaydın mənim kimi olacaqdın. Gördüyün ancaq bu bataqlıq olacaqdı. Adam sənə heç kimin baxa bilməyəcəyi qədər yaxşı baxıb.
- Bataqlıqdan çıxa bilərdin. Mənim üçün.. mənim üçün bunu edə bilərdin.
- Mənim üçün hər şey gecdir. 16 yaşımdan bu zibilin içindəyəm. elə bilirsən asandır bir çırpıda ayrılmaq. Mən bu gün qərar versəm sabah meyidimi küçədə taparsan. Lap deyək ki, sağ qaldım elə bilirsən hər kəsin barmaqla işarə edəcəyi biri olmaq yaxşıdır. Zorla adamı təzədən bu yola atarlar.
- Bu.. bu bəhanədir.. sadəcə bəhanə..
- Ağlama...Cavad indiyə qədər sənə qızım deyib atalıq edib. Get qədrini bil. Sənə ana lazımdır bu yaşdan sonra?
- Sən.. sən ana deyilsən. Sən....utanıram... sənin doğduğun övlad olduğun üçün utanıram
- Naşülür insan. Mən o vaxt verməsəydim səni buralarda sürünürdüne. Bu da təşəkküründür. Bax özünə. Bir əlin yağda bir əlin bağda..ə istəyirsən daha. Düz deyirlər ki, çoxlu pul adamı qudurdur.
- Bəsdir! Ana dediyin övladına sahib çıxar. Nə olur olsun atmaz. Lap mənim üçün, xeyrim üçün versən belə.. bir dəfə olsun maraqlanmamısan..
- Offff uzatdın.. maraqlandım da. Hər ay pulun gəldikcə başa düşdüm ki, özünü yaxşı aparmısan ki, o evdəsən hələ də .
- Nə?
- Bəs nə bilmişdin. Elə belə kiməsə uşaq götürüb verməyəcəkdim ki. Hər ay ata dediyin o adam mənə pul göndərir.
- Allahım....allahım bu yuxudur sadəcə ...
- Get evinə.. bir daha da buralara gəlmə. Sənin anan yoxdur.
Firuzə xatırladıqca məhv olurdu. Hava limanına çatanda təyyarəyə qədər polislər müşayət etmişdilər. pəncərədən ətrafa baxdı. Budur Türkiyəyə yeni həyat qurmaq üçün qaçıb gəlmişdi, amma indi də burada da qoyub getdiyi bir parçasının arxasından göz yaşı tökür. Hər nə qədər Kənan onu incitsə də istədiyinə nail olmuşdu. Firuzə Türkiyədən qəlbində Kənanla gedirdi. Onu unutmaq, keçmişindən qurtulmaq üçün yenidən nəyəsə başlamağa çarəsiz və gücsüz halda. Tək bildiyi sevdiyi və incindiyi idi.

Müəllif: Lili Sh
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 942
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri