Məcburiyyət (20-ci bölüm)

Müəllif: Antikvar
Şərhlər: 3
Baxılıb: 6 545
Səs ver:
(səs: 0)
Firuzənin getdiyi artıq 1 ay olmuşdu. Bu bir ayda Kənanın onu düşünmədiyi bir an belə olmamışdı. Getmədi arxası ilə. Səbəb anasına görə deyildi. Səbəb özü idi. Firuzəyə bağlandığını düşünürdü. Atasına sevirəm desə də özündən şübhə edirdi. Firuzənin arxası ilə gedib ona özünü bağışlatdıramq sonra isə yarı yolda qoymaqdan qorxurdu. Xasiyyətinə bələd idi. bu otuz ildə ipə sapa yatmayan adam onu daha da incidə bilərdi. Firuzədən xəbər alacağı yeganə insan Səlma idisə o da artıq əzirzəsini yazıb getmişdi. Sonradan evinə Firuzədən bəlkə nəsə xəbər öyrənə bilər adıyla getsə də köçüb getdiklərini öyrənmişdi. Bununla da yeganə xəbər alacağı insan da getmişdi. Düşünürdü ki, bəlkə də ən yaxşısı budur. Tez bir zamanda unudar. Bağlandığı insandan qopmuş olar. Xəbər aldıqca bu mümkün olmayacaqdı. Kənan əvvəlkindən daha çox əylənməyə vaxt ayırır, bir anlıq belə tək qalmamaq üçün əlindən gələni edirdi. Çünki tək qalan kimi ağlına sadəcə firuzə gəlirdi. Və bu onu incidirdi.
- Kənan ....Kənaaannn...
- Hə..
- Offf Kənan, yenə uçdun getdin..
- ....
- Nə olub sənə? əvvəlki kimi deyilsən?
- Heç nə olmayıb.
- Bəs niyə belə fikirli gəzirsən? Sən ki, heç nəyi vecinə almayan insan idin.
- Nazan çox danışırsan. Sənə demişəm axı, çox danışan qadınları sevmirəm.
- Sən bəyəm qadınları sevirsən ki? Sənin bildiyin ancaq onlarla əylənməkdir.
- Eeee çox danışdın amma.
- Yaxşı yaxşı getmə dayan.. bağışla... neynim səni qısqanıram. Ağlındakı kimdir bilmirəm, amma o səni
- Nazan! Tək kəlimə belə danışsan..
- Susdum...vəssalam..
- ....
- Gedək bəlkə..
- Hara?
- Nə bilim. Mənim evimə, ya sənin evinə...
Kənan badəsindəki son içki damlasını da ağzına alıb Nazanı süzməyə başladı. Üzündə təbəssümlə ayağa qalxaraq Nazanın əlindən tutub məkandan çıxdı. Nazanın evinə gəlmişdilər. Içəri keçən kimi çiynindəki şərfi yerə ataraq qollarını Kənanın boynuna sardı. Kənan kənara çəkilərək otaqda şkafın üzərinə düzülən içkilərə yaxınlaşdı. Evə daha əvvəl gəldiyindən yerini bilirdi. Badəsini doldurub birdən başına çəkdi. Boşalan badəni yenə doldurunca Nazan əlini atıb aldı.
- Hopp gecə indi başlayır. Yavaş bir az.
- Ver bura...
- Uşaqlıq eləmə..
- Dedim ki, ver bura.
Kənan badəni almağa çalışarkən Nazan əlindən kənara atıb Kənanın boynuna sarılaraq onu öpməyə başladı. Qarşılıq ala bilməyincə geriyə çəkilərək Kənanın üzünə baxırdı. O isə baxışlarını qarşısındakı qadından başqa hər yerə dikirdi.
- Gərək ancaq içki ilə beynin dumanlansın. Ayıq olanda qarşılıq vermirsən.
- Əl çək. Bir daha da cəsarət edib içkimi əlimdən alma.
- Yaxşı.. onda belə edək. Sən qalx yuxarı. Rahatlan, uzan.. mən də içkini gətirim yatağına.. hmm. Nə deyirsən?
- Yaxşı..
Kənan yuxarı qalxıb özünü yatağa atdı. Gözünü tavana zilləmiş düşünürdü. Nazanın otağa gəlişini eşitsə də tərpənmirdi. Nazan əlindəki içkini kənara qoyub Kənanın yanına uzandı. Əlini onun üzərində gəzdirərək boynuna öpüşlər qondururdu. Və yenidən başını qaldırıb onu dodaqlarından öpməyə başladı. Bu dəfə Kənan da qarşılıq veriridi
- Kənan...
- ...
- Kənan səni sevirəm..
- Firuzə....
- Nə?!
Nazan Kənanı kənara itələyərək təəcüblə üzünə baxdı.
- Firuzə?
- Mən gedirəm.
- Dur, Kənan! Kənan dur dedim. Kimdir o? Kənan dedim!
Kənan evdən çıxmışdı. Nazan əsəbdən masa üzərində olan nə vardısa hamısı yerə çırpmışdı.
Kənan isə özünü çölə atmışdı. Güclə nəfəs alırdı. Uzun zamandır özünü belə hiss etməmişdi. İlk dəfədir xəyanət hissini yaşadı. Sevdiyinə xəyanət...amma bunun fərqində deyildi. Niyə belə hiss edirdi özünü anlamırdı. Gözlərini hər yumduğunda gözünü qarşısına sadəcə Firuzə gəlirdi. Dəli kimi maşınına əyləşib bacardığı qədər sürətlə sürürdü. Bütün pəncərələri açıq qoymuş maşında mahnının ən yüksək səsə qoymuşdu. Bu şəkildə beynini boşaltmaq istəyirdi. Amma olmurdu Gün keçdikcə daha da dəliyə dönürdü. Firuzəni unutmaq mümkün olmurdu. Yol polisinin saxlayıb maşının cərimə meydançasına aparması ilə evə döndü.
- Kənan.
- ....
- Indicə zəng vurmuşdular. Sərxoş halda yüksək hədlə maşın sürmək.
- Şikayət ediblər məndən?
- Nə baş verir Kənan.
- Ata, evə danlayasan deyə gəlmədim. Yuxum var.
- Otur.. Kənan
- Gecən xeyrə qalsın ata.
- Hər şey o qıza görədir hə?
- Ata..
- Sən belə deyildin. Nə oldu. Bir qıza görə bütün həyatını məhv edəcəksən. Bu gecə qəza da ola bilərdi. Özünü öldürmək istəyirsən kimdən olduğu bəlli olmyana bir..
- Ata! Sus! Bir daha onun haqqında bu şəkildə danışma. Heç vaxt.
- Həqiqət budur. Mənim nəyisə deyib nəyisə deməməyimlə bir şey dəyişmir.
- Dedim ki, sus! Dinləmək istəmirəm.
- Kənan qarşında atan dayanıb uşağın yox.
- O zaman ata kimi davran. Sən....sən...əvvəlcə özünə bax. Sonra başqalarını mühakimə et.
- Başa düşmədim. Nə demək istəyirsən. Mənim özümə baxıb da nəyisə mühakimə edəcək vəziyyətim yoxdur.
- Yoxdu? əminsən?
- .....
- Ata, mən hələ də 7 yaşında deyiləm. o vaxtdan çox şey dəyişib. Çox şey keçib olanların üstündən. Sən indi Firuzənin anasını ittiham edirsən... amma məni dünyaya gətirən qadının o qadından nə fərqi var? Deyə bilərsən. Həyat qadını olmaq təkcə yol qırağında dayanıb bədənini satmaq deyil. Sevgilisinə görə , ailəsindən tək övladından vaz keçməkdir. Sevgilisi yanında qalsın deyə məni səndən alan qadın.. sən pul göndərirsən deyə alırdı.. sən də pulu kəsincə yenidən məni bir paket kimi geri qaytardı.. bu fahişəlik deyil? Ya sən.. sevgilisi ondan ayrılanda hər ay külli miqdarda pul ödəyib o qadını atmasın deyə, gedib özünə başqa sevgili tapmasın, adı qəzetlərdə çıxmasın. Balcıoğlu soyadını daışımış qadını hər gün sevgili dəyişdirməsi xəbər olmasın deyə bu pulları o adama vermək... bunlar səncə o yolda dayanan qadından fərqlidir.
- Kənan!
- Hə... mən hər şeyi bilirəm. indi de görüm. Bütün bunlar o qızın anasından nəylə fərqlənir.
- ....
- Bilirsən, mənim o qızın yanına getməmə səbəbim onun kimliyini nə bilim anasının kim olduğunu öyrənmə səbəbim deyil. Mən özümə güvənmirəm. yenidən onu incidəcəyəm deyə qorxuram. Yoxsa sənin sözünlə qalası deyildim.
- Ağır danışırsan Kənan.
- Ağır sən Firuzə ilə danışmısan ata. Yazıq qız bir də sən vurmusan. Nənəm hər şeyi eşidib. Nə danışdığınızı bilirəm. o qızın qarşısına çıxa bilməmə səbəblərimdən daha biri. Sənin sözlərin. Bilmirəm özümü necə bağışlatdırmağımı düşünüm, onu incidib incitməyəcəyimimi düşünüm yoxsa sənin adından necə üzr istəyəcəyimimi düşünüm..
- Heç vaxt. Eşidirsən. Heç vaxt mənim adımdan üzr istəmə . Mən üzr istəməli bir şey eləməmişəm.
Kənan sinan bəyin reaksiyasına gülümsəyərək onun qarşına gəlib düz gözlərini içinə baxdı.
- Heç vaxt... deməli heç vaxt hə.. sən deyildinmi başından böyük danışma, heç vaxt heç vaxt demə deyən. Nə oldu?
- Kənan!
- Yüksəlt, yüksəlt... sən ancaq indi səsini yüksəldə bilərsən. Hə bir də əlindən qırıb dağıdıb tökmək gəlir. Onu unutmayaq.
Kənan atasının yanından keçib otağına getdi. Özünü yatağa atması ilə qapının açılması bir oldu.
- Ata mən sözümü dedim...
- Amma mənə hələ demədin.
- Nənə..
- Nənə boyda daş düşsün başına. Min dəfə demişəm mənə nənə demə.
- Yuxum var. Yatmaq istəyirəm.
- Amma mənim yuxum yoxdur və yatmaq istəmirəm.
- Nə olar, indi də sən başlama...
- Mən başlamağa gəlməmişəm. Sən başladın, atan davam etdi mən də bitirməyə gəlmişəm.
- ....
- Elə baxma.. söhbətlərinizi eşitdim.
- maşAllah sənin də bu evdə eşitmədiyin söhbət qalmadı.
- Kəs. Nənəylə elə danışmazlar. Ev balacadır hər şey eşidilir.
- Ev balacadır? Yaxşı olsun.
- Kənan..
- Hm...
- Niyə getmirsən?
- ....
- Nəyi nəzərdə tutduğumu bilirsən.
- Eşitmisənsə təkrara etməyəcəyəm.
- Oğlum, gözəl balam... yaraşıqlı oğlum..
- Nənə heş şirinlik eləmə. olmaz. Çıxa bilmərəm qarşısına. Heç kim olmasa da sən məni tanıyırsan.
- Hə , tanıyıram. Bu bir ayda nə qədər dəyişdiyini görürəm. sən o qızın dərdindən dəli divanə olmusan
- Yox. Sadəcə bağlanmışdım.
- Nə bağlanmışdım bağlanmışdım salmısan. Qız canlı yayımdır bağlanasan..
- Vayy.. nənə evdar qadınların proqramına baxa baxa öyrənmisən bu zarafatları. Bir də eləmə vallah gülməli deyil.
- Kənan! Ayağa qalx cəld..
- Nənə..
- Nənə nənə.. nənə yoxdur bir, ayağa qalxırsan iki, paltarlarını mən yığaram sən zəng vur biletlərini sifariş verirsən bu da üç.
- Nə bileti?
- Irana gedirsən..
- Nə?! Nənə axı mən dedim..
- Mən də dedim. Gedib o qızı gətirməsən vallah haqqımı halal etmərəm. bu qoca yaşımda gözüm açıq gedərəm.
- Qoca yaşımda? Yox sən bir xeyli irəliyə getmisən..
- Öffffff... çox danışdın. Vaxt itirirsən. Dur gir hamam əvvəl ayıl. Biletlərini səhərə sifariş ver.
- Nənə mən heç bir yerə getməyəcəyəm. Getmirəm də! Vəssalam! Indi rahat burax.
- Niyə özünü məcbur edirsən. Onsuz qala bilmirsən.
- Keçəcək... inan mənə keçəcək. Onda görəcəksən ki, düzgün qərar vermişəm.
Kənan hamam otağına keçərək qapını bağladı. Fatma xanım arxası ilə baxaraq onun yatağına əyləşdi. Qapıya bir xeyli baxaraq dərindən ah çəkdi.
- Qaç... qaç da görüm qismətindən hara qədər qaçırsan... itirdiyin hər an üçün peşiman olacaqsan.. bax onda sənə deyəcəyəm mən.

Müəllif: Lili Sh
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 6 545
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri