Şəmsparə (16-cı bölüm)

Müəllif: Antikvar
Şərhlər: 4
Baxılıb: 5 079
Səs ver:
(səs: 2)
Amalın əsəbi hallarını görmüşdüm, amma bu sözüm onu başqa cür əsəbiləşdirmişdi. Kimi əsəbiləşdirməzdi ki? Özümdə ağ elədiyimin fərqindəydim. Amma nə olur olsun mənə toxunmasını istəmirdim. Amal üzərimdən qalxıb sərt baxışlarla mənə baxdı. Yatağın yanında dayanan gecə lampasını əlinə alıb necə divara çırpdısa mən qorxub yataqda dizlərimi yığıb küncə çəkildim.
- Sənin dərdin nədir? Hə, deyə bilərsən? Sən mənim arvadımsan başa düşürsən? Yaxşı başda dinmədim, səbr etdim. Yuvasından, ailəsindən ayrı düşüb dedim susdum, qorxur deyib yenə göz yumub susdum. Sevmir, zamanla öyrəşər deyə səbr etdim. Bir aydan çoxdur sən neynəməyə çalışırsan anlamıram. Yaxşı sevmirsən, anlayıram. Amma bu dərəcədə iyrənmək! Neynəmək istəyirsən sən? Hə? Səninləyəm danış!
Amal danışdıqca səsini yüksəldirdi, mənim ağladığımı görüb əlini şkafın yanındakı güzgüyə çırpdı. Güzgü cilik- cilik olmuşdu. Təbii ki, əlidə qan.
- Şəms, ağlayıb məni dəli eləmə, danış!!! Nə istəyirsən sən!!
- Qışqırma!
- Adamda səbr qoymusan bəyəm! Mənim də səbrimin tükəndiyi yer var.
- Sənə yalvarmamışdım mənə elçi düşəsən!
- Lənət şeytana!! Lənət şeytana! Hələ də onu sevirsən hə?
- ....
- Cavab ver!
- Sənə qalmayıb!
- Şəm, məni dəli eləmə! Sualıma cavab ver! Sevirsən onu!
- Nə istəyirsən axı? Özün bilirsən ki, bu izdivaca niyə razı olmuşam!
- Hə, bilirəm. Amma nə vaxta qədər? Əgər mənə zaman desən səbr edərəm.
- Istəmirəm səni..başa düşürsən, istəmirəm. Sevmirəm, sevməyəcəyəm də.. Əl çək. Çıx get. Istəmirəm!!!! Hə iyrənirəm səndən uzaq dur!!
Özümdə fərqində deyildim nə dediyimin. Amma o an artıq hər ikimiz coşmuşduq və bir birimizi incidəcək sözlər deyirdik. Amal otağın qapısını çırpıb çıxdı. Yerimdə dik atıldım. Elə bil həmin an ev silkələndi. Ağlaya ağlaya ayağa qalxıb şüşə qırıntılarını toplamağa başladım. Yer bütün qan idi. Həyətə açılan qapı açılmadığından bildim ki, evdədir. Özümü saxlaya bilməyib şüşə qırıntılarının yanındaca çöməlib ağlayırdım. Amal məni pis vəziyyətə saldı. Doğrudan mən nə istəyirdim? O insan mənə heç kim inamazkən sahib çıxdı. Ailəmi xilas etdi söz söhbətdən. Zaharın eləmədiyini o elədi. Amma mən...indi isə nə olacaqdı, bundan sonra necə eləyəcəkdim heç bilmirdim. Indiyə qədər onsuzda bilmirdimsə indi lap çıxılmaz vəziyyətdə qalmışdım. Amal Zaharı sevib sevmədiyimi soruşur. Bilmirdim.. artıq nəyi kimi sevdiyimi bilmirdim. Indi sadəcə hamıya nifrət edirdim içi mən qarışıq. Elə ən çox da özümə. Həm öz həyatımı həm başqalarının həyatını məhv edirdim. Bütün bunlar beynimdən keçərkən Amal yenidən içəri keçdi. əlini sadəcə əski ilə bükmüşdü. Bütün əsirdi. Yenə canıma qorxu düşdü. Mənə baxmadan sakit amma bir o qədər sərt tonla danışmağa başladı.
- Yaxşı... qoy elə olsun. Madəm istəmirsən biz də səni istədiyinə çatdırarıq.
- ......
- bir iki ay sonra qayıdarsan evinə, sevdiyin şəxslə ailə qurarsan.
Boğazım qurudu o an. Bu insan nə danışır, nə qayıtmaq? Məni ailəmi xilas etdi ki, indidə lap biabır eləsin, ölümün ağuşuna atsın.
- Narahat olma. Sənin adınla bağlı heç nə olmayacaq. Sadəcə zaman keçsin bir az. Yoxsa şübhələnəcəklər. Elə ailənədə, xalamada deyərsən ki, Amal mənə xəyanət etdi. Heç kim sənə toxunmaz, günahlandırmaz.
Son dedikləri qulağımda cingildədi. Otaqdan çıxsa da arxasınca baxa- baxa qalmışdım. Yenə bu insan mənim həyatımı xilas edirdi, özü də öz həyatını təhlükəyə ataraq. Yenə məni düşünüb addım atırdı. Bütün ailəm qarşısında özünün adını pisləyəcəkdi. Mənə xəyanət etdiyini deyəcəkdi. Bu oğlan deyəsən xəbərsiz idi ki, onu ölüm də gözləyə bilər. Nə qədər pislik etsəm də ona ölüm arzulamazdım. Heç vaxt. Hələ üstəlik adını mənə görə pisləməsi, ailəmin gözündə bu qədər yüksəlmişkən özünü yerdən yerə vurması. Mənim ailəm bir kənara öz xalasının yanında belə məni günahsız özünü gunahkar göstərəcəkdi. Axı niyə? Niyə? Eləcə boşanar, məni düşünməzdi belə. Niyə bunları edir? Dayana bilməyib, otaqdan çıxıb yanına getdim.
- Bunu eləyə bilmərsən...anlamırsan sən...səni öldürə bilərlər.
Başını qaldırmadan kinayəli gülüşlə əlini sarımağa davam etdi.
- Bir şey olmaz. Guya yaşayıram ki? Sən sadəcə 2 ay səbr et. Və hamının qarşısında bir az da olsa həyat yoldaşım kimi davran. Səs soraq yatsın. Yəqin heç olmasa bunu edərsən. Zaharın xətrinə...
Yenə sözünü deyib çıxmışdı. Zaharın adını ilk dəfə idi onun ağzından eşdirdim. Həmişə ona O deyə müraciət edirdi. Bilmirəm niyə, amma içim burxuldu bir an. Özümü pis hiss etdim və ürəyim bulandı. Qaçaraq hamam otağına keçəndə Amal gördü, amma yaxın durmadı. əksinə pencəyini götürüb mənə baxmadan belə evdən çıxdı. Deyəsən onu bərk incitmişdim. Tamam qarışıq duygular içindəydim. Əslində həm də sevinirdim. 2 ay sonra evimə qayıdacaqdım, amma bu sevinc niyəsə ürəyimdə narahatlıqdan başqa hiss yaratmırdı.
* * *
Artıq Amalı demək olar ki, az -az görürdüm. Gülsüm xala bunu hiss etsə də Amal ona işlərin çoxluğunu bəhanə gətirirdi. 2-3 gün idi ki, Amal evə belə səhərə yaxın gəlir, otağa girmədən Gülsüm xaladan paltarlarını alır, dəyişib yenə evdən çıxırdı. Gülsüm xala bir dəfə belə olsun heç nə soruşmurdu. Bu iki gündə mən də az da olsa rahatlıq hissi var idi. Amalın xəyanət məsələsi beynimdən çıxmasa belə rahat idim. Yox ki, Zahara qovuşacaqdım. Xeyir, Əhmədin 2 günd boyunca görüb bəyəndiyi, sevdiyi Əzizəyə görə ailəsini qarşısına almağını, Amalın mənə sahib çıxıb adımı təmizə çıxarmasını düşünəndə artıq Zaharın gözümdə dəyəri azalırdı. Sadəcə evimə istəyirdim. Düzdür unutmamışdım Zaharı. Nə də olsa neçə ildir birlikdəydik və mənim ilk sevdiyim idi. Rollar dəyişmidşi, idi mən masa araxasında rahat yeməyimi yeyirdimsə Gülsüm xala qabındakı yeməkləri qarışdırır, arada bir dərindən köks ötürürdü. Onun bu halına pis olurdum. Amma Amal ona belə heç nə dməyəcəyini demişdi. Indi başa düşdüm ki, o əsla inanmaz. Gözü ilə görsə belə, Amalın mənə xəyanət etməsinə inanmaz. Amal haqlı idi, heç olmasa bu iki ay ona yaxşı davranmalı, hər kəsin gözündə həyat yoldaşı rolunu yaxşı oynamalı idim. Amma necə? Amal bu günlər ərzində mənə görünmürdü belə. Qərar vermişdim bu gecə on gözləyib danışacaqdım. ən azından xalasına nəyisə deməyini ya da onun yanında belə davranmamağı deyəcəkdim. Gülsüm xala fikrlərimi dağıtmışdı.
- Şəms, eşidirsən məni?
- Hə, bağışlayın fikrim yayınmışdı bir anlıq.
- Eybi yox, deyirdim ki, mən gedirəm. Bu gün Sonanın yanında qalacağam. Amalla danışaram gecə səni tək qoymaz. Narahat olma.
- Yox, əksinə siz narahat olmayın.
- Yaxşı, mən gedim.
Gülsüm xala çıxandan sonra evdəkilərlə danışmaq üçün əlimə telefonu aldımş. Elə o anda atam zəng vurdu.
- Mən də sizə yığacaqdım, canım atam..
- Qəlblərimiz eyniymiş demək, necəsən?
- Yaxşıyam siz necəsiniz? Anam, babam.
- Yaxşıdır hamısı.
- Bəs Berika?
Atam bu sualıma elə qəh qəhə çəkdi ki, içim yandı. Soğrudan onlar üçün, onunla söhbətlərimiz üçün onun gülüşü üçün belə darıxmışdım.
- Ay qız bir soruş gör nə var nə yox sonra Berikaya keçərsən ?
- Ata...
- Yaxşı yaxşı, narahat olma. Yaxşıdır o da. Sən danış görüm necəsən? Amal səndən vəfalıdır, hər gün hal əhval tutur. Düzdür hərçənd 2 gündür o da zəng eləmir.
Telefon əlimdə donub qalmışdım. Amal hər gün ailəmlə danışırmış. Dogrudan da utandım. Bu necə insandır axı?
- Şəms oradasan qızım?
- Hə.. hə burdayam
- Deyirəm Amal 2 gündür bizə zəng vurmur. Yaxşıdır?
Nə deyərdim? Mənimlə mübahisə edib sizə zəng eləmir artıq ya məni boşamaq istədiyi üçün sizi artıq ailəsi olaraq qəbul etməyəcək.
- Işləri çoxdur.. Evə də gec gəlir..
- Hm...mənə bax, şəmsparəlik eləmirsən orada.
- Ata... Mən artıq böyümüşəm. Uşaqlıq eləmirəm
Yalansa... bu qədər müddətdə elədiyim nəydi görəsən.
- Amal çox yaxşı oğlandır. Incitmə onu.
Artıq gec idi. Onu incitmişdim, özü də ürəyindən.
- Anan buradadır o da danışmaq istəyir. Mənə bax dediyim kimi Şəmsparə olma. Sən günəşsən, günəşdən bir parça yox. Eşitdin.
- Hə ata eşitdim.
Anamla və babamla danışdıqdan sonra atamın sözünü yenidən düşündüm. Bu insan ailəmə məndən doğma idi az qala. Evdə heç kimin olmadığından, atamla danışdığımdan əhvalım düzəlmişdi. Ilk dəfə idi ki, evə diqqət yetirirdim. Moskvada Amalın yaşadığı evin divarlarında gördüyüm rəsmlərdən burada da var idi. Hər birinin altında imza. N. A dlya tebya (sənin üçün) Hər kim idisə Amal üçün xüsusi çəkmişdi hər halda. Evdə darıxdığımdan evi yığışdırmağa başaldım. Özümü necə işə vermişdimsə axşamın düzdüyünü görməmişdim. Gülsüm xala yeməyi hazırlayıb getdiyindən artıq işim qalmamışdı. Stulun başında Amalın ütülənməmiş köynəklərini görüb ütüyə də əl atdım. Mən onları ütüləyərkən Amal gəldi. Nə əcəbsə bu gün daha tez gəlmişdi. Neçə gün sonra ilk dəfə idi üz- üzə gəlirdik. Məni onun paltarını ütələyərkən görüb "deyəsən, həyat yoldaşı roluna özünü çox həsr etmisən. Bu qədərinə ehtiyac yoxdur” deyib əlimdən köynəyi dartıb aldı. Pis oldum. Həm də çox. Mən sadəcə təşəkükr naminə eləmək istəyirdim. Gülsüm xalanın vəziyyətini demək üçün otağa girdiyimdə isə Amal köynəyini çıxartımşdı. Onun bədənini qarşımda görəndə özümü itirib başımı aşağı saldım.
- Şşeyy.. bağışla..
Heç nə demədən. Hətta üzümə belə baxmadan köynəyinin düymələrini bağlaya bağlaya yanımdan keçdi.
- Xalam bu gün gəlməyəcək.
- Hə, bilirəm, dedi..
- Mən gedirəm. Hər halda qorxan deyilsən.
Çaşıb qalmışdım. Yəni bu insan indi məni gecə boyu evdə tək qoyub gedəcəkdi?
- Xəstəxanada olacağam. Nəsə lazım olsa....təcili lazım olsa zəng edərsən.

Müəllif: Lili SH
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 5 079
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri