Şəmsparə (24-cü bölüm)

Müəllif: Antikvar
Şərhlər: 4
Baxılıb: 6 359
Səs ver:
(səs: 1)
Evdəkilər xəstəxanada olduğundan bir başa ora getdik. Atam ayaqüsət bizi qarşıladı. Onu elə görəndə rahatlaşmışdım. Qolu sarqılı idi. Amalın dediyi kimi çiynindən yara almışdı. Atamı görəndə uzaqdan elə qaçaraq ona sarıldım ki, ağırıdığı hiss etdim.
- Sənə bir şey olsaydı, mən yaşaya bilməzdim.
- Can, elə demə. Bax quzum burdayam, ayaqdayam. Sağ salamatam ağlama.
- Babam? Babam hanı?
- Baban...Baban komadadır. Hələ ayılmayıb.
- Nə?
- Şəms, qızım ağlama artıq. Hamı sağdır. Baban da tezliklə oyanacaq.
Əzizə məni dartaraq anamın yanına gətirdi. Halı pərişan idi. Elə bil görmədiyim iki ay ərzində 2 il qocalmışdı. Məni görəndə eləcə yüngül təbbəssüm etdi. Əzizəyə tərəf baxdım. Sakitcə "iynə vurublar, sakitləşdirici. Hələ onun təsirindədir. Bütün olanlar...gözünün qarşısında olub” dedi. Bu nə qara bulud idi almışdı başımızın üstünü. Ailəmi heç vaxt belə görməmişdim. Onlar həmişə bir yerdə, daima gülüb danışan, sağ və salamt idilər.
- Əzizə, nə baş verib? Kim eləyib.
- Bilmirəm. Ata heç nə demir.
Atama tərəf döndüyümdə Amalla qapıda söhbət edirdilər. Nə baş verirdi öyrənmək istəyirdim.
- Ata necə oldu? Kim elədi?
- Qızım, sonra danışarıq.
- Yox, indi. Kim eləyib, niyə eləyib?
- Şəms, atan yorğundur, sonra danışarsınız.
- Sən qarışma!
Amal dediyim bu sözün o anda fərqində deyildim. O qədər qorxmuşdum ki, həmin anda hamıya qarşı aqresiv idim. Atam ilk dəfə idi ki, başqa birinin yanında sənin mənə yüksəltdi.
- Bu nə tondur? Qarşındakı həyat yoldaşındır sənin.
- Əbdül bəy, sadəcə çox gərgindir.
- Fərq etməz. Heç nə ona bu tonda danışmağa bəraət qazandırmır. Ayıb olsun sənə Şəms. Çox ayıb olsun.
- Ata, bağışla, mən,
- Məndən yox. Həyat yoldaşından üzr istəməlisən. İndi get, düşün, səhvini anla sonra danışarsınız. Gəl biz çıxaq Amal, Əhməd də həyətdədir.
Atamın bu reaksiyasına tutulmuşdum. Haqlı idi. Amal mənim uşağım deyildi. Amma Allah şahiddir ki, o an orada kim olsaydı bunu deyə bilərdim. Yəni amala qarşı deyildi sərtliyim. Əvvəl olsaydı bəlkə hə.. amma indi ona qarşı içimdə aqresiya yoxuydu. Yenə də çox pis oldum. Onun məni acı sözümə rəğmnə müdafiə etməsi isə lap məni kövrəltdi. Axı bu necə insandır. Bu qədər sərtlik varkən niyə bu qədər də həssasdır.
* * *
Əbdül bəy Amalla birgə həyətə çıxdı. Əhməd yanlarına gəlib polislərin yenə gəldiyini onlarla özünün maraqlanacağını deyib getdi.
- Gəl, burada oturaq.
- Əbdül bəy, Şəms ...o istəmədən elədi, mən bilirəm.
- Istəyərək ya da istəməyərək elədi. Amma eləməməliydi. Neçə ildir evliyik hələ bir dəfə Xədicənin mənimlə səsini yüksədib əmr formasında danışdığı an olmayıb. Hə, aramızda anlaşılmazlıq olub, gərginlik olub, amma əsla səsini yüksəltməyib. Şəmsə tərbiyə verən bizik. Şəms, asidir, hirslidir. Bəzən həddindən artıq hiddətli olur. Nə qədər eləsək də bu xasiyyətinin qarşısını ala bilmədik. Sadəə özünü lazımi yerdə düzgün aparmağı, xanım kimi davranmağı öyrədə bildik. Amma yenə də canı yananda ilk hücum etdiyi insan doğması olur. Qorxur. Qorxusunu özünü müdafiə ilə örtür. Şəms 7 aylıq dünya gəlmişdi. O vaxtdan səbirsiz idi.
Amal bu sözə gülümsündü.- Indi də elədir.
- Hə, heç dəyişmir. Onu elə balaca görəndə ürəyim ağırdı. Çox qroxdum. Xədicə ilə bir birimizə qovuşa bilməyəcəyik deyə qorxduğum günləri xatırladım. Eyni hisslər. Bir həftə nəzarətdə oldu. Zəif olduğundan ürək döyüntüləri də çox zəif idi. Bir sözlə həkimlər dedi ki, çox qalmayacaq. Amma o inad etdi.. Qaldı. Ona görə hər zaman üzərində daha da əsirik. Övladlarımı ayırmıram. Əsla. Amma nədənsə şəmsin yeri başqdır. İnadı, həyata doğuılduğu andan tutunmağı. Amma inan o qədər əzifdir ki. Bütün bu göstərdiyi hirs və qəzəbin indiyə ədər özündə başqa heç kimə ziyanı dəyməyib. Təsəvvür elə, ona cəza verməyə qıymırdım deyə özünü cəzalandırırdı.
- Eyvanın küncündə tək ayaqüstə.
- Hə.. danışıb demək. Amma yenə də dəcəlliyindən qalmırdı. Yadımdadır qızlar balaca olanda , Əzizəni məktəbə yazdırdıq. Şəmsin yaşı çatmırdı hələ. Bütün günü gözünü yaşını tökdü ki, o da Əzizə ilə gedəcək. Xədciə qorxurdu ki, onu incidərlər. Çünki çox cılız, balaca, cansız idi. Nə yalan deyim mən də qorxurdum. Düşündüm ki, bir günlük icazə verim. Həvəsin öldürsün sonra özü getmək istəməz. Çünki yuxunu çox sevirdi. Məkətbə getmək üçün gərək səhər oyansın. Aparıdq Əzizə ilə bir sinifə qoyduq. Əzizəyə dönə dönə tapşırdıq ki, bacından muğayat ol. Bir saat sonra qızlar müəllimələri ilə həyətin qapısında göründü. Şəmsin üstü başı dağılmış, amma balaca qaşlarını da elə çatıb ki, sanarsan qarşısına çıxanı öldürəcək. Sən demə kimsə sinifdə Əzizəyə gözləri mavi olduğu üçün pişik deyib. Şəmsdə həmin oğlanı döyüb. O cılız canı ilə oğlanı döyüb təsəvvür elə. Donub qalmışdım. Biz əzizəyə onu tapşıraq, o Əzizəni müdafiə eləsin. Özü də kiminsə adi pişik sözünə görə. Qarşımda dayanıb düz gözlərinə baxırdım. Mənə dediyi kəlmə bu oldu. "Sən demişdin də...”
Amal bərkədn gülərək "Nə demişdiniz ki?”
- Demişdim əgər səhviniz olsa belə bir birinizi həmişə müdafiə edin. Bu da elə başa düşüb ki, döymək də bura daxildir. Ehh.. Amal.. danışsam Şəmsin elədiklərini.
Əbdül bəy üzündə mülayim təbəssümlə uzaqda görünüən dağlara baxırdı. Xatirələri canlanmışdı bəlliydi. Elə gözünü çəkmədən sözünə davam etdi.
- Amal, sənə də deyirəm.. Hətta xahiş edirəm. Şəmsimi müdafiə elə hər zaman. Az əvvəl elədiyin kimi. Səhvi olsa belə onu daima qoru və müdafiə elə. Şəmsi məndən yaxşı tanıyan olmaz. Nə qədər hikkəlidirsə bir o qədər sevgi doludur. Sizin izdivacınız qəribə oldu.. amma sizin qismətinizdə bu idi. Hərçənd, sən Zahar
- Əbdül bəy xahiş edirəm....oldu bitdi. Mən artıq Şəmslə evliyəm. Və bu mənim istəyim idi. Kiminsə yox.
- Qızımın gözündəki hikkəni dağıda bilmisənsə demək sevgisini qazanırsan.
Amal məyus halda başını aşağı saldı. Nə deyəcəyini bilmədi. Beynində fırlanan 1 ay sonra boşanma söhbəti onu narahat etməyə, həyəcanlı şə\kildə nəfəs almasına səbəb oldu. Şəmsin sevgisini qazanmışdımı? Düşündü ki, yox. əgər qazansaydı Şəms bu qədər tez boşanmağı tələb etməzdi. Əbdül bəyin əlini çiyninə qoyması ilə fikirlərindən ayrıldı.
- Bir də onu deyim ki, ehtiyyatlı ol. Əgər sevgisini qazansan qətiyyən onu qısqandıracaq bir şeylər eləmə. Inan mənə mən belə qızımın qısqandığı zaman nələrə qadir olacağını düşünəndə qorxuram.
İkisi də bu sözə gülümsədi. Şəms isə qapıdan həyətə çıxmış Amalla atasını seyr edirdilər.
* * *
Kənardan atamla amal baxırdım. Elə bil onlar ata oğul, mən isə yad gəlin idim. Ağlıma o anda boşanma məsələsi gəldi. Indi boşana bilməzdim. Ailəm bu qədər bəd xəbəri arda arda alacaq gücə malik deyildi. Yenə məyus olsalar, özü də mənim üzümdən özümü bağışlaya bilməzdim. Mən..mən ümumiyyətlə boşanmaq istəmirdim deyəsən. Atam kənardan məni görən kimi fikrilərimdən ayrılıb onlara tərəf addımladım. Amal ayağa qalxıb – mən sizi tək qoyum deyincə daha da məyus oldum. Incik idi mənə yəni? Axı o halımı görmüşdü. O bu qədər müddətdə nələrdən keçdiyimin şahidi idi. O da anlayışlı olamyacaqsa mən kimə ümid edim.
- Ata .
- Eşidirəm.
- Ata..bağışla..mən
- Dedim axı, üzrü məndən yox, həyat yoldaşından istə.
- Istəyəcəyəm, amma əvvəlcə sən də məni bağışla. Mən sadəcə bərk qorxmuşdum.
- Şəms, gəl otur. Bax qızım....anlayıram. çətin günlər yaşayırsan. Sevmədən evləndin. Yad birini həyat yoldaşı olatraq qəbul etdin, öz ailəndən yurdundan yuvandan ayrı düşdün. Indi bütün bu olanlar.. Amma inan mənə qızım Əzizə də mən də ananda eyni duyğuları yaşayırıq. Elə bilirsən mənə asan idi Bakını qoyub buralara bir dəfəlik köçmək. Anana layiqli ər olmaq. Babanın kölgəsində olmamaq üçün gecə gündüz çalışdım. Fəhləlik elədim, daş daşıdım, yük daşıdım, amma nə qazandımsa özüm qazandım. Bax o anlarda bərk qorxurdum. Kimisə kölgəsində olmaqdan..Xədicənin yanında başı aşağı olmaqdan. Mənim bütün bunları yaşadığıma görə anana tərs davrandığımı görmüsənmi? Ya anan? Ona da asan deyildi. Canının bir parçasını Musandama digərini az qala dünyanın o biri baçşına Bakıya göndərdi. Hər gecə ağlayır sizin üçün. Kədərdən yox. Tək kədəri istədiyi vaxt sizi görməməkdir. İndi də bütün bu olanlar. Düz gözünün önündə həm yoldaşını həm atasımnı, canından olanı və canı qədər sevdiyi birini itircəkdi az qala. Bütün bunları yaşayıbsa gərək bizə tərs davransın. Bax sakitcə içinə atıb..ailəsi ilə birgə hüznünü yaşayır. Indi sən. Nə olur olsun, kimdənsə hikkəni çıxartma. Heç kimin heç nədə günahı yoxdur. Bütün bu olanlar demək ki olmalıymış. Kiminsə səhvi deyil. Amal yxşı oğlandır. Sən sadəcə onun sənə doğru daha da addmılamasına izn ver. Bax gör onun sevgisi səni də sarırmı sarmırmı..
Atam danışdıqca gözümdən yaş süzlürdü. Haqlıydı. Atamın üzündən öpüb ayağa qalxdım. Amalı tapıb üzr istəyəcəkdim. Ətrafa boylananda Əhmədlə danışdığını gördüm. Yorğunluq var idi simasında. Həm də kədər. Kədərə səbəb mən idim. Çox utandım o an. Onu incitdiyim üçün, bütün bunları o da mənimlə birgə yaşamışdı, amma onu bir dəfə olsun belə başa düşməyə çalışmamışdım. Ancaq özüm..ancaq mən. Elə bil tək daşıyrıdım bütün bu yükü.
- Amal..
- Necəsən Şəms?
- Yaxşıyam Əhməd. Sən yaxşı ol.
- Çox sağol. Mən Əzizənin yanına gedim. Sonra mütləq danışaq.
- Yaxşı..
Əhməd Amaldan uzaqlaşan kimi Amal yaxına gəlib mənimlə üz- üzə dayandı.
- Nə olub Şəms?
- Şey...mən..mən üzr istəyirəm.
- Lazım deyil..
- Yox lazımdır.
- Şəms, atan istədi deyə məndən üzr istəməyini istəmirəm.
- Amma mən..
- Atan çağırır, getməliyəm.
Gözlərim bərəlmiş halda arxasınca baxdım. Mənə ağzımı açmağa imkan vermədi. Məni hər zaman dinləyən Amal sözümü ağızmda qoyub getdi. Amam nə olur oslun onunla danışacaqdım. Atama görə yox, onun özünə görə üzrümü istəyəcəyimi deyəcəkdim.
Bir neçə saat keçmişdi, babmın vəziyyətində dəyişiklik yox idi. Həkimlə atam, Amal və Əhməd dəhlizin başında nə danışırdılar bilmirəm. Anam mən Əzizə gözümü onlara zilləmiş, dodaqlarından nəsə oxumağa çalışırdıq. Atamın üzündəki məyusluq ifadəsi bizi lap təlaşlandırırdı. Həkim getdikdən sonra üçümüzdə onların yanına getdik.
- Nə oldu, nə vaxt ayılacaq atam.
- Xədicə, gəl oturaq.
- Əbdül, qurban olduğmu denənə. Artıq ürəyim üzüldü.
- Şey.. Abdulla bəy..bədən orqanları normal funksiyasını yerinə yetirir, amma..
- Amma nə?
Hamımız Atamın ağzından çıxan kəlməyə acmışıq kimi baxırdıq.
- Komadan ayılması. Yaşlıdır deyə bədən ağrılara tab gətirmir. Həkim..həkim nə vaxt ayılacağını bilmir. Bu gün də ola bilər....bir..bir neçə il sonra da.
* * *
O gün xəstəxanada olanları, nələr yaşadığımızı danışmağa dəyməz. Amma toparlanmalıydıq. Atamın dediyi kimi. Allahdan ümid kəsilməz. O hələ sağdır və hələ də ürəyi döyünür. Hər gün xəstəxanaya gedir ziyarət edib onunla danışırdıq. Bizi eştidiyini həkim demişdi. Belə hallarda xəstə ilə danışmaq da onun ayılmasını tezləşdirə bilərmiş. 2-3 gün keçmişdi. Artıq evə qayıtmışdıq hamımız. Və qorxduğum başıma gəldi. Evdəkilər Amalla normal ər arvad olduğumu düşündükləri üçün bizi mənim otağımda yerləşdirmişdilər. Amala artıq inanırdım. Mənə toxunmayacağını bilirdim. Ona görə etriaz etmədən hətta nə yalan deyimsevinərək qəbul etdim. Bu bir neçə gündə onunla danışa bilməmişdim. Bu ən yaxşı şansdır deyə düşündüm. Üzr istəyəcək bir daha onunla kobud davranmayacağımı deyəcəkdim. Axşamı səbirsizliklə gözləyirdim. Amal ilk otağa girəndə nədənsə həyəcanlandım. Elə o da qapıda dayanıb otağa göz gəzdirdi. Kənarda divanı görüb, mən burada yataram. Eləcə bir yastıq ver bəsimdir.
Nə yatmaq nə danışır bu adam. Yenə soyuqluğu ilə sipər qoymuşdu arada. Mən bununla danışmaq, üzr istəmək, daha mehriban olmaq istəyim bu yatmaq istəsin. ÖZümdən asılı olmadan yastığı götürüb qaş qabaqla Amala tulladım. – al yastığını
- Ey, neynirsən?
- Yastıq istədin də.
- Daha nəzakətli ola bilərdin.
- Bağışla da Nadya kimi ola bilmirəm.
Nadya haradan çıxdı bilmirəm. Bu qız Maskatda da mənim dilimdə idi. Lətifəsi Amaldan uzaq, amma eşşəyin ağlına zorla qarpız salmaq kimi bir şey elədim. Denən sənə bu lazımdır.
- Nadya?
Amal gülümsəyirdi. Bu baxışları heç bəyənmədim. Bic bic baxıb gülmək.. nəsə kəşf etmiş kimi
- Nədir yoxsa yadına düşdü.
- Yadıma saldın da.
- Gecən xeyrə.
Qalxı eyvana keçdim. Hava həqiqətən isti idi. Sevirdim istini. Gözlərimi yumub dərindən nəfəs aldım. Düzü gözlədim ki, Amal arxamca gələr, amma ondan səs soraq youydu. İndi gəl dəli olma. Otağa döndüyümdə Amal yerini rahatlayır, uzanırdı. Divan qısa olduğundan ayaqları çöldə qalırdı. Həm gülməyim gəlirdi həm əsəbiləşirdim. Bilmirəm niyə amma məhz bu gün onunla danışmalıydım. O yerini rahatlayıb başını yastığa qoyacaqdı ki, yastığı başının altından çəkdim və...
- Ay başım. Neynirsən sən?
- Danışmalıyıq.
- Bir başımı yarmadığın qalmışdı.
- Bərk dəydi?
- Hər halda taxtaya dəyən baş yumuşaq dəyməz. Hələ düşünsək ki, orada yastıq olduğunu dşünüb baş vurmuşam.
Özümü saxlaya bilməyib güldüm. Yenə qəh qəhəm evi götürmüşdü.
- Sən kimə gülürən belə - deyib Amal məni qıdıqlamağa başladı. Bilmirəm o an ikimiz də uşaq kimiydik. Mən əl çəkməsi üçün yalvarır gülürdüm o isə dayanmadan qıdıqlayırdı. Sonra əlini başına atıb sifətini büzdü. Qeyri ixtiyari ona yaxın dayanıb əlimi başına atdım. Yavaşaca sığal çəkərək – bərk ağırıyır? Deyə soruşdum. Amal düz gözümün içinə baxaraq – hə, bərk ağırıyır. Dedi.
- Öpüm keçsin?
- Öp keçsin.

Müəllif: Lili SH
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 6 359
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri