Şəmsparə (27-ci bölüm)

Müəllif: Antikvar
Şərhlər: 5
Baxılıb: 5 654
Səs ver:
(səs: 2)
Günortanın istisinə baxmayaraq arada bir külək pərdəmi əsdirirdi. Ağ tül pərdə aralandıqca həyətə baxır ümid edirdim ki, Amal dönəcək. Amma yox. O getmişdi. Həm də məni burada qoyub getmişdi. Bir kəlmə sözümə belə qulaq asmadan, məni dinləmədən öz qərarlarını verib getmişdi. Öz cəzandır Şəms. Indi də çək. Amalı dəli kimi sevirdim deyə bilmərəm, amma yanımda olmasını istədiyim insan idi. Bəlkə elə budur sevgi. Dildə deyilən yox, hiss edərək etdiyin hərəkətlərdə. Ağlamaqdan yenə burnum qızarmışdı. Anam və Əzizə nə qədər bizim niyə o halda evə dönməyimizi, niyə birdən birə Amalın getdiyini sorğu sual etsələrdə danışmağa taqətim yox idi. Amal məni tərk etdi yəni? Atamın yanında tez bir zamanda dönüb götürərəm desə də nədənsə onun uzun müddətlik getdiyini və bir daha mənim arxamca gəlməyəcəyini düşünürdüm. Ya doğrudan da onu bir daha görə bilməsəm. Necə olacağam? Qapının döyülməsinə fikirlərimdən ayrıldım.
- Dedim ki, danışmaq istəmirəm.
- Qızım.
- Ata..Bağışla elə bildim Əzizə ilə anamdır.
- Olar?
- Əlbəttə gəl..
- Nə oldu mənim günəşimə? Niyə saralıb soldun birdən.
Atamın əzizləmək formasında mənə yaxınlaşması, yatağımın yanında əyləşib saçlarıma sığal çəkməsi ilə hönkürməyim bir oldu.
- Cann, indidən darıxdın. Dedi ki, gələcəkdə. Həkim adamdır, onu gözləyən xəstələri var.
- Hə, düzdür. Mən..mən elə belə. Ürəyim sıxıldı birdən ona ağlayıram..
- Şəms, sənin yoldaşına bu qədər bağlanmağına sevindim. Nə yalan deyim bir az qorxurdum ki, onu sevə bilmərsən. Amma indi görürəm ki, hələ getdiyi bir saatdır sən artıq ağlamaqdan bir təhər oldun. Şəms, bəsdir.. uşaqlıq edirsən. Yad yerdə deyilsən ki. Bizimləsən. Həm narahat olma. Dedi bir həftəyə dönəcək.
- Bir həftə?
- Hə..istəsən mən səni daha tez apararam. Həm mən də Bakını, yaşadığın yeri görərəm.
Atam danışdıqca mən ağlayırdım. O olanları bilmirdi. Heç kim bilmirdi.Zahar.... adı kimi yenə həyatıma zəhər qatmışdı. Bir vaxtlar varlığı ilə məni xoşbəxt edən adam indi həyatımı məhv etdi. Mən daha Amala nə deyə bilərdim ki. Onu sevmədiyimi, Zaharı sevdiyimi düşünür. Sırf Zahara acıq olsun deyə onunla evləndiyimi düşünür. Hə mən onunla sevgiylə ailə qurmamışdım, amma Zahara acıq olsun deyə də eləməmişdim. Bu izdivaca atama görə, onun Amalı mənim həyat yoldaşım kimi görmək istədiyinə görə evlənmişdim. Amma indi bütün bunları özümə deyirəm. Nə Amala nə Atama, nə də digərlərinə deyəcək sözüm yox idi. Amal məni dinləməliydi. Amma eləmədi. Çıxdı getdi...O öpüş.. düşnürdüm hər şey dəyişə bilər. Bəlkə də biz...biz gerçək ailə olardıq. Bir birimizə sevgi ilə yanaşıb, gerçək eşqi yaşayardıq. Amma bitdi...Səhrada Amala danışdığım hekayədəki kimi, iki qum dənəsi idik, fırtına bizi səhranın ucsuz bucaqsız çöllərində ayrı ayrı yerlərə atdı. Danışmaq, içimi boşalatmağa ehtiyacım var idi, amma nə anam nə Əzizə olanları başdan bilmədiyi üçün, Amalla məni normal evlilik həyatı yaşayan cütlük bildiyi üçün bütün bu olanların səbəbini soruşamazlarmı...bir də hər şeyi başdan danışa bilməzdim. Buna nə halım nə də səbrim vardı. Bütün olan bitəni bircə Sara bilirdi. Nə olur olsun onunla danışmalıydım. Saraya zəng vuranda yoldşı telefonu götürdü. Hər hald tnış nömrə olmadığından və uzaqdan gələn zəng olduğundan yoldaşı götürmüşdü. Özümü təqdim edən kimi Sara telefonu əlinə alaraq danışmağa başladı. Uzuzn uzadı salamlaşacaqdı deyə Kamili soruşan kimi söhbətə başladım.
- Sara, səninlə danışmağa ehtiyacım var.
- Caan, nə olub?
- Telefon söhbəti deyil əslində, amma burda başqa yolum yoxdur.
- Skype var?
- Hə var.
- Onda adresini denən oradan danışaq.
Bu çox yaxşı oldu, həm onu görər həm də rahat danışardım. Sara komputer arxasından belə mənim qızarmış burnumu görüb niyə ağladığımı soruşdu.
- Amalla dalaşdınız yenə?
- Dalaşsaq yaxşıydı.. mənə danşmağa imkan vermədi belə. Bu gün Bakıya qayıdır. Məni burada atdı getdi.
- NƏ?! Niyə?
- Hər şey yaxşıydı. Hətta lazımından çox yaxşı. Bu gün....bu gün hətta boşanmaqdan vaz keçdiyimi belə demək istəyirdim.
- Nə oldu bəs.
- Zahar..hər şeyi korladı..
- Ay... yaxşı da..necə oldu .
- Biz səhradaydıq. Söhbət edirdik. Hətta...hətta şey oldu..
- Nə oldu?
- Şey...mən...o....
- Nə Şəms? Ürəyim çəkildi of.
- Biz öpüşdük..
- Bunu 3 saatdır deyə bilmirsən. Burada nə var. Siz ər arvadsınız..
- Sara bizim münasibətin necə olduğunu bilirsən.
- Hə onu dez dedin. Bunu düşünəndə nəzərə almaq lazımdır ki, böyük irəliləyişdir. Bəs sonra nə oldu.
- Zahar...sən demə oradaymış. Atı ilə arxamızca çapıb gəlib. Atının səsinə diksindik. Amal eləcə ərəblərdən biri sandı , amma atından tanımışdım. Bu o idi. Istər istəməz qorxdum.
- O an nə hiss etdin. Yəni Zahara qarşı. Baxma 4 ildir birlikdəydiniz
- Mən...mən daha çox qorxdum. Amalın onu görüb hər şeyi başa düşəcəyindən qorxdum. Onu itirməkdən qorxdum Sara.
- Bu ki, yaxşıdır. Sən o anda Zahara olan sevgini düşünməmisənsə demək ona qarşı bir şey qalmayıb.
- Allah şahiddir ki, ona qarşı sadəcə qəzəbim qalmışdısa, o da azalıb. Bura gəldiyim gündən bu yana Zahar ağlıma belə gəlməmişdi.
- Yaxşı. Yaxşı sakit ol. Nə oldu sonra.
- Mən Amalı qayıtmağımızı istədiyimi söylədim. O isə elə bildi məni öpdüyü üçün hirsləndim. Sonra da Zahar yaxınlaşdı. Atı bizə tərəf çapdıqca ürəyim əsdi inan.
- At, səhra özümü lap minbir gecə nağıllarında hiss etdim. Sonra nə oldu yaxşı?
- Nə olacaq. Qorxduğum başıma gəldi. Düz yanımızda saxlayıb üzünü açdı. Amalın o anda üzünü görərdin kaş. Mən belə qorxdum.
Olanları bir bir Saraya dil qəfəsə qoymadan danışırdım.

* * *

- Amal, gəl gedək buradan.
- Salam aleykum. Kimləri görürəm.
- Zahar get buradan.
- Şəms xanım. Allahın salamını almaq da yoxdur sizdə. Nə tez unutdun..
- Zahar get!
Amal önə gələrək məni arxaya çəkir.
- Çıx get. Bura yeri deyil.
- Amal bəy. Sən qarışma. Mənim şəmslə işim var.
- O mənim həyat yoldaşımdır. Onunla işin ola bilməz.
- Yaxşı görək...sənin həyat yoldaşın olmazdan əvvəl 4 il mənim sevgilim olub.
Zaharın sözləri güllə kimi deşirdi məni. Düzdür hər zaman aramızda olan münasibətlərədə sərhəd qoymuşam. Zahar nadir hallarda əlimdən tutar, məni qucaqlayardı. Amma yenə də həyat yoldaşımın yanında onun bu şəkildə danışması məni həm utandırır həm qorxudurdu.
- Danışığını bil, yoxsa öyrətmək məcburiyyətində qalaram
- Ay necə qorxdum. Dağdan gəlib bağdakını qovursan.. Amal bəy, sən o bağa çatanda mən o bağın gülüne çoxdan qoxlamışdım.
Necə oldu bilmirəm. Ikisi də yerdə bir- birini döyürdü. Zaharın sözü qulaqlarımda cingildəyirdi. Onları aralayacaq gücdə deyildim. Ətrafda da heç kim olmadığından yardım da çağıra bilmirdim. Zahar dil qəfəsə qoymur elə hey Amalı qıcıqlandıracaq sözlər deyirdi.
- Sən kimsən axı.. o mənim idi.. kişiliyin buna çatırdı gəldin başqasınınkini əlindən aldın.
- Kişilikdən danışacaq ən son insansan. Istəyirsən ağzımı açma burada..
- Açsan nə olacaq. Utanmadın mənimlə sevgili olan qızla evlənəndə.
- Kəs səsini şərəfsiz!
- O səninlə mənə acıq olsun deyə evlənib, səni sevdiyindən deyil. O mənimdir.. neynirsən elə.
- Zahar, Amal bəsdirin. Ikinizdə kəsin səsinizi.
- Sən onu bil ki, Şəmsin ürəyi mənimlə döyünür. Mən əminəm ki, o sənə təslim belə olmayıb. O mənə qayıtmaq üçün gəlib.
Bu artıq pik nöqtə oldu. Amal Zaharın ağzını burnunu qana buladı. Zahara o anda nifrətim daha da artdı. Şərəfsizlik idi hərəkəti. Nə haqla mənə sahib olan insan kimi danışırdı. Görünür Zahar məni tanıyırdı.. Bu yaxşıdır pisdir bilmirəm. Həmin an qarışıqlıq hiss etdim. Zaharın hərəkəti sadəcə nifrət doğururdu. Bundan sonra mənə gələcək nə deməkdir. Mən boşansaydım belə Zahara heç vaxt ikinci şansı verməzdim. Zahar halsız halda yerdə uzanmışdı. Artıq taqəti yox idi ayağa qalxmağa, amma yenə də dil qəfəsə qoymurdu.
- Şəms, qal mənimlə. Getmə.. Səni sevirəm Şəms. Amal isə məndən nəyəsə cavab gözləyirmiş kimi gözlərimə baxdı. Az əvvəl çırpındığından tənginəfəs idi. Nəyi gözləyirdi bilmirəm. Düzü şokda olduğumdan bilmirdim ki, əlimi necə hərəkət elətdirim qaldı ki nəsə deyim. Dilim qurumuşdu. Dodaqlarımı tərpətsəmdə səsim çıxmırdı. O isə yenə də qəzəbli baxışlarla məni süzüb ata əlyəşərək məni gözləmədən belə çapmağa başladı.
- Şəms, Şəmsim..
- Sus, Zahar sus! Bunu sənə heç vaxt bağışlamıyacağam. Əgər Amal sənin üzündən məndən boşanmaq istəsə inan səni sağ qoymaram

* * *

- Eləcə dedin Zahara?
- Hə.. söz xətrinə demədim.
- Dəli dəli danışma. Cann.. təsəvvür edirəm nələr yaşamısan. Şərəfsizə baxe. Gülü qoxlayıbmış.. tikanları batsın burnuna.. Gələndə Zaharı gətir, Kamil dişçıxardır didməyə adam axtarır.. elə qəşəng didər onu
- Sara bəsdir.. Zarafatlıq halda deyiləm.
- Caan, bağışla.. Amma Amal sənə inanır axı. Inanmasaydı lap əvvəldən səninlə evlənməzdi.
- Bilmirəm.. evə çatanda qapıda dayanmışdı. Mənə baxmadan paltar istədi ki, dəyişib evə keçsin. Evdəkilər bilməsin. Üzümüə belə baxmırdı. Nə qədər danışmaq istəsəmdə imkan vermirdi, elə sözümü ağzımda qoyurdu.
* * *
- Amal, bəlkə bir az danışaq.
- Paltarlarımı gətir Şəms.
- Amal xahiş edirəm. Məni dinlə
- Mən lazım olanı dinlədim. Ehtiyac yoxdur.
- Amma mən danışmadım..
- Hə Şəms sən danışmadın..
- Amal, bax.. Mən.. bizim boşanmağımızı istə..
- Başa düşürəm tez olsun bitsin istəyirsən, amma ailəni vəziyyətində bu onlara daha bir zərbə olar. Bir az da dözməli olacaqsan.
- Amal, bəsdir..
- Narahat olma. Mən gedirəm. Sən burada Zaharının yanında qalarsan. Bir müddət sonra gəlib apararam Bakıya. Bir iki günə də deyərsən mən sənə xəyanət etdim oldu bitdi. Bir iki imzayla həll olunar. Artıq məni görməyinə ehtiyac qalmayacaq.
- Amal! Amal səninləyəm!

* * *

- Qulaq asmadan getdi..
- Hə.. mən ona boşanmaq istəmədiyimi, onunla qalmaq istədiyim deyəcəkdim o isə əksinə məni burada qoyub getdi və dedi ki gəlib aparanadan bir iki gün sonra imzalarla ayrılacağıq. Sara mən neynim?
- Off. Qarışıq bir şey oldu. Amal niyə elə elədi ki. O bilirdi Zaharı.. sənə də güvənirdi.
- Zaharın sözləri onu yaraladı.
- Hə, görünür həm də çox yaralayıb, yoxsa səni orada qoyub bura gəlməzdi.
- Neynim mən indi.
- Istəyirsən gözlə bir az zaman keçsin. Əsəbləri sakitləşsin. Həm sən də ayırd et Amala olan hisslərini. Hə Zaharaı sevməyə bilərsən, Amma Amalın sənə olan xoş rəfdarını sevgi də zənn edə bilərsən. Bu daha pis oar Şəms. Hər ikiniz üçün. Bəzən xoş rəfdar sevgi ilə qarışdırılır.
Saranın sözləri ağlımı lap qarışdırmışdı. Bəlkə doğrudan mən sadəcə Amala bağlanmışdım. Onun mənə olan münsaibəti məndə sevgi hiss adı ilə baş qaldırmışdı. Bunu ancaq zaman göstərəcəkdi. Əgər buralarda onun üçün darıxmasam demək doğrudan hər şey boş imiş...

Müəllif: Lili SH
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 5 654
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri