Şəmsparə (28-ci bölüm)

Müəllif: Antikvar
Şərhlər: 5
Baxılıb: 5 395
Səs ver:
(səs: 3)
Sara ilə danışdıqdan sonra düşündüm ki, bəlkə də bu ən xeyirlisi imiş. İkimiz üçün də.. bir az məsafə düşüncələrimi ayırdı etməyə də kömək edə bilərdi. Həmin gecəni gözümə yuxu getmədi. Səhər günəşi ilə özümü həyətə atmağım bir oldu. O baş bu baş gəzib narahat halda nə edəcəyimi düşünürdüm. Bir az zaman keçər deyirdim, amma mən sabahı zor açmışdım. Əgər Amal dediyi kimi bir fəhtəyə qayıdacaqsa bu bir həftəni necə dözəcəkdim bilmirdim. Ya gəlməzssə? Onda necə olacaqdı? Yox.. yox gələcəkdi.. mütləq gələcəkdi.. Amal verdiyi sözün üstündə dayananlardandır. Amma yenə də içim içimi yeyirdi.. ya gerçəkdən gəlməzssə onda necə? Neyniyəcəyəm mən.
- Şəms?
- Ata...qorxutdun məni.
- Səhərin gözü açılmamış niyə ayaqdasan? Yoxsa xəstələnmisən?
- Yox, narahat olma. Sadəcə yuxum gəlmədi.
- Sən səhər oyanmazssan. Düzünü de, nə olub?
- Ata, həqiqətən heç nə olmayıb. Sadəcə saat fərqinə görə yuxu rejimim pozulub.
- Yaxşı, sən deyən olsun. Gəl keçək içəri, bir çay dəmlə içim. Çoxdandır əllərindən çay içmirəm.
- Başüstə.
Atamla çay süfrəsi arxasında söhbətimiz üçün darıxmışdım.. o çayı çox sevirdi. Səhər acı çay içməmiş heç nə yemirdi. Onunla ağacın altında əyləşib səhər günəşin dağlardan boylanmasını seyr edirdik.
- Ata?
- Ay can
- Anamı sevdyini necə anlamışdın.
- Bu haradan çıxdı?
- Elə belə. Maraq üçün.
- Bunu ki, həmişə sizə danışmışıq. əzəbər bilirsiniz.
- Hə, amma necə anladın ki, o odur?
- Hm..Gözləri...
- Gözləri nə?
- Gözlərində boğuldum. Nəfəsim kəsildi onun gözlərini görüncə. O qədər dərin o qədər mənalı baxırdı ki. Əslində ətrafımda gözəl gözlü insanlar çox idi, amma mənə o baxışla baxan hələ olmamışdı.
- Necə baxırdı ki.
- Incə, həlim, sakit eyni zamanda təlaşlı və titrək. Gözləri gülürdü.. bunu hiss etmək lazımdır Şəms. Nə qədər tərif etsəm də az olar..
- Sən cəhd et nolar.
Atam kürəyini əyləşdiyi yerdə yastığa yasladı. Yerini rahatlayıb günəşə baxdı.
- Dünyaya gəldiyin gündən ətrafında çoxlu adamlar olur. Onlar iki yerə bölünür. Biri sevməyin üçün əvvəlcədən seçilənlər. Anan, atan, baban, nənən, xalalar bibilər bacılar qardaşlar. Bir də sonradan sənin seçdiyin. Amma bir də baxırsan ki, sənin seçdiyin əslində sənin üçün çoxdan seçilmişimiş. Anan da mənim üçün elə oldu. Ətrafımda olanlardan seçilən oldu. O mənim üçün seçilmişdi. Çünki ilk insan idi ki, gözləri ilə ürəyimin ritmini pozmuşdu. Elə bildim o anda nəfəsim kəsiləcək.
- Bunu ilk baxışdan anlamışdın.
- Hə.
- Onda ilk baxış çox önəmlidir?
- Bəzən hə.
- Necə yəni?
- Bəzən sən o anda, həmin saniyədə anlayırsan ki, sənin taleyin bu insandır. Bəzən isə bunu anlamağın üçün zaman lazım olur.
- Nə qədər zaman?
- Bilmirəm.. o baxır insana. Ir də görürəsən ki, sənin taleyin olacaq insan düz yanından keçib gedir, amma siz bir birinizi görmürsünüz. Müəyyən zamandan sonra bir gün, gözləmədiyin anda, gözləmədiyin məkanda baxırsan ki, bu insan o insandır.
- Yəni sonradan sevmək mümkündür?
- Sevmək əvvələ sonraya baxmır Şəms. Sadəcə sevirsən. əgər bu gün yox, sabah sevəcəksənsə demək sənin üçün doğru zaman sabahmış. Amma ayıq olmaq mütləqdir. Yoxsa bir də baxarsan ki, o getdi..
- Çətin işlərmiş..
Atam bu sözümə gülümsədi..
- Şəms, sən sənin qəlbinin ritmini pozana bax. Gözlərinə bax və orada kimi gördüyünə diqqət et. Sevən adamın gözündə heç vaxt onun özünü yox, sevdiyini görərsən.
Mən hələ də anlamadım. Indi mən Amalı sevirəm, ya sadəcə bağlanmışam. Gün ərzində başımı nə qədər qatmağa çalışsam da Amal fikrimdən çıxmırdı. Evdən çıxmağa risk etmirdim. Bu saat ən son görmək istədiyim insane Zahar idi. əmin idim ki, məni güdür. Ona görə evdə gah yatır, gah kitab oxuyur gah mətbəxdə anamgilə kömək edirdim. Sara ilə söhbət də bu baş qatmaya aid idi. 2 gün beləcə keçdi, amma mən hələdə nə yata bilirdim, nə yeyə bilirdim. Elə bil dünyadanq opmuşdum. Hələ də amalın sözləri ağlımdan çıxmırdı. Sara ilə danışmaq üçün otağıma çəkilmişdim. Hal əhval tutanda Saranın nədənsə narahat olduğunu sezdim.
- Sara, nəsə olub?
- Şəms.. bu qız var idiyeee
- Hansı qız?
- Şey.. Amalın iş yoldaşı
- Nadya?
- Hə.
- Hə nə olub ki?
- O necə görünüşlüdür, yəni necə biridir? Nə bilim, saçı, gözü, boyu
- Uzun boyludur, mavi göz, sarı saç. Nə bilime qızdırda. Niyə soruşdun ki?
- Şey...
- Nə Sara?
- Şəms, məncə sən ən qısa zamanda Bakıya gəl.
* * *
Təyyarədə Saranın dedikləri beynimdən çıxmırdı. Nadya 2 gündür evə girib çıxırmış. Sara Kamilə iynə vurması üçün Gülsüm xalanın yanına apardığı hər gün onu görürmüş. Amal bunu edə bilməzdi. Yəni doğurdan Nadya ilə aralarında nəsə var? Bəlkə Amal özü bilərək məni Maskatda dinləmədi, öndən gəlmişlik edib dava edərək Bakıya tək qayıtmaq istədi. Mən olanda Nadya evə rahat girib çıxa bilmirdi. Gic –gic düşüncələr beynimi yedi bitirdi, Saranın Nadyanın bizə gəlir deməsiylə əşyalarımı necə yığdım, atamgili necə razı sala bildim hələ özüm də dərk edə bilməmişəm. Atama Amala xəbər verməməsini tapşırmışdım. Arxamca isə Sara ilə Sahib gələcəkdilər. Niyə xəbər vermədim bilmirəm. Bəlkə gözümlə görmək istəyirdim. Bəlkə Sara səhv görüb Nadya deyil. Başqa bir xanım idi.. Başqa bir xanım olsa nə fərq edərdi. Önəmli odur ki, mənim evimə yad bir qadın girib çıxır. Hə, mənim evim. Ora mənim evimdir. Və kiminləsə paylaşmaq niyyətində deyildim.
Bakıya artıq çatmışdım. Sara ilə Sahib havalimanında məni qarşılayıb evə qədər apardılar. Sahib çox yaxşı insane idi. Yaşı çox idi Saradan. Saraya uşaq kimi davranırdı. Bir dediyini iki etmirdi. Çox qəribə sevgi dolu münasibətləri var idi. Sara Sahiblə danışanda belə üzündə qəribə utancaqlıq yaranırdı. Sanki bu insanlar neçə illərin evli insanları yox yenicə tanış olmuş sevgilidirlər. aradakı pərdələri insanı kənardan baxanda belə darıxdırmır, əksinə xoş təsir bağışlayırdı. Yol boyu Sara ilə söhbətimizə bir dəfə olsun Sahib qarışmadı. Düzdür biz də açıq danışmırdıq. Üstüörtülü suallar və eyni şəkildə cavabalr olsa da Sahib bir dəfə də olsun reaksiya vermədi. Arada Kamil qışqıranda ona sakit olması üçün böyük adamlarla danışırmış kimi danışırdı. Kamil isə onu elə diqqətlə süzürdü ki, sanki atasının nə dediyini anlayırdı. O anda düşündüm ki, Amal necə ata ola bilərdi. Ya mən? mən necə ana olacaqdım. Ilk dəfə idi Amalla özümü bir övlad sahibi olan ailə kimi təsəvvür etdim. Üzümdəki təbəssüm Saranın dürtmələməsi ilə yoxa çıxdı.
- Hara getdi fikrin?
- Heçç Kamilə baxırdım.
- Kamilə sonar baxarsan.. de görək neyniyək.
- Neyniyək?
- Hə neyniyək? hər halda səni tək qoyacağımı düşünmürsən.
- Çox sağol Sara yaxşı ki varsan..
- Dəli o nə sözdür.
- ….
- Nə oldu?
- Bilmirəm. Yao nu inandıra bilməsəm?
- Şəms, sən sadəcə sev. O özü inanacaq.
Saranın sözü az da olsa içimi rahatlaşdırmışdı. Hə mən əgər amalı sevməsəydim niyə buralara qədər gəlirdim. Niyə dönürdüm, niyə bu qədər qısqanırdım. Bağlılıq var idi sözssüz, amma bu bağlılıq artıq çoxdan öz yerini sevgiyə vermişdi. Onu itirəcəyimi düşünəndə dəli olurdum. Başqa biri ilə xoşbəxt görmək istəmirdim. Sadəcə mənimlə birlikdə olanda gülsün, gülüş səsinin ətrafa yayılma səbəbi mən olum. Bu eqoistlikdirsə qoy olsun. Hə, mən eqoistəm, qısqancam, axmağam.. hə həə mən axmağam.. həm də yeniyetmə qızlar kimi aşiq olan axmaq.
Evə çatanda içim titrədi. əllərim qeyri ixtiyari əsirdi. Özümü nə qədər sıxsamda gərilən əzələlərimdən bəlli idi narahatlığım.
- Şəms, özünü toparla, bütün əsirsən.
- Ya Nadya oradadırsa? Ya Amal hirslənərsə mənim qayımtağıma.. o…o məni görmək isütəmir. Heç bu iki gündə mənə zəng də eləmədi. Ancaq atama o da atam şübhələnməsin deyə.
- Hə, onda gəl qayıdaq hava limanına.
- Nə?
- Sən dəli olmusan? Bura qədər gəlib elə danışırsan ki, elə bil indicə geri qayıdacaqsan.
- Neynim mən yaxşı?
Üzümü binaya tərəf çvirib eyvana baxırdım. Sara çiyinlərimdən yapışıb necə məni özünə tərəf döndərdisə az qala yerimdə yıxılacaqdım.
- Şəms xanım, ağlını başına yığ, özünü toparla. Ora sənin evindir, sənin ailəndir, o evdə sənin həyat yoldaşın var. Başa düşürsən sənin.. başqa birinin yox. Sən sənin olandan çəkinmə. Qoy başqaları çəkinsin.
- Hh..hh.ə mənim..mənimdir.
- Eşitmədim
- Mənim evimdir..
- Ay sağol.. indi get. Sonra mütləq xəbər ver mənə də.
Sara özümə qarşı əminlik yaratmışdı, amma yenə də əsməcəm keçməmişdi. Çemodanı elə tutmuşdum ki, elə bil barmaqlarım bu saat sınacaq. Qapını astaca döyüdüm, amma açmadılar. Maskatda evdən necə tələsik çıxmışdımsa əşyalarımın yarısı qalmışdı. Evin açarı da onların içində. Zəngə əlimi atıb atmamaq da tərəddüd edirdim ki, kiminsə arxadan zəngə əlinin uzandığnı gördüm. Bu Sara. Zəngi basıb qaçan uşaqlar kimi pillələrdən necə sürətlə qalxdısa məni gülmək tutdu. Elə üzümdə təbəssüm itməmiş qapı açıldı. Amal düz qarşımda dayanmışdı. İndi gəl əsmə. Elə bil onu ilk dəfədir görürdüm. Bilmirəm niyə həmin anda kövrəldim belə. Boynuna sarılmamaq üçün özümü zorla tuturdum. Başımdakı saçdan ayaqlarıma qədər istilik gəlmişdi. əllərim tərlədiyindən , əlimdəki çemodan sürüşüb düşəcəkdi ki, Amal cəld tərpənərək onu tutdu. əyilib çemodanı tutanda istər istəməz hər zaman istifadə etdiyi artıq öyrəşdiyim ətri yenidən duydum. Necə darıxmışdım onun üçün. 2 gün mənə elə bil iki əsr gəlmişdi. Sevgi bu idi?

Müəllif: Lili SH
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 5 395
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri