Şəmsparə (31-ci bölüm)

Müəllif: Antikvar
Şərhlər: 3
Baxılıb: 5 940
Səs ver:
(səs: 4)
Hə, yaxşıca pərt olmuşdum. Sən demə kitabı bayaqdan tərs tutub oxuyuram. Nə deyərdim. Uyduracaq bəhanəm belə yox idi. Kitabı bağlayıb kənara qoydum. əllərimi paltarımdan çıxan sapın üstünə gəzdirib gah düyünləyir, gah açır, gah bururdum. O isə yenə gülümsəyərək mənə baxırdı.
- Çox baxacaqsan üzümə.
- Olmaz?
Çiynimi çəkərək "özün bil” dedim, amma içimdən bax, yetərki sən bax. O baxışlarının ünvanı təkcə mən olum deyə bağırırdım. Amal kürəyini yatağın başıəna yaslayıb uzandı. Dərindən nəfəs alaraq gözlərini yumdu. Yavaşca başımı döndərib ona baxırdım. Göz ətrafında görünən kiçik cizgilər, dodaqları, üzünün azca tükl olmasını seyr edirdim.
- Çox baxacaqsan üzümə?
Gözü yumulu halda ona baxdığımı necə anlamışdı bilmirəm. Amma mənim sözümü mənə vururdu. Elə mən də onun sözü ilə cavabalndırdım.
- Olmaz?
Mən "özün bil ” cavabını gözləyərkən o mənə tərəf dönüb baxışlarını üzümdə gəzdirərək, həlim gülümsəməsiylə və sakit tonla "olar ” dedi.
Mən eqolu, inadçı, qürurlu Şəms bu adamın əsiri olmuşdum. Mən öl desə ölə bilərdim. Cadugərdir bu adam nədir?
- Şəms?
- Hmm
- Niyə gəldin?
Gözləmirdim. Bu sualı indi əsla gözləmirdim. Heç cavabım da yox idi. Dünən bu sualı versəydi sənə görə deyəcəkdim, amma bu gün yox. Artıq onun mənə yalan deməsinə tərəddüd edərək bir az da əmin olmalıydım. Məni sevməsə ona heç nə deməyərək həyatından çıxıb gedəcəkdim.
- Atam dedi ki, gəlin evindən uzaq qalmamalıdır məni yolladı.
O anda ağlıma gələn sadəcə bu oldu.
- Hmm.. atan isə dedi ki, sən demisən ki, gəlin evindən uzaq qalmamalıdır.
Mənim alınma yazılıb bu adamın yanında pərt olmaq? Amma olsun. Yad biri deyildi ki, hər halımla mən sevməliydi o.
- Bilirsən niyə soruşursan?
- Ehh Şəms..
- ....
- Yorulmuşam
- Yat dincəl onda.
- Bəs sən neyniyəcəksən?
- Heç burada oturmuşam. Bu dəfə kitabı düz üzünə oxumağa çalışacağam.
Hə ikimiz bu sözə gülümsədik.
- Sən də gəl. Deyərək qolunun biri mənə tərəf uzatdı. Bu adam niyə belə dəyişkən olurdu. Gah bir anda elə isti olurdu ki, yandırıb yaxırdı gah da soyuq olub dondururdu hər şeyi. Amma indi düşünəcək zaman deyildi. Mən də bunu istyəyirdim. Onun qoxusunu içimə çəkərək, onu ollarına uzanmaq və yuxuya getmək istəyirdim. Hç nə demədən ona tərəf gələrək başımı sinəsinə qoydum. O da məni özünə tərəf yüngülxcə sıxaraq üzünü saçlarıma doğru gətirdi. Mən artıq bu otaqda yox idim, çoxdan uçmuşdum. Onun ürəyinin döyüntüsünü üşidirdim. O ritmlə öz ürəyimin rtimini eyniləşdirmək, eyni şəkildə döyünməsini istəyirdim. Amal baramaqları ilə saçlarımı oxşayır. Ara bir dolayıb yenidən açırdı. Kaş bilərdim o an nə düşünür. Yəqin ki, artıq Zahar məsələsinin mənim üçün bitdiyini duymuşdur. Çünki mən Şəms heç vaxt birinin qolları arasında özümə yer ayuırmaram. Həyəcandan məni yuxu tutmurdu. O niyə yatmırdı onu da bilmirəm. Demişdi ki, yorğundur, amma elə saçlarımla oynamsından hiss edirdim ki, ayıqdır. Nəfəsini saçlarımın arasında hiss etmək mənə necə də xoş gəlirdi. Tərpənmədən qollarında uzanmışdım. Hərəkət etməyə qorxurdum belə. Utanırdım düzü. Amalın səsi məni yenidən bu dünyaya qaytardı.
- Sabah yığıncağımız var. getmək istəyərsən?
- Nə yığıncağı?
- Nə bilim xəstəxana təşkil edir. Xeyriyyə məqsədi ilədir. Diqqəti ürək qüsurlu uşaqlara çəkəcəklər. Sən də uşaqları sevirsən. Düşündüm bəlkə..
- Hə, gedərik.
Başımı qaldırıb necə həvəslə hə dedimsə o bu halıma güldü. O an xoşbəxt idim. Hər halda indi məndən xoşbəxti yox idi. Nadya ilə də gedə bilərdi, amma yox. Məni dəvət etmişdi. Həm öz özümə qərar vermişdim, artıq Nadyanıə düşünməyəcəkdim. O qızdan heç bir əksikliyim yox idi. Hə məndən çox gözəl görünə bilərdi, amma mən də çirkin biri deyildim. Eyni peşənin sahibi idik. Hətta ondan qat qat üstün cəhətlərim belə var idi. Ona görə artıq onunla özümü eyni tərəziyə qoymaqdan vaz keçəcəkdim. Amalın qolları arasında yerimi rahatlayıb onun nəfəs almasını, ürəyinin döyünməsinə qulaq asırdım.
- Amal
- Hə..
- Niyə ürək həkimi?
- Amalın əzələlərinin gərildiyini hiss etdim o an. Qolları arasında olduğum üçün bunu duymaq asan idi. Yerindən qalxıb oturdu. Mən də yanında yerimi rahatlamışdım, amma yaxınında əyləşdim. Artıq ondan uzaq qalmaq istəmirdim.
- Oldum da..
- Amal..bu sualı ikinci dəfədir verirəm və ikinci dəfədir eyni reaksiyanı görürəm.
- Nə reaksiyası
- Gözünü qaçırırsan, sualı eşitməməzlikdən gəlirsən, söhbəti yayındırmağa çalışırsan və gərginləşirsən,
- Hmm.. Şəms xanım, görürəm çox diqqətcilmişsiniz. Bu hər zaman belədir ya bu günlük nəsə baş verib.
- Həmişə belədir. Bax yenə söhbəti yayındırısan.
- Gəl gedək yemək yeyək.
- Bəs nə oldu yatırdın?
- Nə çox sual verirsən?
- Bezdirdim.
Yenə baxışlarını dodaqlarım və gözlərim arasında gəzdirərək gülümsəyərək "yox” dedi.
- Yaxşı danışmaq istəmirsənsə bezdirməyəcəyəm. – deyib yenidən başımı yastığa qoydum. O da başını yastığa qoyaraq düz üzümə baxırdı. Elə mən də onun. Bunu dediyim üçün özümdən utanmalıyam, amma deyəcəyəm. Məni öpməsini çox istəyirdim o an. İlk öpüşümü də o almışdı. Sonum da o olmalı idi. Nə qədər gözləsəmdə cəhd etmirdi. Səhrada özümdə yığdığım cəsarəti tapsaydım bəlkə də yenə də mən ilk addımı atardım, amma haqqımda yalnış fikriləşməsini istəmirəm. Yüngül qız düşüncəsini yaratmaq istəmirdim. Ola bilər bu axmaq fikir idi, amma yenə də qadın ki qadın. Hər zaman bir addım atmadan əvvəl ürəyi ilə beyni arasında yüz yol ölçər. Qarşımdakı ərim idi yad biri deyildi, amma bizim münasibətimiz fərqli olduğu üçün bunu edə bilmədim.
- Şəms.
Adımı ondan eşitmək nə qədər xoşdur ilahi. Dodaqlarında çıxan bu ada get gdə özüm də vurulurdum.
- hmm
- Nə düşünürsən?
Yaxşı sualdır. Nə düşündüyümü desəm Amal ürək tutmasından gedər hər halda. Üzümd gülüş yarandı.
- Heç.
- Heç? Bəs niyə güldün?
- Heç.
- Hmm.. onda hər zaman heçi düşün.
- Nə?
- Deyirəm onda hər zaman heçi düşün. Bəlkə gülsməmən dayanmaz davam edər.
Indi gəl bunu öpmədə..utandım sözünə. Dodağımı dişləyib daha da güldüm.
- Bəs sən nə düşünürən?
- Elə sənin düşündüyünü.
Canıma titrəmə düşdü. Gözlərim bərəlmiş halda ona baxıb kəkələyərək necə deyə soruşdum. Gülümsəyərək başını döndərib tavana baxmağa başladı. Boynuna vurduğu ətir məni bihuş elədi. Mən belə deyildim, Amal mənə neynirdi bilmirəm. O an sadəcə onu arzulayırdım. Deyəsən çox pis qız olmuşam.
- Şəms.
Ay bu adam məni öldürəcək Şəms deyə deyə. Bu dəfə daha yaxın davranmaq istədim.
- Ay can
- Niyə belə oldu hər şey?
- ....
- Kaş hər şey fərqli olardı.
Yerindən qalxıb otaqdan çıxdı. Heç nə deyə bilmədim. Nə demək istədiyin beynim çözməyə analiz etməyə çalışırdı. Bu nə demək idi. Kaş hər şey fərqli oldu nə demək idi. Arxasınca baxa baxa qaldım. Yox bu belə ola bilməzdi. Mən bu məsləni kökündən həll etməliydim. Kökündən.
Amal gecəni televizor qarşısında keçirdi. Gülsüm xala Sonagildə qaldğından o da divanda yatdı. Bu sat gülsüm xalanın evdə gecələməsi üçün nələri verməzdim. ən azından amal daha yaxın olardım. Otaqda olanda io qəribə olur. Isti, qayğıkeş olurdu. Gecəni səhər neyniyəcəyəm nə geyinəcəyəm fikri ilə başa vurmuşdum. Səhərin açılması ilə Saranı dəng elədim. Onunla alış verişə çıxıb saçımı paltarımı həll etməliydim. Bu gecə Amalın başını ağlından almalıydım. Nə Nadya nə Zahar..Sadəcə biz olacaqdıq. Özümə uzun qırmızı don almışdım. Don elə ərəb geyimlərinə bənzəyirdi. Qırmızı rəng mənə çox yaraşırdı bunu bilirdim. Saşlarımı açıq düz eləyib gözlərimi vuruğulayacaq makyaj elədim. Hə.. artıq bu mən idim. Şəms. Günəş kimi parlayan, göz qamaşdıran Şəms, şəmsparə yox. Sara və Gülsüm xala məni heyranlıqla seyr edirdilər. Amalı səbrsizliklə gözləyirdim. Sara və Gülsüm xala getmişdilər. Qapı döyüləndə ürəyim elə bil qulaqlarımda döyündü. Açdığımda üzümdə xoş təbəssümlə amalı qarşıladım. Başını qaldırmadan içəri keçəndə uzun qırmızı paltarın ətəyindən yuxarı doğru asta asta başını qaldırıb ağzı açıq şəkildə mənə baxdı. Əlindən maşının açarı və telefon yerə düşüdü. Bu halına isə lap gülməyim tutdu. əyilib açarı və telefonu götürmək istəynəd o da əyildi və baş başa toqquşduq. Mən gülür. O isə hələ də ağzı açıq baxırdı. Kəkələyərək salam verdi. Necəsən deyə soruşanda eyni şəkildə kəkləyərək yaxşıyam dedi.
- Heç nə demiyəcəksən?
- Deməyə söz qoyardın da.

Müəllif: Lili SH
(səs: 4)
Şərhlər: 3
Baxılıb: 5 940
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri