Şəmsparə (33-cü bölüm)

Müəllif: Antikvar
Şərhlər: 5
Baxılıb: 4 755
Səs ver:
(səs: 2)
Amalın "arvadımdır” sözünü eşitmək lazım idi. Hər zaman mədəni olmağa xüsusi özən göstərən adam həyat yoldaşımdır yerinə necə kobud şəkildə "arvadımdır” demişdisə o an mən belə qorxdum. Demək ki, qısqanmışdı. Hmm bu işi çox sevdim.. Madəm duyğularınızı bu şəkildə biruzə verirsiniz Amal bəy. Biz də o damardan basarıq.
- Zahid bəy buyurun bizimlə əyləşin.
Zahid təklifi qəbul edərək yavaşca stulda əyləşdi. Mən amala baxmasam da onun mənə necə baxdığını hiss edirdim.
Istədiyim də bu idi. Qoy yanındakının qədirini bilsin. Amma Zahidin irəliləyən dəqiqələrdə hər şeyi burnumdan gətirəcəyini bilsəydim onu burada oturmağa izn belə verməzdim.
- Amal bəy təbrik edirəm bu arada.
- Nəyə görə?
- Mükafata görə
- Ay daaa nə mükafatıdır səhərdən hamı təbrik edir. Bir şey başa düşmədim.
- Eybi yox bir azdan biləcəksiniz.
- Baxın, mənə mükafat lazım deyil. Odur ki, xahiş edirəm ləğv edəsiniz.
- Elə şey olar, Nadya xanım inciyər bizdən.
- Nadya?
- Hə.. bütün bunları o təşkil edib. Şəms xanım inciməz yəqin ki, desəm ki, Nadya xanım sizin heyranınızdır. Ancaq dayanmadan sizdən danışır. Artıq sayəsində adınız dillərə düşüb. Nə yalan deyim hətta mən sizin sevgili olduğunuzu düşünürdüm. Danışığındn elə sezilirdi.
Əlimdə tutduğum badəni necə sıxırdımsa az qalsın sınacaqdı. Dodaqlarımı yeyirdim hirsimdən. Bu nə sarsaqlıyırdı. Nə sevgili, nə heyranlığı. Amala baxanda heç də narahat görünmürdü. əksinə özündən razı təbəssümlə Zahidə baxırdı. Mənim baxışlarımı üzərimdə hiss edib mənə tərəf döndü. Baxışları ilə "Nə?” soruşurmuş kimi göz qaş eləsə də mən meyvə şirəsini bir dəfəlik başıma çəkib ayağa qalxdım. "mən özümə içməyə bir şey götürəcəyəm.” Amal qalxsa da götürüb gəlirəm dedim. Zahid isə onu söhbətə tuturdu. Az qalırdım süfrədə olan hər şeyi yerə dağıdam. Meyvə suyunu götürüb yenidən onlara baxırdım ki, qarşıma keçən Nadyanı gördüm.
- Deyəsən o əcaib geyimindən çıxmısan.
- O əcaib geyim deyildir. Sare idi
- Hər nəydi.. bilirsən, sən bu geyimi ya da başqa bir geyimi geyinsəndə faydası yoxdur.
- Başa düşmədim.
- Amal budet moyim.
Deyib getdi.. bunu başa düşmək üçün dil bilmək lazım deyildi. Amma bu qadını ifritəliyi artıq sərhəddi aşırdı.
- Görərik..
Yenidən yerimə dönəndə Zahid artıq yox idi. Amal içki içmirdi. Həkim olduğundan siqaret və içkidən uzaq dayanırdı. Amma idni əlində spirtli içkini görəndə təəcübləmişdim.Məni baxışları ilə stulda əyləşənə qədər izlədi.
- Çox xahiş edirəm. Bir də tanımadığın adamlarla ünsiyyət qurma.
- Niyə?
- Elə
- Qorxursan ki, Nadyan haqqında danışarlar.
Yenə dilimi dinc saxlaya bilmədim. Amal üzümə baxa baxa təəcüblə gülümsəməyə başladı.
- Bu nə deməkdir? Yoxsa sən..
Sözünü tamamlaya bilmədi. Zalın işıqlarını bir az azaltdılar. Nadyanın mikrofondan yayılan səsi bütün zalı bürüdü.
Nə danışırdı bilmirəm. Yarı rus yarı azərbaycan. Bilirəm ki, qəsdən eləyirdi mən eşidim başa düşüm deyə. Amalı dayanmadan tərfiləyir, onunla keçirdiyi hər günün özəlliyini danışrıdı. Bu qız deyəsən doğrudan ölmək arzusundadır. Bu gecə qatil oalcaqdım mən. Və birdən Amal və mənim əyləşdiyim masaya yaxınlaşıb əlini amala uzatdı. Musiqi səsləndiyindən nə dediyini eşitmədim. Amma hər halda rəqsə dəvət edirdi. Səslənən musiqi vals idi. Amal nə qədər başını yox mənasında yelləsə də ətrafda hamının ona baxdığını, Nadyanın az qala yalvarış dolu baxışlarla onu süzdüyüngörəndə mənə tərəf dönərək baxışları ilə nəyisə deməyə çalışırdı. Mənsə Amalın getməyəcəyini ümid edirdim. O getdi.
Səslənən musiqinin ritminə uyğun rəqs edirdilər. Amalın bu qədər profesioanal vals oynadığını bilməzdim. Nə yalan deyim Nadya da ondan geri qalmırdı. Içim içimi yedi.. özümü artıq hesab edirdib bu məkanda. Nadya rəqsdə müəyyən hərəkətlərə Amala toxunanda titrəyirdim əsəbdən. Amal da halından məmnun idi .
- Istəyirsiniz biz də rəqs edək?
Geriyə döndüyümdə tanımadığım sima ilə rastlaşdım. Bu kim idi bilmirəm, və o an onu düşünəcək halda deyildim. Həm mən Vals oynamağı bilmirəm. Bütün zal boyu süzən Amal və Nadyaya hamı heyranlıqla baxırdı.
- Təşəkkür edirəm. Istəmirəm.
- Amal bəy, qardaşınızıdır?
- Qardaşım?
- Nadya xanımla bir birilərinə çox yaraşırlar. Deyəsən toy olacaq tezliklə.
Bu nədir belə bu gün burada bu zalda olanlar deyəsən sözləşiblər ki, məni qatil etsinlər.
- O mənim qardaşım deyil. ərimdir.
Amalın az əvvəl Zahidə dediyi mimika ilə mən bu adama "ərimdir” dedim.
- Aaa... bağışlayın... üzr istəyirəm.. əlinizdə üzük görməyincə subay zənn etdim.
Adam getmişdi, mənim isə baxışlarım əlim və Amal arasında gedib gəlirdi.
Indiyə qədər ağlıma gəlməmişdi. Biz üzük taxmamışdıq. Nə Amal nə mən. Məyus oldum. Bilmirəm nə səbəbə. Həm də Amala əsəbim daha da artırdı. Bu vals isə bitmək bilmirdi. Artıq onları əhatələmişdilər deyə heç nə görmürdüm. Çalınan fit səslətindən bu rəqsin yaxşı bitməyəcəyini sezmişdim.. bu işə əl atmalıydım. Və birdən gözüm bir yerə sataşdı. Bütün bu səhnəni kəsəcək bir yerə.. yavaşca ayağa qalxıb ətrafa boylana boylana yaxına gəldim və....
- Aaa.. noldu..
- Niyə kəsildi musiqi?
- Nə baş verir?
- Yəqin problem var cərəyanda..
- Nə pis oldu..
Hə..camaat səs səsə vermişdi mənsə tələsik gəlib yerimdə oturmuşdum. Sadəcə cərəyandan gələn enerjini müvəqqəti dayandırmışdım. Bilmirəm bəlkədə o deyildi, şansımı yoxladım və oldu. Yerimdə rahat oturmuşdum ki, vals yenidən səsləndi.. Zahid qabağa gəlib. Tokdan ayrılmışdı, narahat olamyın deyərək hər kəsi rahatlaşdırdı. Sonra mənə dönüb baxaraq göz vurdu. Deyəsən bu adam görmüşdü. Düzdür vecimə də deyildi, amma yenidən onu toa taxması ona da olan qəzəbimi artırırdı. Nadya nə qədər təkid etsə də Amal rəqsi bitirb yerinə döndü. Üzünə baxmırdım. Incimişdim ondan. O isə oturmadan əlini mənə uzadıb:- mənimlə rəqs edərsən. Dedi.
- Bağışla mən Nadya kimi vals onamağı bilmirəm.
Amal bu sözümə baxmayaraq əlimdən tutub özünə tərəf çəkdi. Yerimdən qalxanda əllərini belimə qoyub meydana apardı.
- Gözlə bir dəqiqə gəlirəm.
Utanırdım. Hər kəsin baxışı üzərimdə idi. Rəqs etməyə hazırlaşan tək biz deyildik, amma yenə də həyəcanlı idim. Amalla heç vaxt rəqs etməmişdik. Bu ilk olacaqdı. Bir az da onun həyəcanı məni bürüdü.. düşünəndə ki, əlləri ilə mənə toxunacaq lap üşütmə keçirdirdim. Amal oğlanın qulağına nəsə pıçıldayıb çiyninə yavaşca toxunaraq razılıq bildirdi. Mənə tərəf gələndə isə mahnı başlamışdı. Sakit, romantik bir mahnı idi. Yəni xüsui rəqs qabiliyyəti tələ etmirdi. Mahın başlaydna məni özünə tərəf çəkib yavaşca rəqs etməyə başladı. Mən əsirdim yoxs o bunu sezə bilmirdim. Hələ mahının sözləri başlamamış o qulağıma tərəf əyişərək pıçıltı ilə "heç vaxt özünü başqaları ilə müqaisə etmə” demişdi. Haqlıydı mən dayanmadan Nadya ilə özümü müqaisə edirdim. Bu doğru deyildi, amma mən qadın idim nəticədə. Müəyyən qədər emosiaonal olmağım normaldır. Başını qulağımdan çəkmədən pıçıltı ilə yenə "Lady in red” dedi. Və mahının sözləri başlayan kimi onu Amal da qulağıma oxumağa başladı.
(I've never seen you looking so lovely
as you did tonight
I've never seen you shine so bright
...
The lady in red is dancing with me cheek to cheek
There's nobody here, it's just you and me,
It's where I wanna be
But I hardly know this beauty by my side
I'll never forget,
the way you look tonight)
rus dilinə tərcümə
Я никогда не видел тебя такой прекрасной
Как сегодня вечером
Я никогда не видел тебя сияющей так ярко
...
Леди в красном танцует со мной щека к щеке
Нет никого здесь, это — только ты и я,
Я так хочу этого!
Но я едва знаю эту красавицу рядом со мной.
Я никогда не забуду
Как ты сегодня выглядишь (Chris DeBurgh - Lady In Red)
Inana bilmirdim, Amal mənə bu gün ərizndə lady in red dediyi sözə uyğun mahnını sifariş vermişdi və üstəgəl bəzi yerlərini oxuyurdu. Bu anda ingilis dilini bildiyim üçün xoşbəxt idim. Sözü sözünə nə dediyini başa düşürdüm. Gözlərimi yumub başımı onun üzünə dayamışdım. O anı dayandırmaq üçün bir düymə olsaydı basardım. Incikliyim, Nadya, az əvvəlki rəqs hər şey itmişdi.. Sadəcə Amal mən və bu an var idi.
Mahının sonunda My lady in red (mənim qırmızıda olan xanımım) sözünü də Amal dedi, amma o anda alqışlar gəldiyindən bilmirəm mənə elə gəldi yoxsa yox Amal daha bir söz dedi. Eşitmədim. Nə qədər üzünə baxıb yenidən təkrar etməsini istəyən baxışlarla baxsam da o gülümsəyərək heç nə demirdi. Nə dediyini bilməliydim. Çünki səhv etmirəmsə mahnının sonunda səslənən və Amalın dediyi söz "İ love you” (səni sevirəm) idi.

Müəllif: Lili SH
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 755
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri