Şəmsparə (36-cı bölüm)

Müəllif: Antikvar
Şərhlər: 4
Baxılıb: 5 392
Səs ver:
(səs: 2)
Bu gecə hər şeyi Amala danışmaq istəyirdimsə də artıq istəmirəm. Qəlbim sınmışdı. Nə olur olsun buna imkan verməməli idi. Nadyanın bu hərəkətinə izn verməməli idi. Incimişdim.həm də çox.
- Eşidirəm Şəms..
- Amal, inan mənə əgər bu sualını bütün bu baş verənə qədər soruşsaydın sənə elə cavab verərdim ki, hər ikimizin həyatı dəyişə bilərdi. Amma sən bu gün məni hamının içində alçatdın. Bunu sənə bağışlaya bilərəmmi bilmirəm.
- Şəms, Nadya belə biridir..
- Belə biridir? Yəni səni hər istədiyi yerdə öpə bilər? Və mən də buna göz yummalıyam.
- Nə istəyridin ki. Şəms? Bəlkə sənin olana əl atıb. Bəlkə sənin ərini öpüb? Biz ki şərti evliyik. Necə ki, mən səni mənimlə Zahara acıq olsun deyə evlənməyimə heç nə demədim, sən də həmçinin. Sən həmişə Zaharı sevdin. Mən buna görə sənə nəsə dedim. Yox. Səbr etdim. Amma olmadı. Yenə də boşanmaq istədin. Yenə də heç nə demədim. Zahar səhrada qarşımıza çıxmadan əvvəl sən məni öpəndə düşündüm ki......mən axmaq düşündüm ki, qəlbində mənə qarşı zərrə qədər də olsa sevgi yaranıb. Amma sən demə sən Zaharı görüb bunu eləmisən.
- Nə?
- Artıq səbr kasam doldu Şəms. Bizim bir birimizin üzərində haqqımız yoxdur. Əgər varsa sənə özümü bağışlatdırmağa hazıram. Yetərki denən var yoxsa yox?
- Yox.yoxmuş .haqlısan..
Amalın belə deyəcəyini gözləmirdim. Məni daha da yaraladı. Artıq onun yanında bir dəqiqə belə olsun gözləmək istəmirdim. Axsaya axsaya yerimdən qalxıb yenidən addımlamağa başladım. Amal gəlirdimi arxamca yoxsa yox bilmirdim. Heç bundan sonra marağında da deyildim. Bilmirəm bəlkə də haqlıydı bir yerdə. O nə qədər bu evliliyi gerçəyə çevirmək istəsə də mən onu bir o qədər itələdim. Indi də eyni vəziyyətə özüm düşdüm. Amal onunla Zahara acıq olsun deyə öpüşdüyümü düşünür. Buna açıqlama vermək istəmədim çünki... şünki o artıq inanmaq istədiyi şeyə inanıb. Mənə qalan sadəcə çəkilməkdir. Adı qoyulmayan müharibədə Zahar və Nadya qalib gəldi. Nə maşına qədər. Nə yolda Amalla artıq heç bir kəlmə də kəsmədik. Ikimizdə bitmişdik. Onun öz səbəbləri mənim öz səbəblərim var idi susmağa. Evə girəndə hər ikimizin halını görən Gülsüm xala heç nə soruşmadı. Mən heç ağlamırdımda. Hikkəmdən boğulurdum. Ancaq quru öskürək tuturdu. Ağlamayacaqdımda. əzdirməyəcəkdim özümü nə Amala nə Nadyaya nə də digərlərinə .cəhənnəmə qədər yolları var. Amala yazığım gəlsə də onu bağışlaya bilmirdim. Şərti olaraq evli olduğumuzu düşünsə belə bu addımı atmağa onu heç nə vadar eləmirdi. Həm o da görünür ki, mənə qarşı hirslidir. Elə düşünüb ki, mən hələ də Zaharı sevirəm. Və səhrada Zaharı görüb onu öpdüyümü düşünür. Yəni mənə bunu yaraşdırmışdı. 2 gün otağımdan çıxmadım. Nə Sara nə Gülsüm xala ilə bir kəlmə belə kəsmədim. Amal da iki gündür evə gəlmirdi. Əslində gəlmədiyinə həm sevinir həm üzülürdüm. Ona olan hirsim keçməmişdi. Digər tərəfdən isə onun üçün, qoxusu üçün dəli kimi darıxmışdım. Nə yemək nə içmək. Iştaham yox idi. 2 ci günün sonunda ayağa qalxmaq istəyəndə başımın giccələndiyini hiss etdim. Mətbəxə keçib bir şeylər yeməliydim artıq. Güclə özümü mətbəxə salanda Gülsüm xala məni görüb qorxmuşdur.
- Soldun getdin... nə oldu axı sizə belə? Şəms, qızım Amaldan da 2 gündür xəbər yoxdur. Səni o gecə qoydu getdi. Hara əl atıram cavab vermir. Zəng çatmır. Narahatam. Nə baş verib.
Gülsüm xala belə deyəndə mən də narahat olmuşdum. ən azından telefonu açıb xalası ilə danışmalıydı. Onu belə nigaran qoymağa haqqı yox idi. Nə deyəcəyimi bilmirdim. Telefona smsm gəldiyindən əvvəlcə fikir vermədim. Gülsüm xala amma elə ümid dolu gözlərlə mənə baxdı ki, anladım ki, Amaldan olduğunu düşünür. Qadını üzməmək üçün açdım. Tanımadığım bir nömrədən mesaj gəlmişdi.
"mən sənə demişdim axı, Amal mənim olacaq. Tap görüm o indi haradadır. Nadya.”
2 gündür qəlbimə axıtdığım göz yaşlarım artıq hıçqırtıya dönüşdü. Telefonu necə divara çırpdımsa Gülsüm xala yerindən dik atıldı.
- Şəms, sakitləş. Noldu?
- Amal...onun harda olduğunu bilmək istəyirsiniz. Nadyasının qollarındadır. Ona görə narahat olmayın.!
Ağlaya ağlaya qışqırırdım. Bu yanğı mənə bir ömürlük bəs idi. Otağıma gəlib heç nə düşünmədən əşyalarımı yığdım. Amma sadəcə Maskatdan gətirdiklərimi götürdüm. Mənə onu xatırladacaq heç nə istəmirdim həyatımda. Bu da mənim nağılımın, min bir gecəmin sonu.. Qaranlıq zülmət. Evdən çıxanda eləcə Gülsüm xalanı bərk bərk qucaqlayıb, sağollaşdım. Yazıq qadın nə qədər dil töksə də, yalvarsa da dinləmədim. Dinləsəydim nə fayda. Mən bundan sonra burada qala bilməzdim. Geriyə dönüb bir daha o evdə doğulan və ölən ümidlərimə xəyallarıma baxdım. Mənə zindan olacaqdı hər yer. Ona görə Maskata dönməyim ən yaxşısı idi.

* * *

6 ay.....düz 6 aydır ki, onu görümürdüm. Həm acı ilə, həm sevgi ilə xatırlayırdım sadəcə. Gəldiyimn 2-3 gün sonra Əzizəgilə gəldim və Musandamda onunla birgə yaşamağa başladım. Əhməd çox yaxşı biri idi. Əzizə ilə ona baxanda nə yalan deyim tez-tez qibtə edirdim, bir birlərini incitmədən sevirdilər. Oysa ki mən... Təyyarənin qalxacağı ana qədər gözləmişdim. Bəlkə gələr.. bəlkə Nadyanın yalan dediyini deyər, bəlkə o gecə mənim bilmədiyim başqa nəsə baş verdiyini söyləyər, amma yox.. gəlmədi.. əgər sevsəydi gələrdi..Maskata gələndə atam və anam təəccüb içində idilər. Baş verənlər məni üzmüşdü. Arıqlamışdım. Ağlamaqdan göz qapaqlarım şişmişdi. Valdeynlərim cəhd etsə də heç nə demədim. Sadəcə atamdan boşanma işlərini başlatmağı və mənim iştirakım olmadan həll olunmasını xahiş etdim. Onların halını gördüm, amma bunu düşünəcək vəziyyətdə deyildim. Bu işdə Amalın olduğu qədər mənim də günahım var idi. Bir həftənin içində tanışları araya salıb atam boşanma işlərini sürətləndirmişdi. Amal məcbur gələcəkdi. Onunla qarşılaşmaq istəmədiyimdən, hər gün atam və anamın sual dolu baxışları ilə üzləşməmək üçün Əzizəgilə köçmüşdüm. Amal gəlib imza atıb getmişdi. Lənət şeytana ki, yenə də gözlədim. Həm məndən uzaq olmasını həm də yaxın olmasını istəyirdim. Həzm edə bilmirdim xəyanəti. Bunu ona yaraşdırmırdım. Mənim sevdiyim Amal bu deyildi. Beləcə 6 ay keçdi. Nə bir səs, nə bir soraq. Hər halda Nadya ilə evlənərlər deyə düşünürdüm. Ilk başlarda yəni 2-3 ay Sara ilə də əlaqə saxlamadım. Heç kimlə danışmaq istəmirdim. Olanları heç kmi bilmirdi. Amal nə demişdi bilmirəm, heç kim məni sorğu suala tutmadı. Hər halda yalanı gerçəyə çevirdiyindən onun mənə xəyanət etməsinə görə boşandığımızı demişdi. Sonralar Sara ilə skypeda danışırdım. O da heç nə soruşmurdu. Sevirdim bu xasiyyətini. Heç nə olmamış kimi hal əhval tuturdu. Arada Gülsüm xalanı soruşurdum. Yaxşı olduğunu deyirdi. O qadın üçün də çox darıxmışdım. Elə nə yalan deyim Amal üçün də.. həm də dəli kimi. Amma artıq hər şey çoxdan bitmişdi. Sara arada söz salmaq istəsə də mən tez sağollaşırdım. Onun barəsində heç nə eşitmək istəmirdim. Çünki..çünki qorxurdum ki deyər ki, evlənib.
Mənim Maskata dönməyimi demək olar ki, heç kim bilmirdi. Musandama Əzizgilə gəldiyimə görə heç kimin ağlına belə gəlmirdi ki, omandayam. Bu yaxşı oldu, çünki Zaharın hər an qaşrıma çıxacağından qorxurdum. Qorxmaq deyildəə..daha doğrusu istəmirdim. Keçmişi xatırlladacaq heş nə istəmirdim. Musandamda kiçik klinikada könüllü həkimlik edirdim. Günümü belə başa vururdum. Hara qədər bilmirəm. Nə vaxta qədər onu heç bilmirəm. Evlə tez tez hal əhval tuturdum. Babam hələ özünə gəlməmişdi. Onu ziyarətə gedəndə bir tək olanları ona danışırdım. Çünki məni qınamayacaq, susaraq dinləyəcək yeganə insan idi. Ona elə qibtə edirdim ki, hər şeydən xəbərsiz şirin yuxudadır. Mənim də bu saat elə bir dərin yuxuya ehtiyacım var idi.yaıb ayılmamaq. Əzizə dörd aylıq hamilə idi deyə yanında qalıb uşaq doğulana qədər yardım edəcəkdim. Sonra.. sonra planlaşdırmışdım ki, İsveçə gedim. Hər şeydən hamıdan uzaq yaşayım. Mən hər zaman deyib gülən. Tək qalmağı sevməyən Şəms indi təklik olan hər yerdə sakitlik olan məkanlarda özümə rahat məskən salırdım. Beləcə həyat axıb gedirdi. Amma bir gün yenə hər şey alt üst oldu....
- Şəms, Şəms... oyan... Şəms.
- Nə olub? Bu nə təlaş? Yoxsa...yoxsa özünü pis hiss edirsən.
- Yox yox. Mən yaxşıyam..
- Bəs səhərin gözü açılmamış niyə qışqırırsan.
- Oyan dedim
- Yaxşıda ayıldım nolub
- Babam..

* * *

Babam ayılmışdı. Bizə artıq bu möcüzə kimi gəlirdi. Nə yalan deyim artıq mən ümidimi ondan üzmüşdüm. Elə hamımız. Bircə atamla anam...haqlıda çıxdılar. Babam uzun müddətli yuxudan ayıldığından bir ügn boyunca ətrafı boş boş seyr edirdi. Həkim onun özümü yaxşı hiss etdiyini desə də xəbərdarlıq da etdi ki, onu həyəcanlandıracaq şeylərdən uzaq saxlayaq. O anda pis oldum. Indi mən necə izah edəcəkdim ki, Amal hanı. Babam ayılsa da hələ xəstəxanada qalırdı. Hər gün birimiz növbəli şəkildə yanındaydıq. Əzizəni qoymurduq təbii ki. Anam atam və mən. Bu gecə mənim növbəm idi. Babam yatmamışdı. Mənə baxıb gülümsəyəndə tanıdığını yavaş yavaş özünə gəldiyini gördüm. Bu 6 ay ərzində mənim sirrdaşım olmuşdu. Hər şeyi onunla paylaşmışdım.
- Necəsən baba?
- Yaxşıyam artıq. Gərək sən də gedərdin. Nahaq qaldın.
- Mənə xoşdur..
Başımı onun əlinin üstünə qoydum. O əli ilə ağır ağır saçımı oxşayırdı.. əlini elə tərpədirdi ki, elə bil illərin yorğunluğu var üzərində.
- Şəms.
- Ay can.
- Danışmaq istəyirsənsə yenə dinləyərəm səni..
- Nə? Nəyi?
- ŞƏms, mən yatmış ola bilərəm. Amma hər şeyi eşdirdi.

Müəllif: Lili SH
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 5 392
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri