Məcburiyyət (21-ci bölüm)

Müəllif: Antikvar
Şərhlər: 7
Baxılıb: 6 395
Səs ver:
(səs: 1)
Günlər ötdükcə Kənan daha da üzgün olurdu. Deyəsən özü də fərqinə varırdı ki, Firuzəsiz qala bilmir. Hər gün daha da darıxırdı onun üçün. Bağlılıq olaraq düşündüyü hissləri azalmaqdansa hər gün daha da artırdı. Yenə firuzəni unutmaq üçün üz tutduğu məkanlaranı birində içki içirdi. Düşünürdü...getsinmi? getsə Firuzəyə nə deyəcək. Bu qədər müddətdə haradaydı deyəcək. Tutaq ki, dedi...özünü necə bağışlatdıracaqdı. Ya atası... onun dediklərindən sonra Firuzə baxardımı Kənanın üzünə.
- Kənan bəy? Salam.
- Salam.
- Necəsiniz? Sizi şirkətdə görməyincə narahat olduq.
- ....sən kimsən?
- Xatırlamadınız deyəsən? Mən Ayşə. Ictimaiətlə əlaqələrdən.
- Hə...ictimaiətlə əlaqələr.
- Xatırladınız məni?
- Firuzənin çalışdığı departament.
- Hmm.. firuzənin...yenə bu friruzə, qurtula bilmədik bundan.
- Nə?
- Heç nə... otura bilərəm?
- Məndən icazə alırsan? Buranın sahibi mən deyiləm.
- Yox.. sadəcə etiraz edərsiniz deyə soruşdum.
- ....
- Gözəl məkandır.
- .....
- Çoxdan gəlirsiniz buralara?
- .....
- Mən də həmişə dostlarımla gəlirəm.
- .....
- Dostlarım deyərkən qızları nəzərdə tutu
- Mənə bax Aylin
- Ayşə.
- Hər nə.. oturursansa səssiz otur ya da dur get. Sənin söhbətini dinləyəcək havada deyiləm.
- Bağışlayın. Mən sadəcə işdən savayı müasbət qurmaq istədim.
Kənan içkini başına çəkib yerindən qalxırdı ki, Ayşə əlini atıb onun qolundan tutdu. Kənan dayanıb göz ucu Ayşəyə baxdı. Ayşə yerindən durub düz Kənanın qarşısında dayandı.
- Bu gecə əylənmək istəmirsiniz?
- ...
- Istəsəniz onu sizə unutduraram.
- Bunu bacaracaq ən son insansan. Əlini çək. Özünü hörmətdən salma.
- Amma xətrimə dəyirsiniz.
- Hay sənin xətrinə....Lənət şeytana.
Kənan qolunu Ayşənin əlindən çəkib mıkandan çıxmışdı. Ayşə isə əsəblə yerinə oturdu. Bu ilk hal deyildi. Kənan artıq heç kimi yaxına buraxa bilmirdi. Nə vaxt kiməsə toxunsa gözünün önündə Firuzə canlanırdı. Bu da onu lap əsəbiləşdirir içində Firuzəni görmək istəyini daha da artırdı. Içki içmək də artıq onu unutdurmurdu. Əksinə ayıq başla dilinə gətimədiklərini içki içdikcə hayqırırdı. Yeniyetmə aşiqlər kimi mahnı oxuya oxuya, Firuzənin adını deyə- deyə qalırdı. Bir tək çarə almışdı ölkəndən çıxıb getmək. Hətta ayrı qitəyə getmək. Bəlkə aradakı məsafəni uzatsa beynindən də uzaqlaşdıra. Səhər açılar açılmaz qərarını ailəsinə demişdi.
- Anlamadım oğlum. Birdən birə Amerika həvəsi haradan çıxdı.
- Nənə birdən çıxmadı. Çoxdan düşünürdüm
- Nənə demə mənə. Gedirsən get , amma Amerikaya yox.
- Bəs hara gedim? Bircə o ölkənin adını çəkmə.
- Olar çəkmərəm. Amerikanın sanksiya tətbiq etdiyi ölkəyə get.
- Nə? Yuh siyasətədəmi qarışdın.
- Nə siyasəti. Amerikanın o ölkəyə dayanmadan sanksiya tətbiq etdiyini nənəm də bilir.
- Nənən?
- Oğlum gülmə. Mən söz deyirəm sənə. Gedəcəksənsə o ölkəyə get
- Sabahınız xeyir.
- Sabahın xeyir oğlum..Xəbərin var Kənan Amerikaya gedir.
- Hmm... nə yaxşı.. lap əla. Oradakı işlərimizin başına keçmiş olarsan.
- Nəyi yaxşıdır. Bu oğlan getsə bir də nə vaxt qayıdacaq Allah bilir. Mən qoca arvadam birdən bir şey oldu. Onu görmədən necə can verəcəyəm.
- Ay daaaa..Nənə artıq qərar ver. Qocasansa nənə deyim deyilsənsə belə danışma.
- Sən sus.. sənə söz vermədim. Nə zamanki gedib o ölkədən lazım olanı gətirəcəksən o zaman ürəyin necə istəyir müraciət edərsən.
- Haradan nyi gətirməlidir ki?
- Özü bilir.. sən qarışma.
- Ana..
- Ana demə mənə.. bacın yaşındayam...
- Söhbətinizə doyum olmaz. Amma viza məsələsini həll etməliyəm. Hələlik.
- Kənan..
- ...
- Viza məsələsini həll edər etməz ofisə gəl.
- ...yaxşı..
- Uşaqdan nə istəyirən bilmirəm də
- Uşaq? 30 yaşında uşaq olmur.
- Elədirsə onda qərarlarına qarışma deyəcəyəm qərar verəcək yaşda deyil deyəcəksən. Olmaz axı.
- Onu sən korlamısan xəbərin var.
- Aaa indi günah məndə oldu. Görümrsən halını. Sevənləri ayırmaq günahdır.
- Ana bəsdir. Kənan o qızı sevsə də o qızın kənanda könlü yoxuydu. Hər halda onun başına açdığı oyundan xəbərdarsan. Nə də olmasa qızın qüruru tapdandı. Bir daha Kənan baxmaz.
- Niyə bu qədər əminsən.
- O qız əsl qızı olmasa da olduqca adlı sanlı hətta az qala məndən varlı bir iş adamının qızıdır. Qızın pulda gözü yoxdur. Kənanın onunla rəfdarı qürurunu incitdi. Ee Demək ki, Kənanda var dövlət ad sana istəmədiyinə görə, hörmət və sevgi istəmiş olardı. Amma bizim oğlan əvəzinə neynədi?? Məncə uzatmayaq söhbəti ortadadır.
- Qız Kənanımı sevir. Məndən qaçmaz. Sevirsə demək bağışlayacaq.
- Yox ana.. eşidirsən yox...bu fikirləri oğlanın ağlına salma. Unudacaq onu. Bitdi. Amerikaya lazım gəlsə kosmosa göndərərəm. Amma unudacaq
- Oğlum. Qismət deyə bir şey var..
- Yoxdur. Qismət deyə bir şey yoxdur. Mən buna imkan verməyəcəyəm. Kənan İrana ayaq basmayacaq. Vəssalam.
Sinan oxumağa çalışdığı qəzeti masaya atıb ayağa qalxıb getdi.
Fatma isə çayını içərək gözünü pəncərədən çölə zilləmişdi.
Bu uşaqlar birləşməsə mənə də Fatma deməsinlər. Oğlan İrana getmir getməsin. Qız ki Amerikaya gedə bilər. Yaşasın sosial şəbəkələr.

***

Kənan hazırlıqlarını bitimişdi. Bacardıqca şirkətə az gəlirdi bu müddətdə. Addım atdığı hər yer ona Firuzəni xatırladırdı. Ona verdiyi işgəncələr, hər yeri təmizlətdirməyi, elədiyi davalar. Həm utanır hərəkətinə görə, həm də gülümsəyirdi.
- Balaca şeytan.. Axı sən heç o qədər gözəl də deyilsən....nəyinə vuruldum sənin?? Yox....gözəlsən. həm də indiyə qədər gördüyüm bütün qızlardan gözəl. Saçların, qoxun, balaca üzün...qaraçı kimi səsini başına atmağın üçün belə darıxmışam. Amma sənə görə deyiləm mən Firuzə.. incidəcəyəm səni.. bilirəm. mən özümə bələdəm. ona görə bağılşa gələ bilmədim. Gələ bilməycəyəm də. Bağışla....

***

- Nənə bəsdir, bircə bu çatmırdı.
- Ayda a bala sənə nə. Mən də gedirəm. qorxma yük olan deyiləm. Gəzmək istəyirəm.
- Nə gəzməyi? Sən heç o ölkənin dilini bilmirsən.
- Sorry??
- Sorry? Bir sorry ilə olmur bu işlər.
- Olsun adını soruşmağı da öyrənmişəm.
- Hə.. necə rahatladım. Artıq orada yaşaya bilərsən.
- Nənələ məzələnirsən? Ayıb olsun. Yaşından başından utan.
- Yaxşı da küsmə. Amma doğrudan olmaz.
- Özün bil. Çıxıb gedəcəksən ardınca gələcəyəm. itərəm o hava limanında biri gələr qaçırdar. İşgəncələrlə öldürərlər. Orqanlarımı çıxarıb satar. Meyidimi tapmarsınız küçədə. Aman Allahım bu günləri dəmi görəcəkdim.
- Aydaaa.. sənə həqiqətən sözüm yoxdur. Vallah billah sözüm yoxdur.
- Çox danışma. Götür bu çantanı. O birini də. Təyyarəyə gecikirirk.
- Axı niyə? Haradan çıxdı? Sən evdən çölə ayağını atmarsan..
- Burada 3 günlük ömrüm qaldı deyirsən onu da evdə keçirdim.
- Allah gecindən versin o nə sözdür.
- Burada danışmağa davam etsən o üç gün də keçəcək. Tez gəl.
Kənan nə qədər eləsə də Fatmanı sözündən döndərə bilməmişdi. Təyyarəyə minənə qədər onu fikrindən döndərmək istədikcə qadın daha da inad edirdi. Və nəhayət Fatma qalib gəlmişdi. Təyyarədə təzyiqi oynasa da özünü o yerə qoymaq istəmirdi. Yoxsa Kənanın dilindən qurtula bilməzdi. Amma Kənan da hiss edirdi nənəsinin narahatlığını.
- 2 saatlıq da yol deyilee.. Allah uzaq etsin ya bir şey olsa... off... inadsan ki inad..
- Bir şey olmaz. Yoxlanmışam həkimdə. Dərmanımı atmışam. Yatacağam. Çatanda oyadarsan..
- Of nənə of..
- Nənə yoxdur nənə qaldı istanbulda. Grandma. Onu demirsən. Vallah gözünü oyaram.. eləcə misis Fati deyərsən.
Kənan dayan bilməyib Fatmanın sözünə bərkdən güldü. Uzun zamandır bu qədər içdən gülməmişdi.
- Nə deyərəm, nə deyərəm?
- Gülmə.. ..Kənan gülmə.. amman gülürsən gül. Mən sözümü dedim. Ora ayaq basan kimi misis Fati oluram.
- Sən nənə olmadın başımın bəlası oldun. 21 əsrin nənəsi .
- Şşşşttt lağ eləmə .imkan ver dərman təsirini göstərir artıq.
- Bilmədim də niyə mənimlə gəlmək istədin.
- Çatanda bilərsən.
- Nə?
- Sağollll..
- Nənə.. nənə... mənə bax niyə elə dedin. Yatmamsıan yalandan gözünü yumma. Nə törədirsən yenə....Nənə?
Nənə artıq dərmanın təsirindən yuxulayırdı.
- Kənan nə qədər düşünsə də Fatmanın niyə belə dediyini başa düşmədi. Hər halda elə belə söz atdı deyə düşündü. Amma Fatma xalanın heç vaxt heç nəyi boşuna demədiyini də bilirdi.

Müəllif: Lili Sh
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 6 395
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri