Məcburiyyət (23-cü bölüm)

Müəllif: Antikvar
Şərhlər: 6
Baxılıb: 5 521
Səs ver:
(səs: 1)
Kənanla Fatma qol qola məclisə girmişdilər. Olduqca gözəl məkanda hazırlıq işləri tamamlanmış gələn qonaqları qarşılayırdılar.
- Nənəmsən deyə demirəm, tədbirin ən gözəl qızı sənsən. Bu saat bütün kişilər mənə qibtə edir.
- Ayy dəli.. Amma nənə yerində korladın yenə..
- Həə, bağışla, missis Fati.
- Burada mənə bircə sən missis Fati deyərsən. əminəm ki, qızlar səni görüb acığa mənə nənə deyər.
Kənanla Fatma ikisi də gülüşürdülər. Sinan bəyin yaxınlaşdığını görüb təəcüblə gülüşlərini kəsib bir – birilərinə baxdılar. Onun gəlişi planda yox idi deyə hər ikisi təccübünü gizlədə bilməmişdi.
- Sinan sən neynirsən burada?
- Səni də xoş gördük ana. Sevimli ailəm amerikadadırsa mən niyə İstanbulda oturum. Özü də belə bir gecədə.
- Salam ata. əgər buradansansa o zaman nənəmi sənə əmanət edirəm və mən gedirəm.
- Başa düşmədim, hara?
- Kənan bir azdan mən də çıxış edəcəyəm. Getmə qal.
- Dayan Sinan. Mənə bax cinni uşaq.. səni elə burada yıxıb döyərəm. Baxmaram xarizmana adına sanına.
- Nənə,.
- Özün bil. Getsən məni bir də görməyə gəlmə .
- Ağ elədin. Yox bir. Məndən ayrı qalmayasan deyə buralara qədər gələn sənsən.
- Təpənn haqqı. Səndən ötəri gəlməmişəm. Amma özün bil getsən sənə bir daha karamelli şirniyyatımdan bişirməyəcəyəm. Sənin canına and içirəm.
- Hə, bu artıq qlobal məsələ oldu. Özü də mənim canıma and içdinsə. Amma tez gedəcəyik. Özün də görəcəksən çox darıxdırıcı olur buralar.
- Söz verirəm. Heç darıxdırıcı olmayacaq. Zorla aparacağam səni
- Bu qədər əmin olma. Üzünə demək kimi olmasın atamın tədbirləri cavan nəsil üçün deyil.
- Iş adamlarını diskotekaya yığmalıydım. Qəribə söz danışdınee..
- Kənan, mənim balam qapı tərəfə gedək də qonaqlarım gəlsə görüm.
- Yaxşı gəl.. tanış olsaydım o rəfiqənlə.
- Rəfiqə? Ana, nə rəfiqəsi.
- Hə, ata.. Misis Fatinin sosial şəbəkə vasitəsi ilə tanış olduğu rəfiqəsi.
- Sosial şəbəkə?
- O saatca satdın məni. Bibisinə oxşamış
- Sən də qərar ver atama oxşamışam ya bibimə?
- Çox bilmişdikdə mənə. Gəl, indi gələcəklər.
- Kim gəlir axı. Bəlkə məni də agah edəsiniz.
- Oğlum, rəfiqəmi də dəvət etmişəm. Ümid edirəm ona pis davranmarsan...
- Niyə pis davranım ki. Siz də məni lap əzazil eləmisiniz.
- Ona nə şübhə...
- Ana...
- Yaxşı yaxşı gedək Kənan..
Kənan qolunu Fatmaya uzadaraq ona tərəf əyildi. Üzündən bir öpüş qondurub özünə tərəf sıxaraq qapıya apardı. Onlar qapıya yaxınlaşmışdı ki, Fatma birdən işin çəkdi.
- Nə oldu? Yaxşısan?
- Çantam.. çantam maşında qaldı.
- Mən də deyirəm nə olub. Qalsın da.
- Yox.. paltarıma uygum almışam.. burada o dəbdən başı çıxmayan ingilislərə göstərməliyəm axı onu .
- Ingilis yox amerikalı.
- əşi nə fərqi.. sən get gətir tezz...
- Nənə sonra.. indi rəfiqən gələr birdən.
- Gəlsin də mən getmirəm ki, sən gedirsən. Mn burada gözləyərəm.
- Ay daaa.
- Nənəyə cavab qaytarmazlar.. get gətir. Içində dərmanlarım var. Ya birdən təzyiqim oynadısa öldümsə burada
- Yaxşı yaxşı yenə dramatikləşdirmə gətirirəm. Gözlə burada.
Kənan gedib maşında ön oturacağa baxsa da çantanı görmədi. Əyilib arxa oturacağa baxanda çantanın maşında yerə düşdüyü gördü. əlini atsa da çantanı götürmək çətin idi, bacarmırdı. Maşının yanında taxi saxladı deyə məcbur içəri minin qapını örtdü ki, düşən rahat düşsün. Özü isə əyilib çantanı götürdü. Bu dəfə isə çantada olan dərmanlar yerə töküldü.
- yuh.. bu nədir? Bu arvad nə qədər dərman atırmış ki, belə.
Deyinə deyiən çantaya dərmanları yığıb qapını açdı. Taxi getmişdi. Maşından düşəndə anidən duruxdu. Burnuna gələn qoxu beyninə siqnal ötürmüşdü elə bil. əlləri boşaldı bir anlıq. Bu karamel qoxusu idi. Firuzədən duyduğu qoxu. əlini yumuruqlayıb sıxdı. Içi yanırdı. Necə darıxmışdı onun üçün. Görsə bağrına basıb bu qoxusunu içinə çəkərdi. Beynindən vurulmuş kimi olmuşdu. Illərdir sevgi nədir bilməyən Kənan indi dəli divanə aşiq olub. Özü də təəcüblənmişdi özünə. Bir anlıq darıxdığı üçün gözləri belə doldu. Utanmasaydı hönkürərək ağlayardı. Artıq 1 aydan çoxdur ki, nə bir səs, nə bir xəbər. Əlini pencəyinə atıb pul qabını çıxardı. Firuzənin balaca şəklini gəzdirirdi orada. Kadrlar şöbəsindən götürmüşdü. Bir ayda Firuzənin həsrətini sadəcə bu şəkilə baxın sakitləşdirirdi. Bir də alnındakı çapıq izini. Zamanla keçirdi, amma heç itib getməsini istəmirdi. Əlində oslaydı özü də yarardı ki, iz itməsin. Indi bu qoxu onu keçmişə qaytardı. Yenidən onu xatırlatdı. Düzdür unutmadığı an olmamışdı, amma ətir hər şeydən güclü təsir etdi. Düz deyirlərmiş ki, ətir heç vaxt unudulmur. Kənanın bütün əhvalı korlanmışdı. Qəhər boğurdu onu artıq. Qayıdıb Fatmanın yanına gələndə onun kiminləsə söhbət etdiyini gördü. Uzun Firuzəyi rəngdə dondan bildi ki, bu rəfiqəsinin qızıdır. Paltar tam əyninə oturmuş incə belini ortaya çıxarmışdı. Qızın boyu balaca idi görünürdü, saçlarını topladığından boynu görünürdü. Üzünü görməsə belə geyimin ona necə yaraşdığını təsəvvür etmək çətin deyildi. Kənan isə bunu vecinə də almadan əlində çanta ilə bara yaxınlşadı. İçki sifariş verib nənəsini kənardan izlədi. Heç həvəsində deyildi ki, kiminləsə tanış olsun. Az əvvəl duyduğu ətir onu artıq başqa yerə, buralardan çox çşox uzaqlara aparmışdı. Içki bitən kimi yeni qədəhlə əvəz olunurdu.
- nə oldu? Yenə başladın?
- Bura gəldim uzaq duram sizdən. Nənəmdə sən də durub gəldiniz bura. Indi neyniyim hara gedim ki, qarışan olmasın
- Mən sabah dönürəm onsuz da. Nənəni də apararam.
- Ay hay, apara bilsən.
- Kiminlə söhbət edir.
- Nə bilim. Rəfiqəsidir, rəfiqəsini qızıdır kimdir bilmirəm.
- Mmm.. nənən elə belə adamlarla dostluq etməz. Məncə sən də tanış ol.
- Ata.. .
- .....
- Tək burax məni.
- Yaxşı... amma çox içmə. Heç olmasa buradakı təqdimatda başını yarmasınlar.
Sinan bəy sözünü deyib getmişdi. Amma görmədi ki, bu sözü ilə Kənanın daha da sarsıtdı. Doğrudan da hər şey o gecə başlamışdı deyə düşündü. Hər nə qədər təfərrüatı ilə xatırlamasa da, o andan belə duyduğu qoxunu unutmamışdı. Məhz bu qoxudan tapmışdı Firuzəni. Bu gecə hər şey ona Firuzəni xatırladırdı. Kənan artıq hissləri qarşısında aciz qaldığı üçün əsəbiləşirdi. Badəni əlində necə sıxdısa əlində parçalanan şüşə qanatmışdı. Yenə də fərqində deyildi. Barmen onun əlini təmizləməyə çalışarkən ayılmışdı xülyasından. Əlini geri çəkib nənəsi tərəfə getdi. Çox da yaxınşalmadan
- mən gedirəm.. Atamla qayıdarsan deyərək nənəsindən uzaqlaşdırdı ki, geri dönən Firuzəyi rəngdə donu geyinmiş qızı görüncə nənəsini çantası əlindən düşdü. Gözlərini sıxıb başını silkələyirdi. Içkinin təsirində olduğunu düşünürdü, amma yox. Qarşısında dayanan Firuzə idi. Xülyası yox.. canlı cismi ilə bir cüt balaca qara gözləri ilə nazik dodaqları ilə bir sözlə Kənanın hər gün beynində canlandırdığı siması düz qarşısında dayanmışdı. Onun da təəcüblə baxmasından bəlli idi ki, Kənanı görməyi gözləmirdi. Firuzə Fatma nənəyə baxıb başını buladı.
- Qızım.. izn ver təklikdə danışaq.
- Mənə yalan dediniz..
- Yox..
- Dediniz ki, o burada yoxdur.
- Firuzə...
Kənanın onu adını çəkməsi ilə Firuzə yerində dondu. Üzünü döndərmədən Fatma nənəyə baxırdı. Ağlamamaq üçün özün zorla tuturdu. Nəfəs alıb verməsinin sürətləndiyini görməmək mümkün deyildi.
- firuzə sənsən....mən xəyal görürəm?
- Yox oğlum. Firuzənin özüdür.
- Firuzə
- Yaxın durma mənə. Burada olduğunu bilmirdim. Bilsəm ayaq basmazdım. Fatma xala sizə də təəsüf edirəm. Mən sizin sözünüzə inanmışdım.
- Qızım mən də onun gəldiyin təzə öyrəndim. Bilirsən, deməmiş gəlmişəm. Şübhələnib.
- Izninizlə..
Firuzə sürətlə oradan uzaqlaşanda Kənan arxası ilə donuq şəkildə baxırdı.
- səfeh oğlan nə daynmısan get arxası ilə. Bura qədər mənlik. Bundan sonrası sənlik.
- Nə ?!
- Nə nə... deyirəm get. Qızı ta İrandan bura gətizdirmişəm. Belə arxası ilə baxasan deyə yox. Get sevdiyinə sahib çıx.
- Sağol nənə. Çox sağol...
Kənan Fatmanı necə qucaqladısa Fatma zorla onun qollarından çıxdı.
- dur dəli oğlan boğdun.. sonra təşəkkür edərsən. Get, tez ol... cəld..
Kənan Firuzəni canlı şəkildə qarşısında görüncə anladı ki, ondan nə qədər uzaq dayanmağa çalışsa da ona o qədər yaxın bağlanır. Artıq onu tapmışkən itirmək fikri yox idi. Sürətlə pillələrdən düşüb həyətə çıxdı. ətrafa boylansa da heç kim görünmürdü. Taksilər dayanan yerə gəlib firuzəyi rəngdə donla çıxan xanımı görüb görmədiklərini soruşdu. Hər biri əli ilə məkanın bayırınıgöstərdi. Kənan qaçaraq bayıra çıxdı. Firuzə yol kənarında idi. Qaçmağa çalışır ayaqqabıları mane olurdu. əlinə alıb yenidən qaçmağa çalışanda qolundan tutan əl onu geri çevirdi. Kənanla düz üz –üzə dayanmışdı. Boyu balaca olduğundan başı onun çənəsinə ancaq çatırdı. Nəfəsini üzündə hiss edirdi. Yerində donmuşdu. Keymişdi.
- Firuzə... inana bilmirəm. buradasan..
- Burax məni..
- Yox..heç vaxt... bir daha ölsəm belə buraxmayacağam..
- Kənan..
- Can Kənan.. Firuzəm....mənim Firuzəm...bir bilsən nə çəkdim sənsizlikdən.
Kənan Firuzəm dediyi anda elə qucaqladı ki. Elə bil illərin həsrətini söndürürdü. Firuzə yerində donmuşdu. Nə bir şey deyə bilir nə də tərpənə bilirdi. Tir tir əsirdi Kənanın qollarında. Kənan onun sakit dayanmasından daha da cəsarətlənib özünə bərk bərk sıxırdı. Sanki qollarını açsa Firuzə uçub gedəcəkmiş. Firuzə gözlərini açıb ani olaraq Kənanı itələməyə başladı.
- Kənan burax... burax..burax dedim!
- Firuzə
- Uzaq dayan. Nə haqla. Kimsən sən bu cür rəfdar edirsən?
- Nə desən də vecimə deyil. Az əvvəl qollarımda olanda hiss edirdin. Ürəyinin döyüntüsünü, istəyini sevgini hiss edirdim.
- Qətiyyən. Özündən xəyal qurma. Sənə nifrətdən başqa heç nə duymuram.
- Yalan deyirsən.
- Yox.
- Hə.. inad edirsən. Amma hazıram. Nə istəsən eləməyə hazıram. Yetərki bağışla. Yetərki sev..
- Heç vaxt. Səndən heç nə istəmirəm. uzaq dayan..
- Heç vaxt! Eşidirsən. Bir daha bunu demə.
- Deyəcəyəm. UZAQ DA-YAN! Başa düşdün!
- Mənə bax. Bu balaca başına bir dəfəlik yaz bunu. Səni bir daha buraxan adam deyil.
- Onsuzda adam deyilsən. Burax.
- Nə desən də vecimə deyil. Hamısı sevgidəndir bilirəm.
- Nə? Ağlın çaşıb sənin. Hamsı nifrətdəndir.
- Yox.. sənə elə gəlir. Bu dəfə hər şeyi korlamağına izn verməyəcəyəm.
- Yox, yox sən doğrudan nə danışdığını bilmirsən. Bəllidir ki. Çox içmisən.
- Mənimlə gəlirsən.
- Yox. Burax qolumu
- Firuzə! Bəsdir.
- əsl sənə bəsdir. Bax... Kənan.. bu iş olmaz. Ola bilməz.
- Niyə? Dəniz kənarında eşitdiklərinə görə hə.. Bax, bilirəm eşşəklik etmişəm. Amma o zamandan sənə aşiq olmuşdum da fərqində deyildim. Istəsəm dünyanı sərərəm ayaqlarını altına, yetərki bağışla. Zaman istəsən onda da razıyam.
- Kənan..
- Yox dinlə.. bax bu qədər müddətdə axtarıb aramadığıma görə deyirsənsə bu sənə görə deyildi. Daha doğrusu sənə görəydi amma səbəb mən idim. ipə sapa yatmayan biri olduğumu düşünürdüm, səni incidicəyimdən qorxurdum.
- Kənan dinlə..
- Yox.. kəsmə sözümü.. bir bilsən bunları sənə demək üçün nələri fəda etməzdim. Indi qarşımdasan.. Mən boyda adamı uşaq kimi etmisən.
- Indi əminəm. sənə bağlılıq deyil. Səni sevirəm Firuzə.. oyunsuz, yalnsız.. Həqiqətən sevirəm. bütün qəlbimlə.
- ....
- Sən bircə şans ver.
- ....
- Firuzə.. susma.. bir şey de.
Kənan əli ilə Firuzənin üzünü tutub sığallamağa başladı. Firuzə Kənana baxmadan nəzərlərini qaçıraraq geri çəkildi.
- Sən o şansı çoxdan itirdin.
- Yox.. yox.. elə demə.. yalvarıram. Yalvarıram Firuzə.. bircə məni yenə sənsiz qoyma. 1 ay içində dəli olmuşamsa bir ömür boyu yaşaya bilmərəm. öldürmə məni Firuzə. Sən sadəcə şans ver. And içirəm əlimdən gələni edəcəyəm ki, sən inanasan. Bilirəm. sən də boş deyilsən mənə qarşı. Bunu hiss etməsəm bu qədər cəsarətlənib dil dil ötməzdim. Sən də mənə inamaq istəyirsən. Qorxma Firuzə..
- Olmaz dedim. əl çək.
- Dayan getmə....Bax....əgər...əgə r atamın səninlə olan söhbətinə görə, çəkinirsənsə deyim bil. Heç nə vecimə deyil. Nə keçmişin, nə soyadın. Mənə sadəcə Firuzə maraqlıdır. Şirkətdə tanıdğım, başımı yaran, mənimlə dil dil ötən, didişən. Namusunu qürurundan üstün tutan Firuzə maraqlıdır. Mən onu sevirəm.
Firuzə Kənan danışdıqca gözləri dolur ağlayırdı.
- Ağlama.. yox.. bunları ağlamağın üçün demirəm. eşidirsən. Sakitləş.
- Kənan..
- Can kənan... Kənan qurban olar sənin göz yaşlarına.
- Elə demə.. yalvarıram..
- Sən də ağlama. Məhv etmə. Mənə görə bir damla belə göz yaşı axıtmağını istəmirəm. gülüşünə səbəb olmaq istəyirəm. Sadəcə mənim olmanı istəyirəm.
- Yox..
- Firuzə...
- Yox... yox... yox.... gecdir Kənan... həm də çox gecdir.
Firuzə əlini çəkib yolda bir taksi saxladı, cəld minib uzaqlaşmışdı. Kənan Firuzənin hərəkəti qarşısında çağın qaldı. Ağlayaraq gecdir deməklə nə demək istədiyini anlamırdı.
- Nəyə gecdir? Yox.. gec deyil. Hər şey hələ indi başlayır. əl çəkməyəcəyəm. ölümə gedərəm, amma əl çəkməyəcəyəm.

Müəllif: Lili Sh
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 521
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri