Məcburiyyət (24-cü bölüm)

Müəllif: Antikvar
Şərhlər: 7
Baxılıb: 6 559
Səs ver:
(səs: 1)
Kənan Firuzənin arxası ilə baxa baxa qaldı. Amma bir müddət sonra öz özünə gülməyə sevinməyə başladı.Balaca uşaqlar kimi hiss edirdi özünü. Tez geridönüb məkana girdi. Nənəsi Sinan bəylə dayanmışdı. Tez gəlib onun qolundan tutub özü ilə aparmaq üçün dartmağa başladı.
- Kənan neynirsən?
- Ata, nənəmlə evə gedirik.
- Niyə? Ana?
- Hə, getsəm yaxşıdır. Darıxdırıcı oldu bura. Qoca arvadam ayaqlarım da tab gətirmir.
- Bəs rəfiqən. Az əvvəl uzaqdan danışdığınızı gördüm sonra yoxa çıxdı.
- Getdi o getdi.
- Hə, ata getdi. Indi biz gedirik. Nənəmlə yolumuzuzundur.
Kənan bunu deyə deyə Fatmaya gülərüzlə baxırdı.Bəlli idi ki, atasının yanında bildirməmək üçün əlindən gələni edir, amma sevincini ürəyinə sığışdıra bilmirdi. Maşına tez çatmaq üçün Kənan az qala qaçırdı.
- dur oğlum çəkişdirmə. Qolum çıxacaq indi. Firuzə hanı. Demə ki, onu buraxdın.
- Gəl, danışacağıq bunu.
- Bax bu dəfə də qızı əldən buraxsan sənə haqqımı halal eləmərəm.
- əvvəlcə de görüm firuzə o oteldə qalır? Sənin dünən qaldığın otel.
- Hə..
- Yaxşı,. O zaman əvvəlcə hər şeyi başdan danış. Amma tez. Otelə getməliyəm bu dəfə əlimdən qaçıra bilmərəm.
- Onda sür maşını yolda danışaram.
- əyləş. Amma cəld.
Hər iksi maşına oturub Firuzənin qaldığı otelə yollandılar. Fatma xanım hər şeyi başdan danışmağa başlamışdı artıq.
- Nə demisən?!
- Neynim başqa çarəm varıydı.
- Sən Firuzəni tapıb ona ağır xəstəlikdən şübhələndiyini, bunun üçün bizdən gizlin Amerikada həkimə görünməyə gəldiyini demisən?!
- Üstəgəl 3 aylıq ömrümün qaldığını .
- NƏ?!
- Bəs bu gecəyə necə gəlib səncə. Dedim ki, həkim burada olacaq. Onunla ingilis dilində danışa bilməyəcəyəm. Kömək olsun. O da bu qoca arvadın xahişini salmadı. Yalvar yaxar İrandan bura buradan da gecəyə gətirdim. Amma sən də buraxdın getdi hə?
Kənan hələ də şokdan ayılmamışdı.
- Nənə, mən səndən qorxmağ\a başlayıram.
- Niyə ay oğlum? Məcbur oldum dedim də.. birdən ikiyə yalan demişəm.
- Amma bu dərəcədə.. halaldır sənə. O inadı bura gətirmisənsə.
- Atası da bura gəlib.
- Cavad Muhsin?
- Hə. Nəsə işi varmış, toplantıymış, yeməkmiş. Bilmirəm.. Amma Firuzə dedi ki, tezliklə qayıtmalıdır.
- Niyə? Axı o İrana getmək istəmirdi...
- Atası ilə danışıb hər şeyi yoluna qoyublar. Kim nə desə də Firuzəni əzdirməyəcək Cavad. Onu öz qızı qədər sevir. Doğma qızı olsa bu qədər sevməzdi.
- Sən haradan bilirsən.
- Dünən geyimi verəndə gördüm. Tanış olduq. Inanılmaz alicənab, xeyirxah insandır. Az qala məni İrana həkimə aparırdı. Güclə çıxdım əlindən. ..... güləmyee yalanım çıxacaqdı ortaya.
- Inana bilmirəm. Bütün bunları elədiyinə inana bilmirəm.
- Sən hələ nənəni tanımırsan..
- Onda indi də kömək et.
- Nə kimi
- Firuzə....mənə inanmır. Daha doğrusu inamaqistəyir, amma nəsə mane olur.
- O barədə şübhən olmasın səni sevir. Bildrrməsə də iki sözündən biri sən idin. Əvvəli sən sonu sən. Amma çox incinib həyatdan. Baxma, bir varuşaqlıqdan zərbə alırsan onunla barışıb böyüyüyrsən.Bir də var inandığın hər şey bir gün içində illər sonrapuç olur. Hər şey yalandan ibarət olur. Qızın qəlbionsuzda incinib. Üstünə də sən.
- Hə, mən də öküzlük etdim.
- Özü də necə.. indi neynəmək fikrin var?
- Hələ bilmirəm, amma bu dəfə buraxmaq fikrim yoxdur.
- Mən neyniyə bilərəm.
- Gedək otelə, oarada bir şey fikirləşərik.

***

- qızım, Firuzə....Firuzə.
- hə.. bağışla ata eşitməmişəm.
- Niyə ağlayırsan?
- Yox.. heç nə yoxdur narahat olma.
- Sən ağlayırsan və mən narahat olmayım?
- Doğrudan heç nə yoxdur. Sadəcə bilirsən bir az həssasam..
- Canım qızım. Bilirəm bilirəm uşaq vaxtından eləydin. Cavad Firuzənin yanına əyləşib onun başını çiyninə qoydu.
- ata..
- ay can.
- Necə risk etdin?
- Nəyə?
- Məni götürməyə...
- Firuzə danışdıq axı bu söhbətə qayıtmayacağıq..
- Yox, bilmək istəyirəm. Hər şeyi, hər bir detalı.
- Firuzə..
- Xahiş edirəm... nə olar. Danış.
- Səni ilk dəfə ananı ziyarətə getdiyim məkanda görmüşdüm. Arıq cılız zəif bir qız idin. Saçların o zamanda belə gur idi. Açıb tökmüşdün üzünə. Olduqca müdafiəsiz və qorxaq görünürdün, amma baxışlarda o qədər sərtlik var idi ki, adam çəkinirdi. Görünür özünümüdafiə idi o. Səninlə oynamağa başladıq. Bir saat sonra qucağımdan düşmədin. Zorla aldı anan. Elə mən də buraxmaq istəmirdim. Dünyada hər şeyə sahib olmuş insanam. Bir tək atalıq hissi nə idi onu bilmirdim. Ailəm var idi. Amma övlad sahibi ola bilmədik. Sonsuz idim.
- Ata...
- Hə.. heç vaxt bu duyğunu yaşamayacaqdım. Əvvəlcə əhəmiyyət vermədim, amma sonra...ailəm dağılnadan sonra gördüm ki, evdə körpə səsi mütləq lazımdır. Sənə qanım isinmişdi. Hər gün ziyarətinə gəlirdim. Hədiyyələr alırdım. Heç birini istəmirrdin. Eləcə quağıma çıxırdın və düşmürdün.
- Neçə yaşım var idi.
- Anan deyirdi ki, 2 təzə olub. Dilin də təzə təzə açılırdı. Mənə dayı deyirdin əvvəl. Özünə isə Fifi , Bir gün gəldim sən yoxuydun. Anan da yox idi. Harasa getməliymiş.. Səni qadınlardan birini yanına qoyublar. O da....
- Danış...susma..
- O da öz "müştərisi” gəlib deyə səni qapıya qoyub.
Sən də uşaq. Çıxıb getmisən. Eşidəndə dəli olmuşdum. Nə qədər axtardıq tapa bilmirdik. Anan axırda geri dönəcəyini dedi. Ona vaxt qoyurdular.
- Kim?
- Anan öz başına işləmirdi. Onlara nəzarət edən adam var idi. Gecikən olsa, qaçan olsa ağlına gətirə bilməyəcəyin işgəncə verədrdilər. Anan geri döndü. Mənsə axtarmağa davam etdim. Çıxıb getdiyin küçə ilə yenə geri qayıtdım. Siqaret qutumu əlimə alıb çəkəcəkdim ki, bitdiyini gördüm. Yaxınlaşıb yekə zibil yeşiklərinin birinə atanda divara qısılmış qaraltı gördüm.
- .....
- Hə.. sən idin. Qorxudan yeşiyin arxasına girmişdin. O siqaret bitməsəydi hər halda səni tapa bilməzdim. Firuzə artıq göz yaşını saxlaya bilməyib ağlayırdı.
- ağlayacaqsansa susuacağam. Səni hər zamangülərüz görmək istəyirəm
- yox.. ağlamayacağm.. söz. Danış...sonra necə oldu.
- Sonra yaxınlaşıb səni oyatdım. Gözlərini açanda mənə baxıb güldün. O gülüşün hələ də ağlımdadır.
Necə qucağıma hoppanıb nəsə danışmağa çalışırdınsa gülməyim gəldi. Dilin hələ təzə açılırdı. Nə danışdığını bilmirdim. Amma elə həyəcan qatırdın ki, anladım ki, qorxmusan. O vaxtdan emosional uşaq olmusan. Balaca əllərinlə mənə nəyisə izah edirmiş kimi gah yuxarı qaldırır gah balacalaşdırırdın. O halını görməliydin Firuzə.. o qədər şirin idin ki.. səni bir daha heç kimə vermək istəmirdim. Amma anan varidi. Apardım.. ananın yanına düşürdüb qayıtmaq istəyəndə ata deyərək qucağıma qaçdın yenə.....ata.... heç vaxt eşitməyəcəyim kəlmə....sənin dilindən çıxdı.. elə içdən, elə səmimi... anandan səni istədim. O da verdi..
- Bu qədər....bu qədər asan? Axı ana övladını.....
- Ağlama...
- Sənin gücün, dövlətin onu o bataqlıqdan çıxarda bilməzdi? Yalnış anlama...sadəcə...
- Başa düşürəm səni.. mən ona səni də götürüb gəlməyini dedim. Evimdə iş verəcəkdim. Səni də mən böyüdəcəkdim. Həm o qurtulmuş olardı həm sən.
- Və?
- Vəsi istəmədi Firuzə. Bu yolu özü seçmişdi.Qorxmamağını dedim, onu o adamlardan ala biləcək gücə sahib olduğumu dedim, amma...faydasız...istəmədi.. o vaxtlar çox gənc idi. 18 yaşı olardı ya olmazdı. Hər ay baş çəkib pul ödəyir sənin yaxşı olduğunu çatdırırdım. Yenə də təklif edirdim. Düşünürdüm bəlkə səndən ayrı qaldığı müddətdə darıxar mənimlə gələr deyə. Amma nafilə...Sən də unutmuşdun artıq. Uzun müddət işlə bağlı səyahət etdik səninlə ölkələri.. hər kəs səni artıq mənim qızım kimi tanıdı. Həyat yoldaşımın isə dünyasını dəyişdiyini bildilər. Ta ki, sən gerçəyi üzə çıxarana qədər.
- Bağışla ata.. bağışla..
- Firuzəm.. qızım.. Ağlama... sən heç nə eləməmisən. Əsl sən bağışla məni..
- Yox... sən.. sən dünyanın ən yaxşı atasısan.. Mən sənin başını hər yerdə aşağı edirəm.
- O nə sözdür. Hamının yanında səndəm ağız dolusuqürurla danışıram qızım. Nə başı aşağı olması. Sənin atdığın hər addım mənə ancaq qürur verir. Fərəh verir. Sən heç kimin mənə verə bilməyəcəyini verdin Firuzə. Atalıq hisslərini yaştdın. Isətə sənə canımı verim.
- Ata, elə demə.. mən sənə ömrüm boyu borcluyam.Sən olmasaydın kim bilir mən indi haralardaydım.
- Heç kim keçmişə görə məsuliyyət daşımır. Sənin günahın yoxdur. Bunu sən seçməmişdin. Sən yalnız indi seçirsən Firuzə. Dünyaya gəlişimiz bizim əlimizdə deyil. Valideyn seçməyimiz də həmçinin. Heç vaxt heç kimə görə, utanma. O qadın səni dünyaya gətirib. Bunun üçün mən ona minnətdaram. Sən olmasaydın boş bir ömür sürərdim. Amma sən varsan. Sənin uğurların, sənin xeyir işin, sənin övladların. Bunu düşündükcə mən daha çox yaşamaq istəyirəm. Hələ indi də mənə həmdəm insan tapmısan..
- Ata..
- Gözəl balam mənim. Bəsdir ağlaşdıq ata bala. Gəl
gedək
- Hara?
- Üz gözünü sil təmizlə, üst başını dəyiş ata bala yeməyə gedək.
- Ata, sənə bir şey deməliyəm.
- Nəsə olub?
- Yox. Sadəcə.. şey... bu gecə...bu gecə buradan
ayrıla bilərik, hətta indi.
- Nəsə xoşuna gəlmədi?
- Yox.. hər şey yaxşıdır, amma istəmirəm burada qalaq. Indi əşyalarımızı yığaq gedək.
- Firuzə, əminsən ki, heç nə olmayıb.
- Hə, ata...xahiş edirəm. Gedək.
- Yaxşı o zaman çantalarımızı hazırla mən çıxış üçün lazım olanları həll edim. Firuzə yenidən atasının boynuna sarıldı. Onu bərk bərk qucaqlayıb gözünün yaşını silirdi.
- səni çox istəyirəm ata...
- mən də səni qızım..
- Amma bax səlmanı məndən çox sevmək yoxdur. Hələ onun qızını heç.. Cavad bu sözə bərkdən gülməyə başladı.
- yaxşı söz..
Firuzə İrana gedəndən sonra Səlmanı da ora dəvət etmişdi. Firuzəyə etdiyi yaxşılıqların əvəzi olaraq ailəni himayəyə götürməyi qərara almışdı. Amma işlər planlaşdırıldığı kimi getmədi. Cavad bəy, Səlmanın xanım xatınlığına, evdarlığına, ailəyə bağımlılığına, Firuzəyə sevgi ilə yanaşmasına heyran olmuş qadına ayrı duyğular bəsləmişdi. Firuzə ilə paylaşnda bu fikrini Firuzə çox sevinmişdi. Səlma da razılıq vermişdi bu işə. Onun da könlü var idi Cavad bəydə. Öz aralarında ailə içi nişan etmişdilər. Firuzə oteldən ayrılacaqlarını Səlmaya da zəng vurub semək üçün telefonu əlinə aldı. Başqa yerə köçdüklərini oradan əlaqə saxlayacaqlarını dedi. Çantaları hazır edib aşağı düşdü. Olduqca tez oteldən çıxmaq istəyirdi. Bilirdi ki, gec ya tez Kənan gələcək. Onunla qarşılaşmaq, yenidən danışmaq görmək istəmirdi. Aşağıda dəhlizdə dayanıb atasını gözlədi. Cavad bəy də gəlincə hər iki qol qola girib oteldən çıxdılar. Maşına mindikləri zaman arxadan Kənanın maşınıgəldi. Br birilərini görə bilmədilər. Kənan düşüb otelə keçincə, onlar da getmiş oldu.

***

- nə oldu? Niyə tez qayıtdın? Qızla dalaşdın hə yenə?
Eee Kənan..
- yoxdular.
- Nə? Necə yəni
- Indicə çıxıblar. Lənət şeytana! Lənət şeytana!
- Oğlum dur, sakitləş.. demək başqa otelə gediblər.
- Hansı? Hansı: burada insandan çox otel var..
- Yaxşı sakitləş.. bir şey düşünüərik. Mən yenə Firuzəyə yazaram.. Yalanmımı davam etdirərəm.
- Istəmir... istəmir məni. Qaçır məndən. ....sevmir - Dəli dəli danışma. Sevmir nədir. Indi evə gedək. Olduqca yorucu gün oldu. Sən də dincəl bir az.
- Ya gecə gedərlərsə..
- Sözə bax da gedir getsin də.. irana gedərik.. orada tapmaq daha asan olar.
- Hə.. gedərik hə..
- əlbəttə gedərik.. o qızı mənim əlinim etməmiş əl çəkən deyiləm sizdən.
- Gəlin?
- Hə gəlin...
Kənan üzündə yaranan təbəsüümlə nənəsinə baxırdı. Bir anlıq Firuzəni yanında bəyaz gəlinliklə təsəvvür etdi. Xəyalı belə gözəl ikən ondan vaz keçə bilməzdi. Səhər ilk işi lazım gəlsə bütün otellərə baxıb Firuzəni tapmaq olacaqdı. Evə qayıtdıqlarında Sinan bəy hər ikisin qarşılamış oldu.
- məndən əvvəl çıxmısınız.. Məndən sonra gəlib çatırsan..
- uşağın üstünə getmə. Mən xahiş etdim gecə vaxtı gəzdirsin. Nədir ömrümdə bir dəfə gəlmişəm bura ona da imkan verməyəcəksən doyunca gəzim dolaşım. Buna haqqım yoxd?
- Ay Allah mən nə dedim ki.. bir ton söz dedine...
baraya söz qatdın bilirəm nəvə nənə bir şeylər qarışdırırsınız amma nə bilmirəm hələki. Eybi yox. Onsuzda mən də buralarda olası oldum hələ.. qoxusu çıxar.
Kənanla Fatma Sinana təəcüblə baxa qaldılar. Sinanın onların Firuzəni tapmaqda mane olacağını bilirdi hər ikisi.
- niyə qalırsan ki?
- Burada bizim sferadan olan iş adamları üçün yemək təşkil olunur.. dünyann hər yerindən gələcəklər. Olduqca önəmli iş yeməyidir. Yeni ortaqlar yeni əlaqələr deməkdir. Məncə sən də gəl. Şirkətin gələcək sahibi olaraq maraqlanmalısan..
Kənan həmin anda rədd cavabı verəcəkdi ki, birdən ağlına nənəsinin sözü gəldi. Firuzənin atasını bura iş üçün gəldiyini demişdi. Cavad Muhsin də o yeməkdə ola bilərdi. Bu isə Firuzəyə bir addım yaxınlşamaq demək idi.
- hə, gəlirəm.
- Axı sabah bizim işimiz var idi oğlum. Yadından çıxıb.
- Yox nənə.. çıxmayıb. Bu iş daha vacibdir. Atamı eşitdin.
Kənan Fatmaya göz vurub yerindən qalxaraq tyuxarı keçdi. Səhər o yeməyə gedəcək, lazım gəlsə Firuzənin atası ilə danışıb qızını sevdiyini deyəcəkdi. Sabahı səbirsizliklə gözləyən Kənan boş daynmırdı. Yenə də otellerə baş çəkir zəng vuru maraqlanırdı. Heç birində ya elə adda adam qalmırdı. Ya da məlumat verilmirdi. Çarəsiz axşamı gözləməli oldu. Atası ilə birlikdə salona girəndə o saatca internetdə gördüyü simanı axtarmağa başladı.
- kimisə axtarırsan Kənan?
- Yox ata.. Baxıram eləcə.
- Gəl yaxınlşaq.. kənarda durmaq üçün gəlməmişik.
- Sən keç. Mən özümə içki götürüm gəlirəm.
- Yenə içki?
- Yox bu dəfə sadəcə dilim topuq vurmasın deyə.
- Nə?
- Yəni iş adamları ilə söhbətdə birdən həyəcanlanaram da..
- Sən nə vaxtdan işdən belə həyəcanlanırsan. Bu işin içində az bir müddət deyilsən. Illərdir xəbərdarsan. Inan buradakıların çox işi səndən öyrənər.
- Ooo ilk dəfədir belə bir tərif eşitdim. Bax indi içməyə əsl səbəb.
- Kənan..
- Narahat olma sadəcə bir badə... sənə də gətirərəm.
Kənan uzaqlaşıb bara getdi. Oradan ətraf da olduqca aydın görünürdü. Nə qədər axtarsa da tapa bilmirdi. Birdən gəlmərsə deyə içinə qorxu belə düşdü. Çox boylandı amma görmürdü. Əlində qədəhlər atasına tərəf addımlayırdı. Atasını kimləsə söhbət etdiyini görüb ayaq saxladı. Indi onların işə aid boş söhbətlərini eştimək istəmirdi. Yenə də ətrafa boylan boylana qalmışdı. Xeyli vaxt keçdi, amma nədənsə Kənan istədiyi adamı tapa bilmirdi. Artıq içki dalınca içki hiss edirdi ki, gərgindir. Sərxoş olsaydı hər şey daha pis olardı. Badələri kənara qoyub yenə də girş çıxış hər yeri izləməyə başladı. Atası hələ də kiminləsə söhbət edirdi. Uzaqdan Kənana əl edirdi. Kənan ayağa qalxıb yanına getdi.
- bu da mənim oğlum. Kənan.
- Oo gənc oğlan.. tanışlığımıza şad oldum. Sizin haqqınızda eşitmişəm mən də. Olduqca fərasətlisiniz. Kənan adama baxmadan əlini uzadıb təşəkkür edirdi. ətrafda qalmışdı gözü. Bir anlıq gözünü adama dikincə gözlərinə inanmadı. Axtardığı adam tam qarşısında dayanmışdı. Kənan bayaqdan axtardığı adam Sinan bəylə söhbət edən adam imiş
- Kənan, tanış ol. Cavad Muhsin. Yəqin sənə də tanış gələr bu soyad.
- Cavad bəy?
- Bəli gənc adam.
- Kənan sizi qiyabi tanıyır. O da mənim kimi bu sferada olan adamlarla yaxından maraqlanır. Ondan belə təəcüblə adınızla xitab edir.
- Nə gözəl.. sevindim..
Kənan danışlıanların fərqində deyildi. Beyni indi ayrı istiqamətdə çalışırdı. Düşünürdü ki, necə eləsin, söhbətə necə girsin. Necə qızını sevdiyini onu həyat yoldaşı olaraq görmək istədiyini desin.
- Kənan, Cavad bəyin də bir övladı varmış...Firuzə adında qızı.. bu yaxınlarda da xeyir işi var.. bizi də dəvət edir.

Müəllif: Lili Sh
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 6 559
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri