Məcburiyyət (28-ci bölüm)

Müəllif: Antikvar
Şərhlər: 6
Baxılıb: 6 132
Səs ver:
(səs: 2)
Firuzə gözünü açdığında yataqla üzbəüz əyləşib ona baxan Əlini gördü.
- Əli?
- Axır ki, oyandın?
- Burada neynirsən? Nə vaxt gəlmisən?
- Gecə..
- Gecə? Hə doğrudan. Mən sənə deyəcəkdim, sonra...Sonra...sonra yatmışam...sən necə girmisən?
Əli ayağa qalxıb Firuzənin yanına gəlib əyləşdi. Əlini tutub üzünə baxmadan danışmağa başladı.
- Dünən gecə xəstəxananı axtardım tapa bilmədim. Geri döndüyümdə otelə qayıtdığını dedilər. Qapını nə qədər döysəm də açmadın. Mən də narahat oldum ki, birdən yenə özündən gedərsən. Qapını açdırdım və bunları gördüm..
Əli boş dərman qutusunu göstərdi. Firuzə ona bir də dərman qutusuna baxaraq təəcüblə Əlinin nə deyəcəyini gözləyirdi.
- Qorxdum. Elə bildim özünə qəsd etmisən.
- ....nə qəsdi?
- Qtunu boş görüncə....həkim deyəndə ki, yatmısan rahatlaşdım.
- Sadəcə biri qalmışdı. atıb yatmışdım. Nə intihar?
- Nə bilim....niyə dərmanı atdın ki? Yuxu tutmurdu?
- Yox..
- Firuzə....
- ....
- Nə baş verir?
- Heç nə... niyə soruşdun ki?
- Əvvəlki kimi deyilsən...yəni...başa düşürəm..
- ....
- Yəni sevmədiyini bilirəm. Mənim səndən çox xoşum gəlir. Bu çoxdan belədir. Amma səndə özümə qarşı bunu hiss etməmişəm. razılıq verəndə düşündüm ki, yəqin yanılmışam. Az da olsa sən də də maraq var..
- ....Əli...
- Yox dinlə. İranda olanda başqa cür idi hər şey. Daha mülayim idin istəkli olmasanda daha istəkli görünməyə cəhd edirdin. Mənə şərait yaradırdın ki, sənin qəlbində özümə yer edim. Amma dünəndən bu istiliyi belə artıq görmürəm.
- Yox.. sənlik bir şey yoxdur.
- Hə, bilirəm. mən əlimdən gələni edirəm. Sənsən qaçan. Ikimiz də bilirik ki, sən İranda çox az hallarda olurdun. Bura ilə saat fərqin o qədər əhəmiyyətli deyil sənə. Yuxu problemin olmur. Və yaxud yorulmağın. Insan sevdiyinin yanında yorğunluqdan ölsə belə vaxt keçirmək üçün qalır. Sənsə qaçırsan..
- ....Əli...xahiş edirəm.
- Nə dəyişdi bilmirəm. o qadın....o qadın kim idi Firuzə? Sən onunla danışandan sonra, bura gəlməyi qərar verəndən sonra çox dəyişdin. Kimdir o Firuzə?
- Yox. Yox.. sən yalnış anladın. O qadın sadəcə tanışdır. Xəstədir deyə gəlmişəm. yaxınlarına deməyib. Demişdim axı sənə .
- Onda niyə beləsən?
- .....mən...Əli....
- Səni tanımasam deyəcəym başqa biri var. Amma səndən açıq aşkar soruşdum...dedin ki, heç kim yoxdur.
- Əli..
- Kimdir o Firuzə?
- Əli heç kim yoxdur. Sən sadəcə mənim yorğun anıma rast gəldin.
- Yaxşı...yaxşı...tutaq ki, elə oldu. Bəs üzüyün hanı?
- Üzüyüm, üzüyüm...
- Hə.. dünən gecədən otağında axtarmadığım yer qalmayıb.
- Yox.. o sadəcə..şeyə vemirşəm.. mən..
- Özünü yorma.. dincəl. Məncə ikimizdə bu məsələni bir daha gözdən keçirməliyik.
- Əli dayan.. Əli!
Əli çıxan kimi Firuzə başını yastğa çırpdı..
- Offf offf... gələnddə hər şey üst üstə gəlmək məcburiyyətindədir. Niyə axı hamı kimi normal həyat sürmürəm... niyə? Niyə? Niyə?

***

- buyurun. Hazırdır. Xanımın barmağına oturacaq şəkildə hazırlandı.
- Sağolun. Bir otel adı verəcəyəm ora göndərərsiniz.
- Oo təəsüf edirəm. bu günlük kuryerimiz işə çıxmayıb. Ancaq sabah alına bilər.
- Sabah gecdir.. offf.. yaxşı verin mənə.
Kənan Firuzənin gözünə görünmək istəmirdi. Daha doğrusu onu görmək istəmirdi. Çünki bu üzüyü ona verəcək o da barmağına taxıb öz həyatına davam edəcəkdi. Incinən bu dəfə o yox Kənan olacaqdı. Qutunu əlinə alıb otelə yollandı. Firuzənin qapısının yanına gəlib ehmalca döydü. Qapının açılanda hər ikisi susmuş vəziyyətdə bir birilərinə baxırdılar.
- Al... kuryerləri yox idi. yoxsa gəlməzdim.
- Içəri keçməyəcəksən?
- Yox.. nişanlı xanımsan... adına söz çıxarmayaq.
Kənanın iynəli sözləri Firuzə ilə yanaşı elə onun özünü də incdirdi. Qutunu açıb üzüyü çıxardaraq Firuzəni əlini tutdu. Ehmalca üzüyü salıb Firuzəyə baxdı. Hər ikisinin baxışlarında kədər var idi..
- Xoşbəxt ol...
- Kənan..
Kənan artıq getmişdi. Firuzə onun arxası ilə qaçıb durdurmaq istəsə də artıq bunu əbəs olduğunu anlayırdı. O başqa biri ilə nişanlı idi. firuzə indi Kənaın yox Əlinin könlünü almalıydı. Əlini otağının qapısına çatanda ehmalca döydü qapını. Amma açan olmadı. Bir daha döyəndə açılan qapıda yenicə duşdan çıxmış Əlini gördü. Utanaraq başını aşağı salıb onun üzünə baxmamağa çalışdı.
- Şey.. bağışla.. narahat etdim.. Üzük..yəni üzüyü gətirdilər.
Əli heç nə demədən Firuzəyə baxırdı. Firuzənin utandığını görüb özü də gülümsəməyə başladı. əlini uzadıb Firuzənin əlini tubu dodaqlarına yaxınlşadırdı. Üzüyə baxmadı heç. Gözlərini zilləmiş baş bütün Firuzəni süzürdü. Onu dartıb otağına çəkdi.
- Əli mən gedim...sonra gələrəm danışarıq.
- Şşşş....sakit.. getməyini istəmirəm.
- Əli xahiş edirəm.
- Qorxma.. heç nə edən deyiləm. Sadəcə kiçik bir öpüşünü almaq istəyirəm.
Əli Firuzənin çənəsindən tutub başını yuxarı qaldıraraq Firuzəni öpmək istəyirdi ki, Firuzənin onu birdən itələməsi ilə yerində büdrədi..
- Yox!
- Firuzə...
- ......bağışla.. mən... mən getsəm yaxşıdır.
- Dayan.. sən. Sən istəmirsən məni...heç bir insan kimi də..
- Əli sonra danışarıq. Hər şey indi beynimdə qarışıb. Artıq nə istədiyimi də bilmirəm. başa düşürsən. Hər şey o qədər üst üstə gəldi ki.. bilirəm. burada sənlik bir şey yoxdur. Hətta ən günahsız insan yaşananlar içərisində sənsən. Amma nə olar anla... mən neynədiyimi, nə dediyimi artıq bilmirəm. bir tərəfdə sən bir tərəfdə atam bir tərəfdə də.....
- Davam elə? Bir tərəfdə də?
- ....
- Kim Firuzə?
- Əli, bağışla... bağışla..
- Ey ey dayan ağlama... sakit ol... firuzə sakit ol dedim.. mənə bax... firuzə mənə bax dedim sənə. Başını qaldır. Heç nə olmaz.. yaxşı.. heç nə olmaz, qorxma nə desən qəbulumdur. Mən səni ağlayanyox gülən görmək istəyirəm.
- Sən çox yaxşı isnansan Əli.. çox yaxşı..Amma...
- Amma?
- ....
- Amma yaxşı insan olmaq sənin qəlbini qazanmağa bəs etmir hə?
- Əli...
- Yaxşı.. otur çarpayıda. Gözlə əynimi geyinim gəlim.
Firuzə ağlamağını dayandıra bilmirdi elə hey gözündən yaş gəlirdi. Əli əynini geyinib gələrək çarpayıda üzü Firuzəyə tərəf oturdu. Onun yanağından axan göz yaşını silərək gülümsəmə ilə danışmağa başladı.
- Hə, eşidirəm danış..başdan Necə varsa elə. Təhrifsiz yalansız..
- Nəyi danışım?
- Misal üçün onun kimliyindən....kimdir o?
- ....
- Firuzə.. qorxma.. danış hər şeyi..
Firuzə təəcüblə Əlini izləyirdi. O qədər içdən o qədərsəmimi soruşurdu ki, özü də bilmirdi neynəsin. Onu aldada bilməzdi. Buna haqqı yox idi. qarşısındakı bir kişi idi. onun qürurunu incidəcək bir şey eləmək düzgün deyildi. Düşündü ki, bəlkədə hər şeyi danışıb bütün bu oyundan yalandan qurtulmaq yaxşıdır. Əli nişanı qaytarsa belə danışacaqdı... düzdür haradasa ürəyinin dərinliyində bunu arzulayırdı, amma bu mümkün olmazdı. Bu həm onların həm də Firuzəni ailəsinə zərbə olardı. Hələ atası...atasının inamını etdiyi yaxşılıqları qəlbində daşıdığı sevgiyə qurban verə bilməzdi. Hər şeyi başdan danışmağa başladı. Niyə Türkiyəyə getdiyin, orada şirkətdə iş tapmağını, Kənanın başını yarmağını, onun oynadığı oyunu, buraya qədər gəlməsini.. hər şeyi.. Əli biruzə verməsə də görünürdü ki, gərgindir. Amma üzündə təbəsümlə dinləyirdi. Alnında sıxılmış damarlardan gərginlik bəlli olurdu. Firuzə dünən gecə istisna olmaqla hər şeyi danışdı. Özünü rahatlamış hiss edirdi. Bundan sonra necə olacaq bilmirdi, amma ən azından artıq Əliyə qarşı dürüst idi. Vicdan əzabı çəkməyəcəkdi.

Müəllif: Lili Sh
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 6 132
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri