Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 40)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 899
Səs ver:
(səs: 0)
İkinci dəftər
40


Bənövşəli dəftərimi də özümlə bağa gətirmişdim. O mənim şirin, acı xatirələrimin daxılı idi. Ürəyimi ona boşaldırdım; şadlıq, peşmançılıq, bəxtəvərlik, iztirab, həyəcan, təəssüf, həsrət, etiraz hisslərimi ağzı bağlı mücrü kimi yığıb saxlayırdı.
Dünən qəzetdə həyat və səadət haqqında bir yazı oxudum. Axıra çatanda bildim—Emininkidir. Sanki o, məhz məni nəzərdə tutub. Gənclərə ailə qurmaqda tələsməməyi tövsiyə edir. "...Qızılın, gümüşün əyyarını yoxlamaq üçün məhək daşına sürtürlər. İnsanları öyrənməkddən ötrü onları həyatın sınağından keçirmək lazımdır. İlk məhəbbətin başgicəlləndirici sərxoşluğundan ayılanlar içərisində peşman olanlar da az deyildir.” Eh… o zaman bu barədə fikirləşən kim idi. Dərya məni elə tilsimləmişdi ki, ayrı heç nə görmürdüm. Dünyada ondan sadiq, özümdən xoşbəxt adam fərz eləmirdim… Həyata əyləncə gözü ilə baxan gənclərdən bir parasının evləndikdən sonra da nəfsini cilovlaya bilmədiyini, qarşısına çıxan hər suyuşirin, yelbeyin qıza tamah saldığını eşitmişdim. Xırdavat kimi ucuz mənliyini hərrac malına döndərən bu cür şarlatan xislətləri həmişə nifrətləmişdim. Lakin Dəryaya təslim olanda onu elə təsəvvürdən uzaq, çox uzaq sanmışdım. Bax, elə orda yanılmışdım… Nərminə əhvalatını açıb danışanı atamın, anamın rahatlığı pozulmuşdur.
—Mən Dərya ilə yaşamaq istəmirəm!—demişəm.—Kimsəninsə məhəbbətindən sədəqə ummaq qadın üçün ən böyük əskiklikdir.
 Mənə təskinlik verməyə söz tapmırlar. Atam papirosu bir-birinə calayır. Anam hey dizinə döyüb ah çəkir. Mən sərsəm kimi gəzirəm. Nə dəniz, nə bağ, nə də orada tikdirdiyimiz ev-eşik gözümdədir. Elə bilirəm bunlar hamısı gərəksiz, mənasız, boş əyləncədir. Məhəbbətsiz, dünyanın iki qəpiklik qiyməti yox imiş!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 899
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri