Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 46)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 588
Səs ver:
(səs: 1)
İkinci dəftər
46


Sentyabr məsud bir səhərlə gəlmişdi. Mən universitetə hazırlaşırdım. Təzə tikdirdiyim yaxası qırmızı köbəli ağ paltarımı və hündürdaban qırmızı tuflilərimi geymişdim. Dəhlizdə ayna qabağında fırlanıb özümə nəzər yetirdim. Saçlarımı səliqəyə saldım. Portfelimi götürdüm.
—Ma, sağ ol, mən getdim,—deyə anama eşitdirib qapını açdım.
Arxadan onun xeyir-duası məni müşaiyət etdi:
—Yaxşı yol, bala. Uğurlar olsun...
Pilləkənləri adətim üzrə tələsik endim. Küçəyə çıxcaq tini buruldu. Beşcə addım uzaqlaşmamışdım ki, balkondan anamın səsi gəldi:
—Könül!..
Ayaq saxladım. Soruşdu:
—O tərəfə niyə?
Çaşmışdım. Axı mən bu gündən sonra başqa səmtə getməliydim. İnstitutum da, yolum da dəyişmişdi. Geri qayıtdım. Üzü yoxuşa döndüm. Elə mən özüm də dəyişmişdim. İndi hər şeyə ayrı gözlə baxırdım...
O axşam bənövşəli dəftərimin axırıncı ağ vərəqinə bu sözləri yazdım və sonuncu nöqtəni  qoydum. Yazdım ki: "Ağıllı bir dəfə aldanar, həyatda mən də yanıldım. Özün hamısına şahidsən. Sən doldun, ancaq ürəyim boşalmadı. Əlvida, mənim bənövşəli dəftərim, əlvida!..”
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 588
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri