Xəyanətin boydadır aramızda məsafə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 314
Səs ver:
(səs: 2)
Əvvəl o da vardı, mən də... Sonra iki oldunuz, mən az oldum...
Üç olanda o, o biri və sən vardın, lap azaldım mən...
Siz dörd olanda, mən yox idim artıq.... Ümidimə sığındım...
Biz beşincini görəndə... ümidim "bəsdir!”, dedi!
Əlvida dedi və getdi!..
Tək qaldım... sonra nifrətim gəldi!
Onunla saymağa başladım. Əvvəl pıçıltı ilə ürəyimdə sayırdım...
Hər dəfə gözlərim dolurdu, qəhərlənirdim...
İndi edama məhkum olunanı cəllada təhvil verən icraçı məmur kimi sayırdım...
Beş! Altı! Yeddi!..
Başım saylara elə qarışdı ki, sayı da, səni də itirdim...
Artıq saymıram xəyanətlərini...
Nifrətim də gedib!...Təkəm deyəsən...
Aynada tənhalığın, xəyanətin rəsminə baxım dedim, özümə yəni...
Özüməmi?....Nə yaxşı yadıma düşdüm! Özümə ehtiyacım var! "Sənə məndən danışmaq istəyirəm” dedim...
- Dostlara danışsan...
- Danışa bilmərəm!
- Niyə?
- Məni başqa cür tanıyırlar, təəccüblənəcəklər...
- Qohumlara desən...
- Təəssüflənəcəklər...
- Yadlar!
- Bəlkə də sevinəcəklər...Nollar dinlə məni, sənə ehtiyacım var...
- Gedək, getmək üçün bir uçaq, bir qatar gözlənilməz bəzən...
Getmək üçün özündən al biletini...
Özümdən özümə bilet alıb... Özümlə əl-ələ tutub getdim səndən...
Bir, iki, üç, dörd...
Saymıram!
Çünki xəyanətin boydadır aramızda məsafə artıq!...
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 314
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri