Oğrunun etdiyi yaxşılıq

Müəllif: Antikvar
Şərhlər: 7
Baxılıb: 2 381
Səs ver:
(səs: 0)
Ev yiyəsi qapını açanda polislərlə qarşılaşdı.
Həyəcanla:
- Bir istəyiniz varmı? deyə soruşdu. Bir hadisəmi baş verib?
Onlardan komissar olanı:
- Keçən il evinizi soyan oğrunu həbs etmişik, deyə cavab verdi. İfadəsindən bu evə də girdiyini anladıq.
Ev yiyəsi polislərin arasında sıxışıb qalan 18-20 yaşındakı gənci bir müddət süzdükdən sonra:
- Buyurun, içəri girin, deyə kənara çəkildi. Hərhalda bəzi şeylər soruşacaqsan.
Həmişə birlikdə oturduqları otağına keçdilər. Ev yiyəsi əvvəl polislərin, sonrada oğrunun əlini sıxaraq:
- Gəldiyinizə sevindim, dedi. Bu gənclə tanış olmağı da çox arzu edirdim.
Polislərdən biri:
- Hərhalda səhv başa düşdünüz, deyə sözə qarışdı. Bu cavan vətəndaş polis filan deyil, evinizə girən oğrudur.
Ev yiyəsi:
- Daha o qədər də qoca deyiləm, məmur bəy, deyə sözə başladı. Oğru olduğunu bilirəm, amma açıq söyləmək lazım olsa, şikayətçi də deyiləm.
Danışılanlar, oğrunu da çaşbaş vəziyyətə salmışdı. Ev yiyəsi qonaqlarına şirniyyat ikram etdikdən sonra yavaş-yavaş danışmağa davam etdi:
Evi soyulmadan əvvəl gec vaxtlara qədər oturur, beləcə səhər namazlarına qalxmazdım. Və çox istədiyim halda, gündə bir səhifə belə Quran oxumağa vaxt tapa bilməzdim. Qıldığım namazları da, Allah qəbul etsin, həmişə yarım-yarımçıq olardı. Amma cavan, bilmədən də olsa məni bu qəflətdən xilas etdi.
Polislərdən biri dözə bilməyib atıldı:
Nə etdi ki, bəy əmi?
Ev yiyəsi, bir az əvvəl ikram etdiyi şirniyyatı qutusu ilə birlikdə oğrunun önünə qoyarkən:
Daha nə etsin ki, övlad, deyə gülümsədi. Evimə girdiyində, televizorumu oğurlamışdı...
''Həqiqətən də, bundan daha gözəl yaxşılıq ola bilərmi?
 Bəs televiziyanın bizdən oğurladığı zamanı kim geri qaytara bilər...? "
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 381
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri