Qəmli sevgi hekayəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 5 490
Səs ver:
(səs: 2)
Böyük bir bağçada dəstələr içində bir çobanyastığı var imiş. Aşiq olub, yanıb tutuşurmuş ağ saqqallı bağbana. Bir ümid gözləyirmiş, yüzlərlə çiçəyin arasından... Onunla, yalnız onunla saatlarla maraqlanmasını, buz kimi suyunu yalnız ona töksün istəyərmiş.. Yalnız ona dəysin qayçısı, yalnız ona gülsün dodaqları...
Qısqanırmış bağbanı, Qırmızı güllərdən, Sari lalələrdən, Bənövşələrdən...
Çobanyastığı, yalnız bağban üçün açımış dümmağ yarpaqlarını..

Bir gün, eşqi elə böyümüş ki, çobanyastığı yarpaqlarını daşıya bilməz olmuş. Boyunu əymiş, torpağa baxmış artıq. Bağbanın yalnız səsini eşidib, ayaqlarını görərmiş. Buna da sükür deyərmiş hər zaman. Bağbanın varlığını hiss etmək ona bəs edirmiş.
Zaman su kimi axıb gedirmiş... Çobanyastığı bağbanın üzünü görməyəli çox olmuş artıq. "Nə var ki sanki boyumu qaldırsam, bir dəfəcik daha görsəm üzünü" deyərmiş öz-özünə. Və bir gün.. Bağban çobanyastığına tərəf yaxınlaşmış, incəcik bədənini əllərinin arasına almıs, əlindəki çubuğu, köklərinin yanına, torpağa basdırmış bir iplə çobanyastığının gövdəsini bağlamış çubuğa. Çobanyastığı o anda daha çox sevmiş bağbanı. Hələ görə bilməmişdi bağbanın üzünü, amma bədəni xilas olmuşdu artıq...

Uzun bir müddət sonra, bağban gəlib-getməz olmuş bağçaya. Gələn gedən yox imiş. Kədərindən öləcəkmiş çobanyastığı. Ama bir səhər... Xortumdan axan suyun səsiylə oyanmış.. Dərin bir oh çəkmiş.. Dəlicəsinə sevdiyi bağban geri gəlmiş..
Birdən, özünə doğru gələn iki ayaq görmüş. Bu onun dəlicəsinə sevdiyi bağban deyilmiş, başqa birisiymiş. Adamın əlində bir də qayçı varmış. Çobanyastığının başını qaldırmış yuxarıya doğru : "Nə gözəl açmısan sən" demiş. Bu gənc, yaraşıqlı bir oğlan imiş. Gözləri göy mavisi, saçları günəş sarısıymıs. "Amma gövdən səni daşımır" demiş. Əlindəki qayçını çobanyastığının boyuna doğru uzatmış və başını gövdəsindən ayırmış.

Çobanyastığı yerə düşərkən xatırlamış sevdiyini. O ağ saqqallı, ağ saçlı, yaşlı bağbanı xatırlamış. Birdə o gənc, yaraşıqlı oğlanı düşünmüş. Və o an başa düşmüş ki, niyə o yaşlı bağbanı sevdiyini. O heç nəyə baxmayaraq çobanyastığına əmək verirmiş. Bəlkə ona heç bir zaman gözəl olduğunu söyləməmişdi, amma onu əslində həmişə sevmişdi. Çobanyastığı başa düşmüş artıq, "Sevgi, əmək istəyərmiş" demiş. Yerə düşdüyündə son bir dəfə düşünmüş sevdiyini. Təşəkkür etmiş ona içindən və o an başa düşmüş....
Həqiqi sevginin, söyləmədən, yaşamadan və əsla qovuşmadan var ola biləcəyini...
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 5 490
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri