Ceyn Fişer on yeddi yaşlı qızı Ketinin Medison Kaunti Cuniorda
keçirilən heyvan yarmarkasına öz inadçı qoyununu necə sürdüyünü böyük
təşvişlə izləyirdi.O,ümid edirdi ki,Ketinin dünənki sərgidəki kimi ürəyi
getməyəcək.
Keti bədxassəli şişli mübarizə aparırdı.Uzun aylar ərzində ilk dəfə
idi ki,harasa getmək,əylənmək,xəstəxanadan və kimyaterapiyadan uzaq
olmaq üçün imkan ələ düşmüşdü;bundan başqa,o,cib xərci üçün xeyli pul
qazanacağına da ümid edirdi.Qoyunundan ayrılmağa asanlıqla qəbul etməsə
də,qoyunun diri çəkisinin bir funtuna iki dolların verilməsi cib
xərcliyindən daha çox pulun əldə olunması ümidini
yaradırdı.Beləliklə,Keti qoyunu mərkəzə çıxardı və sövdələşmə başladı.
Həmin an auksionçu Rocer Uilsonun ağlına bir fikir gəldi və bu ideyanın gözlənilməz nəticələri oldu.Obelə dedi:
-İştirakçıları məlumatlandırmaq istərdim ki,Ketinin başına heç də
xoşa gələn hadisə gəlməyib,-bu çıxışı ilə auksionçu pul qoyuluşunun bir
qədər artacağına ümid edirdi.Həqiqətəndə qoyunun kilosu on bir dollar
yarıma satıldı,lakin hər şey bununla bitmədi.Alıcı ödənişi etdikdən
sonra,qoyunu yenidən satılması üçün geri verdi.Beləliklə zəncirvari
reaksiya başladı:müxtəlif ailələr qoyunu alıb,elə o andaca yenidən
satılmasıl üçün qaytarırdılar.Ketinin kassası dolduqca dolurdu.Qızın
anasının yadında yalnız birinci razılaşma qalmışdı.Hər tərəfdən "Təkrar
satış!Təkrar satış!" qışqırıqları gəlməyə başlayanda Ceyn Fişer hönkürtü
ilə ağlamağa başladı.
Həmin gün qoyun otuz altı dəfə satıldı və sonuncu alıcı onu Ketiyə
həmişəlik verdi.Ketinin əlində müalicəsi üçün on altı min dollar var
idi,o məşhur qoyun isə indiyə qədər də onunla qalır.