Marqarit və Rutun hekayəsi

Müəllif: NUR
Şərhlər:
Baxılıb: 955
Paylaş:
Səs ver:
(səs: 2)
1983-cü ilin yazında Marqaret Matrik fizioterapiya kursu keçmək üçün yaşlı insanların cənub-şərq müstəqil yaşam mərkəzinə gəldi.Böyük stajı olan tibb bacısı Milli Makxyu onu mərkəzin pasiyentlərinə təqdim edərək o,Marqaretin pianoya necə kədərlə baxdığını gördü.
- Nə isə olub?-Milli soruşdu.
- Yox,hər şey yaxşıdır,-Marqaret tərzdə cavab verdi.-Sadəcə piano xatirələr oyadır.Bu vəziyyətə düşməzdən əvvəl mənim bütün həyatım musiqiylə bağlı olub.
 Milli Marqaretin sağ şikəst əlinə baxırdı və qaradərili bu qadının musiqi kariyerasının əsas mərhələlərindən sakitcə danışmasına qulaq asırdı.
 -Məni burda gözləyin,-birdən Milli dedi.-Bir dəqiqəyə qayıdıram.
O həqiqətəndə tez qayıtdı.Onunla birgə alçaqboy,sarışın,qalın linzalı eynəkdə bir qadın gəldi.Qadın əlil arabasında gəlmişdi.
-Marqaret Patrik,-Milli dedi,-Rut Ayzenberqlə tanış olun.
 Milli gülümsədi.
-O da pianoda çalırmış,amma iflicdən sonra çala bilmir.Xanım Ayzenberqin sağ əli yaxşı işləmir,sizin isə sol əliniz,mən hiss edirəm ki,siz ikiniz birlikdə inanılmaz bir şey yaradacaqsınız.
-Siz Şopenin re-bemol valsını çalmısız?-Rut soruşdu.
Marqaret başı ilə təsdiq etdi.
Hər ikisi pianonun arxasına oturdular.İki sağlam əl-biri uzun incə qara,digəri isə ağ qısa koppuş barmaqlı əllər ebonit və fil sümüyündən hazırlanmış dillər üzərində ahənglə pərvaz edirdi.Ogündən bəri onlar dəfələrlə birlikdə pianonun arxasında oturmuşdular.Marqaretin şikəst sağ əli Rutun belini qucaqlayır,Rutun hərəkətsiz sol əli isə Marqaretin dizləri üzərində olurdu,Rutun sağlam əli melodiyanı çalır,Marqaretin sağlam əli isə onu müşayiət edirdi.
 Onlar öz musiqiləri ilə televiziya tamaşaçılarını,kilsə və məktəblərin,reabilitasiya və pensiya mərkəzlərinin dinləyicilərini sevindirirdilər.Bu qadınları yalnız musiqi birləşdirmirdi.Onlar Şopen,Bax və Bethovendən başladılar,sonra məlum oldu ki,ümumi cəhətləri çoxdur:hər ikisi dul və yaxşı nənə idi (Marqaretin əri 1985-ci ildə ölmüşdü),hər ikisi oğlunu itirmişdi,hər ikisi insanlara çox şey verə bilərdi-lakin birlikdə,bir yerdə.Marqaretlə  piano arxasında bir stulda oturarkən Rut Marqaretin sözlərini eşitdi:"Musiqini əlimdən aldılar,lakin Allah mənə Rutu verdi".Görün ki,Marqaretin inamı Rutada təsir etdi-onlar son beş ili birlikdə çalırdılar,indi isə Rut deyir:"İlahi möcüzə göstərdi və biz qarşılaşdıq".
 Bu da Rut və Marqaretin hekayəsi-indi onlar özlərini "Ebonit və Fil sümüyü" adlandırırlar.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 955
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook