Hər şey göründüyü kimi olmur bəzən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 905
Səs ver:
(səs: 4)
Rəvayətə görə, bir qəssab varmış. Bir gün qəssab axşam evinə qayıdanda görmüş ki, masa üzərinə qoyduğu qatığı yerə tökülmüş. Elə bu zaman o, qonşunun itini ağzı qatığa bulaşmış çəpərin o tayında durduğunu görüb, tez qonşusunu xəbərdar etmək üçün onu səsləmiş və:
- Sənin itin mənim qatığıma toxunduğu üçün artıq qatığı murdarlayıb və mənim bu gün ac qalacağıma s...əbəb olub,- demiş. Qonşu:
- Siz səhv düşünürsünüz, mənim itim sizin qatığa toxunmuş ola bilməz, çünki onun çəpərin o biri tayına keçməsi mümkün deyil. Bu bir təsadüfdür, sənin qatığın tökülmüş və mənim itim ağzı qatıqlı...
Qəssab inadından dönməmiş və məsələni aydınlaşdırmaq üçün qazının yanına getmiş. Qazı ona :
– Qonşun haqlı ola bilər, axı köpək uca bir hasardan necə keçsin, görüntüyə aldanaraq qonşuna haqsızlıq etmə, demiş. Lakin, qəssab yenə də inadkarlıq göstərmiş və qonşusunun günahkar çıxarılmasına nail olmuş. 
Bu hadisədən xeyli keçmiş bir gün qəssab təzəcə bir inək kəsmiş əli və üstü qana bulaşdığı üçün yuyunub- təmizlənmək niyyətilə bulağa getmiş. O, bulağa çatanda bulağın altına bir adam öldürülüb atıldığını görmüş. Bir anın içində hər kəs onun başına yığışmış və "qatil” deyə bağırmağa başlamışlar. Qəssab:
- Mən qatil deyiləm, sizlər səhv anlayırsınız bu bir təsadüfdür, - deyə çığırmağa başlamış.
Lakin, heç kəs ona inanmamış və cinayət başında yaxalanmış bir qatil kimi qazının yanına aparmışlar. Məsələdən agah olan qazı, özünün haqlı olmasını sübut etməyə çalışan bu kişiyə:
- Sən qonşunun itini sənin qatığına toxunmuş olduğunu və bunun üçün də qonşunun günahkar olduğunu deyəndə mən sənə, görüntüyə aldanma demişdim. Sən isə inadla belə bir təsadüf ola bilməz dedin. İndi də eyni vəziyyətdi, mən insanları sənin günahsız olduğuna necə inandırım?
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 2 905
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri