Sevgi və zaman

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 7 131
Səs ver:
(səs: 2)
 Bir vaXtlar, bütün duyğuların yaşadığı bir ada var idi. Xoşbəxtlik, Kədər, Qürur, Sevgi  və başqa bütün duyğular. Bir gün, adanın batmaqda olduğu duyğulara xəbər verilir. Bu xəbərdən sonra bütün duyğular  adanı tərk etmək üçün hazırlaşır. Sevgi  adada ən sona qalan duyğu olur, çünki mümkün olan ən son ana qədər gözləmək istəyir. Ada  batdığı zaman Sevgi kömək istəməyə qərar verir. Zənginlik, çox böyük bir gəminin içində Sevginin yanından keçir. Sevgi

  — Zənginlik, məni də yanına alarsanmı? deyə soruşur. Zənginlik

  — Xeyr, olmaz. Gəmimdə çoxlu qızıl və gümüş var, sənin üçün yer  yoxdur. deyir.

 Sevgi, çox gözəl bir yelkənli gəminin  içindəki Paxılı  görüb  kömək istəyir.

—  Paxıl, nə olar  mənə kömək et !

—  Sənə kömək edə bilmərəm, Sevgi. İslaqsan və yelkənləri məhv edə bilərsən. deyə cavab verir.

Kədər yaxınlıqdan keçir və Sevgi kömək istəyir.

—  Kədər, səninlə gəlim ?

-  Of, Sevgi  o qədər  kədərliyəm ki, tək qalmağa ehtiyacım var. deyə Kədər dillənir.

Xoşbəxtlik də Sevginin yanından keçir. O qədər xoşbəxt olur ki, Sevginin səsini eşitmir.

 Sevgi  birdən bir səs eşidir.

  — Gəl Sevgi! Səni yanımda apararam. Sevgi  o qədər  xoşbəxt olur ki, onu kömək edənin kimliyini öyrənməyi unudur. Yeni bir adaya çatdıqlarında,  Sevgi ona kömək edənə nə qədər borclu olduğunu anlayır.  Digər duyğulardan soruşur.

—  Mənə kömək edən kim idi?

—  O, Zaman idi. deyə cavab alır.

-  Zamanmı? Niyə mənə kömək etdi ki?” deyə Sevgi soruşur. Aldığı cavabsa çox sadə olur.

-  Çünki yalnız Zaman Sevginin nə qədər böyük olduğunu anlaya bilər….
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 7 131
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri