Yaxşılıq et

Müəllif: Nermin..
Şərhlər:
Baxılıb: 1434
Paylaş:
Səs ver:
(səs: 3)
Qəddar və günahkar insan vəfat edir. Cəhənnəmin qapısında onu mələk qarşılayır. Mələk deyir: ” Cəhənnəmə getmək istəməyəcəksən. Əgər indi həyatın boyu etdiyin cəmi bir yaxşılığı yadına salıb, mənə desən, bu kifayət edər ki, bağışlanıb, Cənnətə düşəsən ". Kişi həyəcanla fikirləşir, bütün qohumlarını, dostlarını, ətrafında olmuş insanları xatırlayır, onlara nə vaxtsa yaxşılıq etdiyi yadına düşmür. Vaxt bitir, o, xilas üçün bir səbəb tapa bilmir. Kişini Cəhənnəmin qapısından içəri atmaq istəyirlər ki, o, qışqırır: ” Dayanın, xatırladım. Bir dəfə meşədə gedirdim, yolumun üstündə tor qurmuş hörümçəyi gördüm, mən ordan ehtiyatla keçdim ki, onun yuvası pozulmasın ".

Mələk gülümsəyir, bu vaxt göydən bir hörümçək gəlir, öz torundan həmin adama uzadır. Adam ipdən yapışıb Cəhənnəmdən yuxarı, Cənnətə qalxmağa başlayır. Bu vaxt aşağıda olan digər günahkar insanlar da torun aşağısından yapışıb, xilas olmaq üçün imdad istəyirlər. Bir neçəsi tordan tutub qalxır. Kişi qorxur: ” Birdən adamlar ağırlıq edər, ip qırılar ".
Özünü xilas etmək üçün o, ayağı ilə aşağıdan yapışan insanları yerə itələməyə başlayır. Bu vaxt  həqiqətən də ip qırılır və kişi Cəhənnəmə yuvarlanır. Son anda onun qulağına Mələyin səsi gəlir: ” Təəssüf. Sənin qorxun və narahatlığın qəzəbə və paxıllığa çevrildi, sən yenə də pis əməlindən qalmadın. Son anda heç olmasa bir-iki insana yaxşılıq etmək şansını da əldən qaçırdın. Bu hərəkətinlə bütün ömrün boyu etdiyin o bircə yaxşılığı da itirdin "

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 1434
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook