Sevgi zərbəsi (6-cı bölüm)

Müəllif: Antikvar
Şərhlər: 8
Baxılıb: 6 632
Səs ver:
(səs: 4)
Səmra qarşısında uşaq tək göz yaşı tökən Mahirə bir kəlmə də demirdi. Sanki heç vecnə deyildi onun dedikləri. Halbuki gözündən yanağına süzülən yaşlar onu ələ verirdi. Yenə də başını dik tuturdu, Mahirdən fərqli olaraq. Bu vaxt bağın qapısı açıldı Səmranın anası Mahiri Səmranın yanında görüb şığıdı üstünə şahin balasını qoruyan tək qorumağa çalışdı bircə balasını. "Sənin burda nə işin var? Hansı üzlə gəlmisən? Rədd ol, elə eləmə ki qaynatanı çağırım. Bir də bizim hasara azı 10 metr yaxınlaşma eşitdin?! Özünə iynə ucu qədər qiymət verirsənsə birdə qarşımıza çıxma. Əl çək, qızımı yox bil. Sən onun üçün ölmüsən artıq." .... Xədicə xalasının qollarından yapışıb onu sakitləşdirməyə başladı. Bu vaxt Səmra: "Dayan, ana, onun üçün əsəbləşməyinə dəyməz. Allah ona sən düşündüyündən də artıq cəza verib. O, ömrü boyu mənim həsrətimlə yaşayacaq. Ömrü boyu....." Səmranın son sözlərindən sonra Mahir hasarın başına hoppanıb: "Əgər birgün bağışlasanız, məni bilin ki, mən son nəfəsimə kimi özümü bağışlamayacam.
Səmram mənim..... Xoşbəxt ol....Əlvida..." Həmin gecə Səmra nə Xədicəyə, nə də anasına bir kəlmə demədi. Bütün günü susdu. Gecə də qapını bağlayıb Xədicənin onun fikirlərini dağıtmamasına mane olmağa çalışdı. Səhər də gec qalxdı yerindən. Qısa-qısa suallara cavab verir, mövzünü tez-tez dəyişirdi. Xədicə də daha onun nə düşündüyünü, nə hiss etdiyini anlaya bilmirdi. Ona bütün qəlbi ilə kömək etmək istəyirdi, amma heç cürə bilmirdi ki, Səmra nə düşünür, nə hisslər keçirir. Amma çox istəyirdi ki, Səmra Zərifənin gəlinlik içində Mahirin qolunda ata evindən çıxmasını görməsin. Bunun üçün Səmranı rayonun harasınasa, nəyəsə görə aparmasını istəyirdi. O isə ya susurdu, ya da "başqa vaxt" deyib otağına gedirdi.
Bu vəziyyət vağzalı səsinin eşidilməsinə kimi davam etdi.... Bəli, artıq bəy evi gəlmişdi və Zərifə ağappaq gəlinlik içində atasının evindən çıxırdı. Qolunda isə Salehin qolu yox, Mahirin qolu idi. Hansı ki, hər ikisinin də üzündən bədbəxtlik yağır. Mahir qolu qandallı həbsə aparılan caninin üzü tək bədbin, Zərifə isə həyasından az qalır yerin dibinə girsin. Gözündən Saleh üçün axan göz yaşları isə hər kəsdə ata evindən ayrılmaq həsrəti fikrini yaradırdı. Xədicə disk qoyub gur səslə qulaq asmağa başladı. Düşünürdü ki, bəlkə Səmra vağzalının səsini eşitməz. Amma qəfildən arxasından qapının çırpıldığını eşitdi. "Səmra, hara gedirsən?" Bir an içində ağlına hər şey gəldi. Ona necə mane olacağını da bilmirdi. Amma bunu etməli idi. Səmranın təmiz adı xatirinə etməli idi. Arxasınca darvazaya kimi qaçdı və qabağını kəsib qollarından yapışdı: "Səmra, belə eləmə, onlar onsuz da bədbəxtdirlər. Qoy getsinlər. Onların səviyyəsinə enmə. Yalvarıram bacım, özünə gəl..." Bir anlıq düşündü ki, bəlkə Səmra Mahiri bağışlayacaq, ona bunu deməyə gedir, sonra Səmranın sözləri Xədicənin əllərini boşaltdı. "Xədicə, burax məni. Nə qədər ki, gec deyil mən onlara deməliyəm. Onlar bilməlidirlər. Xahiş edirəm, yolumu kəsmə..." Beləcə, Xədicə Səmranın qollarını buraxdı. Arxasınca sadəcə dayanıb tamaşa etməyə başladı. Səmra gözündən incə-incə süzülən yaşları bir əli ilə silərək bəylə gəlinin önündə dayandı. Ətrafdakı insanlar Səmranın bir rəfiqə kimi Zərifəni təbrik edəcəyini düşünsə də, Mahirin anası oğlu üçün qorxurdu. Axı, Səmranın bir sözü yetərdi ki, Zərifənin atası Mahirin üstünə cumsun... Mahir başını qaldırıb Səmraya baxa bilmir, Zərifə isə gözündəki yaşları silməkdən başqa heç nə edə bilmirdi. Səmra isə hər ikisinə baxıb çətinliklə də olsa ağzını açdı: "Mən nə qədər ki, gec deyil sizə demək istəyirəm. Bütün
yaşanmışları unudaraq sizi bağışlayıram. Qoy, Allah sizi bağışlasın... Gedin, siz də yenidən başlayın həyatınızı.... Mən sizə sadəcə "Xoşbəxt olun" demək istədim....
Xoşbəxt olun, əgər bacara bilsəniz... " Səmra sözlərini bitirib daha nə Mahirə, nə Zərifəyə baxmadan bir başa evlərinə qayıtdı. Amma Xədicə Səmranın bu addımından qürur hissi duyurdu. "Səmama elə bu hərəkət yaraşırdı..."deyib darvazanı bağladı...

MÜƏLLİF: Xəyalə Murad
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 6 632
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri