Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 35)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 771
Səs ver:
(səs: 0)
İkinci dəftər
35


Axşamtərəfi idi. Öz kitabxanama gedirdim—anamgilə. Sonra Dərya da dalımca gələcəkdi. Konsertə bilet almışdıq. Filarmoniyada türk müğənnisi Sevda Aydan oxuyacaqdı. Atamı, anamı da aparacaqdıq. Ər evinə köçəndən bəri həmişə küçəmizdən yolum düşəndə ürəyim birtəhər olur. Eminlə qarşılaşacağımdan ehtiyat edirəm. Yaxşı ki, o vaxtdan üz-üzə çıxmamışıq. Yəqin heç Emin də bunu arzulamaz. Göz görər, könül bulanar... Onun üçün də yan-yörəmə baxmırdım. Başımı dik tutmuşdum, tələsirdim. "Könül kitabxanası”nın tininə yetişəndə sövqi-təbii ilə ayaq saxladım. Qonşu damın üstündən keçən cərgə elektrik məftillərinə təkəm-seyrək qaranquşlar qonmuşdu. Ah!.. Nə qəribə bənzəyiş idi. Fərz elədim, səma kağızdır, məftillər onun üzərində cızılmış beş xətt, qaranquşlarsa musiqi notları. Bunu mən yox, yazıçı görsəydi, şəksiz ki, mənalandırardı; qələmə almamış olmazdı. Rəssam, əsərindəki bir bəstəkarın pəncərəsi önündə belə qaranquş oktavası çəksəydi, sevinməyə bilməzdi. Heyfisiləndim. Bir istədim daş atım, titrədim simləri, dağıdım o notları; uçub başqa yerə qonsun qaranquşlar. Hərdən, ərdə olduğumu unudanda uşaqlığım yadıma düşür... Təsadüfə bax: irəlidən Qönçəbəyim gəlirdi! Gözündən yayınmaq da mümkün deyildi.
—Salam, Könül,—deyə mənə yaxınlaşanda, əvvəlki şirin dillə soruş-yetiş elədi.
—Yoldaşın… evin... eşiyin...
—Salamatlıqdır, Qönçəbəyim xala. Siz necəsiniz?
—Bizik də...
Arvad bu cavabı ayrı cür verdi. "Güya bilmirsən neylədin. Bizə bir toy tutmadın ki, yaxşı olaq!”
Qönçəbəyim daha mənə "göyçək balam” demirdi.
—Eh...səndən sonra Eminciyəzim iki həftə ağır xəstə yatdı. Arvad köks ötürdü.
—Həkim… davadərman… He çnə kömək eləmədi. Təkcə mən bildim uşağımın dərdi nədir. Məhəbbət yarası gec sağalır, qızım.
Mənim danışmağa sözüm yox idi. Qadın keçmiş əhvalatı xatırlamaqdan əzab çəkirmiş kimi söhbəti qurtarmağa çalışdı:
—Əslində, ay Könül, səni qınamağa da haqqım yoxdur. Fikirləşirəm ki, meylini bu tərəfə salsaydın, onda da Dəryaya dağ çəkəcəkdin. Məgər o insan deyilmi? Hamısını başa düşürəm, bala. Onun da anası var. Eminciyəzimin əziz canına and içirəm, sidqi ürəkdən deyirəm, təki xoşbəxt olasınız. İkiniz də—sən də, o da.
Qönçəbəyim bu alicənablığı ilə gözümdə on qat böyümədimi? Mən qarşısında kiçilib, xəcalət çəkmədimmi?
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 771
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri