Tək öyrəndiyim sevgi (4-cü bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 714
Səs ver:
(səs: 1)
Təbii ki bu öpüşdən sonra mən özümü itirdim.üzümə özümdən aslı olmadan təbəssüm qondu və o da utanıb tez sinifdən çıxdı.hara qədər çıxacaqdısa)
mən o vəziyyətdə hələ də parta üzərində oturarkən artıq zəng içəri vuruldu və bütün uşaqlarf sinifə daxil oldu.Tural axmaqca bir ifadəynən gəlib düz qarşımda dayandı
-heey dünyadan Murada məktub var
-öpdü
-nə?ohooo bu uçubki.nə olub hələ gün başlamıyıb düz əməlli))
mən isə sevincli bir gülümsəmə ilə tez yerimə keçdim.və üzü qızarmış halda o da gəldi.utandığı üçün keçib ən arxadakı partada Elvin ilə oturdu.mən isə ona son gülümsəmə ilə önümə döndüm.Günel müəllimə də sinifə gəldi
-salam uşaqlar
-salam
-oturun
deyib yerinə keçdi.sinifə biraz boylanandan sonra məni görüb
-ooo Murad xoş gördüy.yaxşı görünürsən bugün
-sağolun müəllimə yaxşıyam çox şükür
uşaqlar isə anlamamış bir şəkildə bizə baxırdılar.ama baxışlar arasında Elvinin baxışı başqa idi.o Leylaya baxırdı.bu isə təbii ki məni qısqanclıq krizinə salmağa bəs edirdi.amma edəcək bir şey yox idi.yox yox bəlkə də var idi amma nə.bir çıxış yolu düşünməyə başlamışdım.çünki Elvini yaxşı tanıyıram.və sevdiklərini necə yarı yolda qoyduğunu və onları necə aldatdığını.
və dərs başladı.Ama heç gözümü arxadan ala bilmirdim.sanki artıq söhbət edirdilər.ama Elvin mənə elə bir baxış atdıki anladım Leylanı ələ keçirməyə çalışdığını.
-Müəllimə arxada yaman səs küy var.dərsə qulaq asa bilmirəm axı
günel müəllimə:
-Elvin və Leyla yerlərinizi dəyişin.
Elvin:-Axı müəllim
-tez yerinizi dəyişiin
Elvin məcbur olub yerini dəyişdi yanımnan keçəndə isə
-sən çox əclaf uşaqsanaa
zarafatyana dedi.qələbə mənim idi artıq.və beləliklə dərslər bitdi.mən bağçaya çıxıb skamyada əyləşdim.Tural da təbii ki yanımda idi
-hə Murad deməy istiyirsən?
-nəyi?
-səhərki o halını və dünən niyə getdiyini.səndə bu aralar qəribə hallar baş verir xeyirlisi inşaAllah.gah az qalırki oturub uşaq kimi ağlayasan gah da havalarda olursan
hər şeyi olduğu kimi Turala danışdım.bizim boşboğaz isə belə görünürki günortanı burda keçirmək istəyirdi.ard arda o qədər sual verirdiki məcbur olub evə qaçdım tez.bu gün evdə çox gözəl əhval ruhiyyə var idi.artıq ev boşaldılmağa bşlamışdı.görünürdük evə də alıcı çıxmışdı.çünki həyətimizdə başqa bir ailə də var idi.bunlar bir 16-17 yaşlı qız,bir Azəri ruscasında danışan qadın və nurani sifətli orta yaşllı bir kişi idi.qadında isə heç də elə bir sifət yox idi.qaş qabağı yerlə gedirdi
Tural da gəlib çıxdı.onunla söhbət edəndə köməyə gələcəyini demişdi.qapıdan içəri girən kimi sanki onu tok vurdu.qızı görən kimi gözləri çizgi filmlərdəki kimi az qalmışdı ki yuvasınnan çıxsın
-Salam Tural xoş gəldin
-Bunlar kimdi?
-hə mən də yaxşıyam dedim kinayə ilə.bunlar yeni ev sahibləridi
-gözəlmiş
-nə?
-qız çox gözəldi)
-Allah xoşbəxt eləsin
özümü gülməkdən tuta bilmirdim.Tural ilə bir qız təsəvvür eləmək olmurdu.o isə mənim gülməyimə əsəbləşirdi.ev sahibləri getdikdən sonra biz işə başladıq və artıq saat 18:00 idi.ustaların da köməkliyi ilə ev boşaldıldı və maşına yükləndi.yeni evimizə yol aldıq.məhəlləyə çatdıq.Əlinin və başqa qonaqsevər yeni qonşularımızın köməyi ilə əşyaları da boşaltdıq.mənim otağım isə 2-ci mərtəbədə idi.və burdan çölə baxan mənzərəni çox sevmişdim.özümü romanlardakı kimi hiss edirdim.saat artıq 22:00 olduğu üçün əşyaları tam yerbəyer etmədən tək çarpayıları hazırladıq.ama mənim hələ yuxum gəlmirdi.hələ öyrəşməyimə vaxt lazım idi.çarpayı üstündə oturarkən gözüm gitara sataşdı.məncə yaxşı bir fikir idi.və götürüb ifa etməyə başladım

Tanıdım sizi!
Aşık olduğum kadın sizdiniz,
ve yine siz bir gün beni kurşuna dizdiniz!
Bekledim sizi; kulağım kapıda, ellerim duada...
Halbuki siz kalbime izinsiz girmiştiniz!

Saydım, kaç yıl geçtiyse aradan!
Anlamsızmış anladım sonradan...

Bir kaç resim bana kalan,
Üç beş satır şarkı duyan,
Gitarımdan sesimden, hepsi sen!
Ölüm çözüm diye diye,
Geçer ömrüm bile bile,
Göçemem son defa görmeden...

mahnını oxuyarkən gözüm pəncərəyə sataşdı.sanki qarşıdaki evdə kimsə məni seyr edirdi.və musiqini yarıda kəsib balkona çıxdım.bir şey anlamamışdım.məni görən tez pərdəni çəkib içəri keçdi.məndə bir az qalıb gözləyəndən sonra bunun mənasız mənasız olduğunu düşünüb içəri keçdim.nə də olsa bu tərəflərdə hər halda bu saatlarda musiqi səsi eşitmək hələ qəribə gəlir.ama öyrəşəcəylər yəqinki))
sabah məktəbə getməyəcəydim.çünki ev işlərində anamı tək qoya bilməzdim.buna görə də Turala zəng edib bunu deməliydim.
-Alo
-Alo.nə olub Muro yuxuda məni görübsən?
-Allah eləməsin.yox deyəcəydimki sabah mən dərsə gəlməyəcəm
-nə edim?
-yəni bil istədimdə.soruşan olsa deyərsən
-niyə gəlmirsənki?
-həm evi gərək yerbəyer eliyək həm də təzə ev sahibləri ilə görüşəciyik
-harda? ora gedəcəysiz?
-hə diyəy sənə nə?
-heç.elə mən də sabah məktəbə getməyəcəydim
-aydaa bu pis oldu.eybi yox.mən də Elvinə deyərəm.
-oldu gecən xeyirə
-xeyirə qarşı
məndən danışandan sonra Tural da sevincdən havalara uçudu.çünki o da bizimlə gələcəydi.ama mən bundan xəbərsiz idim.o da sevgi adlı quyuya düşmüşdü.və sevincdən bütün gecəni yata bilməmşdi

Səhər açıldı.səhər idmanı,yeməyi deyərkən artıq saat 08:20 idi.və anam da hazır olandan sonra əşyalarımızı yerləşdirməyə başladıq.bir saat işlədikdən sonra yorulub biraz istirahət etmək üçün kiçik pillələrin üstündə oturduq.
çay içərkən tanımadığım bir qız da bizim evlə digər tərəfdən qapıqonşu olan evdən gəldi.əlində də nə isə var idi.yanımıza gəlib
-Salam.mən bu evdə qalıram.yəni qonşuyuq.təzə qonşumuz olduğunuz üçün anam sizə şiriniyyat göndərdi.
-Salam qızım.çox sağolun.sən də gəl qonağ ol.
-yox mən evə getməliyəm işlərim . . .
-boş ver işləri gəl
-çox sağolun
deyib bir gülümsəmə ilə o da yanımızda əyləşdi
-mənim adım Çilənaydır
bu qız da gözəl bir qız idi ama mənim üçün bu da digər qızlar kimi adi gəlirdi
-Mənim adım da Məlahətdir.bu da oğlum Murad
mən isə özümçün şiriniyyatları cüt-cüt yeyirdim.çünki ev şiriniyyatlarını çox sevirəm
Çilənay əlini əvvəlcə anama uzadıb görüşdü.sonra isə mənə uzatdı.mən isə o qədər şiriniyyatlara girişmişdimki heç onu hiss etmədim.o isə pərt olub əlini geri çəkdi.
-nəysə . . .mən getsəm yaxşıdı
deyib durub getdi.
-Ayıb olsun Murad.qız sənə əlini uzatdı.sən isə . . .
-boş ver ana.öyrəşər
-Ax mənim axmaq oğlum
deyib gülərək yuxarı çıxdı.və budur Əli də gəldi1saat da işlədikdən sonra artıq işləri bitirdik.indi bir işimiz var idi o da ev sahibi ilə görüş.evdən həyətə çıxdıq.burda Əli ilə ayrılanda gördüyüm mənzərə məni yenidən qəm dəryasında boğulmağa sövq etdi.Leyla Məktəblidən fərqli geyimdə Vüqarın maşınından gülə-gülə düşürdü
-Bu qonşumuzdur.Leyla
-Bilirəm Əli Bilirəm
Və baxışlarım Leylaya kilitlənmişdi.

Müəllif: Şerbaz
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 5 714
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri