"O isə hələ də... “ (bir kişimizin faciəsi)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 055
Səs ver:
(səs: 5)
Çox əsəbiydi. Elə dayanmadan hər şeyə əsəbləşirdi, aqressiv olurdu. Şənlənən, gülərüz adamlar görəndə, əl-ələ tutmuş, öpüşən çütlüklər görəndə əsəbindən bədəni tir-tir əsirdi və onlara yaxınlaşıb "Camaatın anası, bacısı var!!!", - deyə qışqırmaq keçirdi könlündən. Onlarla dava-dalaş salmağa can atırdı, yerində rahat dura bilmirdi.  İxtilafçıydı O. Bədbəxtlik hissindən bağırmaq istəyirdi, hayqırmaq istəyirdi, ulamaq istəyirdi. Hərdən ulayırdı da, hayqırırdı da, bağırırdı da, əks cinsi nümayəndələrini görəndə. Sanki onlarla ünsiyyət üçün başqa heç bir vasitəsi yox idi. Əslində bəxti bəlkə də xoş idi, amma o öz bəxtini var gücüylə bəd edirdi, özünü bədbəxt edirdi O. Lakin bunun belə olmadığına o qədər inanırdı ki, hərdən bəxtinin özü də ona heyrət edirdi.

Heç kəs onu başa düşmürdü, o da heç kəsi başa düşmürdü. O heç özünü də başa düşmürdü. Başa düşmürdü ki, əsəbləşməmək üçün, belə aqressiv olmamaq üçün sevmək, sevilmək, sevişmək lazımdır. Başa düşmürdü ki, paxıllığı, aqressiyası, bütün mənfi enerjisi bir səbəbdən yaranıb - sevgisizlikdən, nəvazişsizlikdən. Başa düşmürdü ki, ilərdir seksiz olması onun bütün orqanizimini, əsəb sistemini, psixikasını tədricən sıradan çıxardıb.

Ona sevgili lazım idi, ona qadın lazım idi, normal kişilərə ehtiyac duyan qadln. O isə normallıqdan çox uzaq idi, o isə normal olmaq istəmirdi, hətta ürəyinin dərinliyində bunu anlamağına baxmayaraq, o normal olmağa pis baxırdı. Onun fikrincə normal olmaq ayıb idi, biabırçılıq idi. Bu onun mentalitet və məhəllə qanunlarına zidd idi. Bəlkə də dəyişmək istəyirdi, bu yazılmamış qaydaları, tayfa rituallarını qırmaq istəyirdi, amma bacarmırdı. Yəqin bacarmaq istəmirdi. Ümumiyyətlə isə çox bacarıqsız idi, özü heç bir şeyi etmək istəmirdi. Bunun üçü onun əvəzinə onun işlərini görən valideyinləri var idi.

 Ona yatağ partnyoru lazım idi, partnyor isə yox idi. 20, 30 manatlıq fahişələrdən savayı ona heç bir qadın yaxınlıq göstərmirdi, çünki yaxınlıq göstərmək istəyənləri də avtomatik olaraq qəhbə adlandıranlardan idi o... onları qınayır, telefon nömrələrini dostlarına paylayırdı. Oğraşlıq edənlərdən idi O.

Ona yatağ partnyoru lazım idi, ona normal seks lazım idi, ona sevişmək lazım idi. Fahişələr isə 25, 30 manatlarını alıb, onu və onun kimiləri sadəcə yola verirdilər.  Fahişələr yalançı "af, uf”larla onun üçün böyük ustalıqla orqazm imitasiyasə edirdilər. Fahişələr isə əsl qadınların göstəridiyi nəvazişi göstərə bilmirdilər. Fahişələrlə qadınların arasında məsafələr çox böyük idi. O fahişələrlə qadınların arasında olan uçurumdan bixəbər idi, çünki bəlkə də onun içi uçurum kimi boş idi. Fahişələr qadınlıqdan uzaq idilər. Ona isə əsl nəvaziş lazım idi, ona incə qadın ruhu lazım idi, amma bunu dərk eləmirdi.

Çox əsəbi idi, qaşqabaqlı idi, bu il 36 yaşı olurdu, o isə hələ də adam balası kimi sevilməmişdi, sevməmişdi, sevişməmişdi . O isə hələ də cəsarətsizliklərin,  mentalitetin qulu idi. O isə hələ də qadının nə olduğunu bilmirdi. O isə hər şey edirdi... təkcə həyatı yaşamaqdan savayı. O isə hələ də…

© Rüzgar Mövsüm
(səs: 5)
Şərhlər: 8
Baxılıb: 4 055
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri