Əkilən an bar verən ağac

Müəllif: Wiyinka
Şərhlər: 13
Baxılıb: 1394
Paylaş:
Səs ver:
(səs: 3)
Harun ər-Rəşid əyin-başını dəyişdirib saray əyanları ilə kəndlərin birindən keçirdi. Öz bağçasında işləyən bir qocanı gördülər. Xəlifə yaxınlaşıb qocaya salam verdi, nə işlə məşğul olduğunu soruşdu.

Qoca cavab verdi: "Xurma ağacları əkirəm”. Harun ər-Rəşid soruşdu: "Əkdiyin fidanlar neçə ildən sonra bar verəcək?”. Qoca: "Inşaallah, on beş ildən, bəlkə də iyirmi ildən sonra”. Xəlifə heyrət içində idi: "Qoca, düşünürsən ki, 15-20 ildən sonra sağ qalacaqsan? Axı, bu ağacların məhsulunu görmək yəqin ki sənə qismət olmayacaq”. Ağsaqqal kişi əhvalını pozmadan söylədi: "Nə olsun ki? Bizdən əvvəlkilər ağac əkdilər, meyvəsini özləri yeyə bilmədilər, biz yedik. Indi də mən əkirəm, qoy meyvəsini bizdən sonrakı nəsillər yesin”.

Qocanın alicənablığından təsirlənən Harun ona bir kisə qızıl bağışladı. Qoca qızılları alıb Allaha dua etdi: "Ilahi, Sənə şükr olsun. Hamı əkdiyi ağacın bəhrəsini neçə ildən sonra görür, mən isə həmin an ağaclarımın faydasını qazandım”.

Xəlifə gördü ki, qoca həm də dindar, şükr edən, gözütox adamdır. Buna görə ona daha bir kisə qızıl verdi. Qoca yenə əllərini səmaya qaldırıb şükr etdi: "Ilahi, Sənə şükr olsun. Hamının ağacı ildə bir dəfə bar verir, mənim ağacım isə dalbadal iki dəfə məhsul gətirdi”.
Harun vəziyyəti belə görəndə əyanlarına qayıtmaq işarəsi verib dedi: "Tez qayıdıb gedək. Bu kişi hər dəfə şükr edəndə mən özümü saxlaya bilməyib ona bir kisə qızıl verəcəyəm. Qorxuram ki, bütün xəzinəmi verib müflis olaram.

loading...
(səs: 3)
Şərhlər: 13
Baxılıb: 1394
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ece uslu
maraqli hekayedi
8 fevral 2015 01:11
13
Offline
lili)
Ibretamiz hekyedi hemde dusundurucu
5 fevral 2015 09:02
12
Offline
Gultekin.A
maraxlidir twkler
5 fevral 2015 03:03
11
AĞ GÜLÜN QARA KÖLGƏSİ VAR
Offline
ismayilova ulker
Mən hekayənin sonunu heç bəyənmədim. Harun xəsis olub mən olsam bütün varımı verərdim qaçmazdım.
5 fevral 2015 03:01
10
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Offline
Baharim ol
sukurelemek Allahin xosuna gelir.pis gunumde bele sukur edirem Allaha
4 fevral 2015 22:37
9
Ama yenede
Offline
emis
maraqli hekayeydi ele bil hardasa oxumusdum bunu
4 fevral 2015 22:37
8
Offline
my_rules12
Maraqliydi,amma axirda harun er residin son sozleri xosuma gelmedi 125
4 fevral 2015 21:02
7
Like mike bos seydi,esas can sagligidi..,duz deyiremse like:)
Offline
leyla_258
ELLERINIZE SALIG,ELA ALINIB...
4 fevral 2015 20:41
6
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
BARBI
Heqiqeten derin menasi var agac ekdi iki qat mehsul aldi
4 fevral 2015 20:28
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Qlamurr
İbrətamiz hekayədi,ən əsasıda düşündürücüdü.....tşk...
4 fevral 2015 20:20
4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
efsane..
maraqli hekayedi
4 fevral 2015 19:56
3
Offline
Tomris Müslümova
ayy nece gozel hekayee
4 fevral 2015 19:14
2

Sən sadəcə mənimsən...!
Offline
Fialka
İbrətamiz hekayədi ancq Harunda xəsislik edib ..
4 fevral 2015 18:34
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv