Həyatının mənası sənin baxışlarında gizlidir (ibrətamiz hekayə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 5 128
Səs ver:
(səs: 5)
Qədim zamanların birində bir kişi Həyatın Mənasının nə olduğu haqqında çox düşünürmüş ...

Tapdığı heç bir cavab ona qane etmir və başqalarına soruşmağı qərara alır. Amma aldığı cavablar yenə də onu qane etmirdi. Lakin "mütləq bir cavabı olmalıdır axı", deyə fikirləşir. Və nəhayət, bütün ölkəni gəzib hər qarşısına çıxana, bunu soruşmağa qərar verir. Kənd, qəsəbə, ölkə dolanır, bu müddətdə zaman da dayanmır təbii ki ..

Tam ümidini itirmişkən bir kənddə danışdığı insanlar ona:
- Bu qarşıdakı dağları görürsənmi, orada yaşlı bir müdrik yaşayır, istəyirsən onun yanına get, bəlkə o sənə axtardığın cavabı verə bilər, - deyirlər.

Çox çətin bir səfərin sonunda kişi müdrikin yaşadığı evə çatır. Qapıdan içəri girir və müdrikə həyatın mənasının nə olduğunu soruşur. Müdrik: "Sənə bunun cavabını söyləyərəm amma, əvvəl bir imtahandan keçməyin lazımdır" - deyir. Kişi şərti qəbul edir. Müdrik bir çay qaşığı verir kişinin əlinə və içinə də zeytun yağı doldurur.

- İndi çıx bayıra və bağçada bir dövrə qaç, təkrar bura gəl deyir ... Ancaq diqqət et, qaşıqdakı zeytun yağı azalmasın, əgər bir damla azalsa itirərsən.
Kişi, gözü çay qaşığında, bağçanı fırlanıb gəlir. Müdrik baxıb: "Bəli" - deyir, "qaşıqda yağ azalmayıb, yaxşı, bəs bağça necə idi?"

Kişi çaşıb qalır:
- Amma mən qaşıqdan başqa bir yerə baxmadım axı ...
- İndi təkrar bağçada qaçarsan, qaşıq yenə əlində olacaq, amma bağçanı araşdırıb gəl, deyir müdrik...
Kişi təkrar bağçaya çıxır, gördüyü gözəlliklərlə ovsunlanır, möhtəşəm bir bağ-baxça görür. Geri gəlir, müdrik adam: "bağça necə idi?" deyə soruşur. Kişi gördüyü gözəlliklər qarşısında ovsunlandığını bildirir. Müdrik gülümsəyir "amma qaşıqda heç yağ qalmaayıb" deyir və əlavə edir:
- "Hayat sənin baxışınla məna qazanar. Ya yalnız bir nöqtəni görərsən, həyatın axıb gedər, sən fərqinə varmazsan. Ya da görə biləcəyin bütün gözəlliklərin tam ortasında həyatı yaşayarsan, axıb gedən zamanın məna qazanar... Həyatının mənası sənin baxışlarında gizlidir" deyir.
Hamınıza mənalı, gözəlliklərlə dolu həyat arzusu ilə...
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 5 128
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri