GETMEK ISTEYIRSEN, BEHANESIZ GET + MP3

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 9 160
Səs ver:
(səs: 1)
alt

alt

Getmək istəyirsən , bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir , baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı.
alt
 

Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək
nə vaxtsa üstündə tutulacaqdır.
alt
 

Demirəm, sən uca bir dağsan, əyil
demirəm, əlacım qalıbdır sənə.
Nə səndə məhəbbət qara pul dəyil,
nə mən dilənçiyəm, əl açım sənə.
alt
 

Döşənim yollar tək ayaqlarına,
sənə yalvarım mən, bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına,
alçalıb yaşamaq ömür – gün deyil.

alt
 

Getmək istəyirsən, o yol, o da sən,
bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi, geriyə dönmək istəsən,
tikanlı yastığa dönəcək yerin.

alt
 

Getmək istəyirsən nə danış, nə din
Yox ol uzaqlartək dumanda, çəndə
Nəyimi sevmişdin dəyə bilmədin
İndisə yüz eyib görürsən məndə


alt


alt
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 9 160
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri