Nəzakətli olmaq

Müəllif: emis
Şərhlər: 5
Baxılıb: 3 935
Səs ver:
(səs: 4)
Axşamüstü dostumla bir qəzet köşkünə getdik.
O bir qəzet aldı və qəzet köşkündəki satıcıya təşəkkür etdi.
Satıcı onu təşəkkürünə heç məhəl də qoymadı.

Oradan uzaqlaşanda:

— Necə də qaraqabaq bir insandır, hə? — deyə soruşdum.

— Ah, o həmişə belədir! — deyə, dostum çiyinlərini çəkdi.

— O zaman niyə ona qarşı bu qədər nəzakətli olmağa davam edirsən? — deyə soruşdum.

Dostum cavab verdi:

— Necə davranacağıma onun qərar verməyinə niyə icazə verim?

Heç kim nəzakətli və xeyirxah olaraq bir şey itirməz, lakin bir çox adam bu risqə getməkdən qorxar.
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 3 935
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri