Qəzavət - Hiyləgər qadının məkri

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 3 673
Səs ver:
(səs: 5)
Fitnə əhli olan bir qadın ənsardan olan təqvalı bir cavana vurulmuşdu. Ancaq nə qədər çalışırdısa onu özünə cəlb edə bilmirdi. Buna görə də ondan intiqam almaq fikrinə düşdü. Toyuq yumurtasını sındırıb onun ağını paltarının iki budlarının arasındakı yerinə sürtdü və o cavanı müttəhim etdi. Onu Ömərin yanına aparıb dedi: – Ey xəlifə! Bu oğlan məni rüsvay etmişdir!

Ömər ənsardan olan cavanı cəzalandırmaq qərarına gəlir, amma o «mən heç vaxt zinaya mürtəkib olmamışam»-deyə and içir, Ömərdən onun işində daha artıq diqqətli olmasını istəyirdi. Təsadüfən Əli (ə.s) da orada idi. Ömər ona dedi: – Ya Əli! Bu barədə sizin nəzəriniz nədir?

Əli (ə.s) qadının paltarındakı ağlığa diqqətlə baxıb məsələnin nə yerdə olduğunu başa düşdü və buyurdu: – «O paltarın üstünə qaynar su tökün.» Suyu tökdükdən sonra o ağlar (bişib) bərkidi. İmam (ə.s) orada olanları başa salmaq üçün bərkimiş yumurtadan bir qədər götürüb ağzına qoydu. Daddıqdan sonra çölə atdı. Sonra qadını məzəmmət etdi. Nəhayət qadın öz günahını e`tiraf etdi və bu yolla da onun hiyləgər məqsədi aşkar oldu. Bununla da ənsardan olan o kişi Ömərin cəzasından xilas oldu.

***

Başqa bir qadın da yumurtanın ağı ilə öz günüsünün yorğan-döşəyini bulaşdırdı və ərinə dedi: – «Başqa bir kişi onunla yaxınlıq etmişdir!»

Hadisəni Ömərə xəbər verdikdə dərhal onu cəzalandırmaq istədi. Əli (ə.s) «Qaynar su gətirin!» - deyə əmr etdi. Su gətirdilər. Əli (ə.s) suyun bir miqdarının o ağ yerin üstünə tökülməsini əmr etdi. Suyu tökdülər. Yumurtanın ağı dərhal (bişib) bərkidi. Həzrəti Əli (ə.s) paltarı qadının yanına atdı və buyurdu: – Bu, siz qadınların hiylələridir. Sizin məkriniz çoxdur! (Sonra onun ərinə buyurdu:) Arvadını saxla. Çünki bu iş sənin o biri arvadının vurduğu töhmətdir. Sonra buyurdu ki, töhmət vuran qadına «iftira həddi» vursunlar.
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 3 673
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri