Alimlə qayıqçının söhbəti

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 2 977
Səs ver:
(səs: 2)
Bir alim öz istirahət günlərini dəniz kənarında keçirirdi. Günlərin bir günü dənizdə gəzmək üçün bir qayığı kirayə götürdü. Gəzinti zamanı qayıqçıdan soruşdu:

– Dostum, sənin fizikadan başın çıxır?

Qayıqçı cavab verdi: – Xeyr cənab, başım çıxmır.

Alim dedi: – Necə də bədbəxt adamsan, fizikanı bilməyən hər kəs ömrünün üçdə birini bada verib.

Bir qədər gəzdikdən sonra alim yenə qayıqçıdan soruşdu: – Qardaş, yaxşı bəs astronomiya elmindən necə, bir şey bilirsən?

Qayıqçı: Yox, ondan da heç nə bilmirəm.

Alim: Ah qardaşım, sən həqiqətən də bədbəxt insansan, çünki astronomiya elmini bilməyən insan ömrünün üçdə ikisini yelə veribdir.

Elə bu zaman güclü külək əsib qayığı çevirdi. Bu dəfə qayıqçı alimdən soruşdu: – Cənab, siz üzə bilirsiniz?

Alim cavab verdi: – Yox, təəssüflər olsun ki, üzə bilmirəm.

Qayıqçı: – Elə isə məndən möhkəm yapış, yoxsa ömrünün üçdə üçü də yelə gedəcək!

Nəticə: Sahib olduğunuz heç nə Sizi lovğalandırmasın! Bəzən elə şəxslərin işi elə şəxslərin vasitəsilə yoluna qoyulur ki, onlar cəmiyyətin ən sadə nümayəndələri kimi tanınmışdır. Sadəlik və təvazökarlıq ən ali gözəllikdir!
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 2 977
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri