Uşaqlığın tanrısı

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 2 053
Səs ver:
(səs: 3)
Qapının səsi otaqda vahiməni daha da artırırdı...Bayırda soyuq külək vıyıltısı
Və tənhalığın müthiş ehtirası gəlirdi bir kiçik fonda zərif melodiya...və külqabısı dolu Siqaret...bu gün hər şeyi silib düşünürdü...Dəyərli nə var??
Bakının günəşi otağa işıq verib Qocanın ruhuna toxunurdu qocanın ağlında bir şey var idi Dəyərli nə var ki??Dost pul ailə??
Səmimi qəlblər həmişə daha həssas olur və daha çox çəkilir dar ağacına...Qəddar olmaq üçün nə lazım idi ki??Bəlkə biz gedəcəyik və illər sonra qayıdanda.......nə isə bilmirəm...
Qoca ətrafına baxıb bir şeyi düşünürdü mən güclüyəm yoxsa zəif..?Dəyərli birimi bunu edər yoxsa nəyi ??bilmirəm yenə növbəti siqareti söndürüb külqabida əzdi ..və deyinə deyinə səndə axirda Bir toz dənəciyi olacaqsAN Napaleon...
Piano arxasinda...Lunnaya sonra rekviem çalinir və qocanın düşüncələri birə beş artırdı mən kiməm lənətlənmiş ya müqəddəs insan??
Tanri varmı cənnət cəhənnəm alın yazisi altinda olan uydurmamı yoxsa???bizim iradəmiz varmı??yoxsa biz sadəcə bir oyunca ...76 yaşlı bir oyuncağammı mən.....Bilmirəm...Həyata uzaqdan baxanda necə sakit axarla keçdiyini cavanlıqda heçnə edə bilmədiyini və sonda bir dahimi yoxsa bir cahilmi qocamı yoxsa oyuncaqmı anlamırsan...Qocalar niyə ağlayır????
Kitab rəflərində olan toz basmış kitablar biz bunu oxuduq hə qoca??bir işə yaradımı heç olmasa yoxsa sadəcə oxumaq yaxşıdır deyib oxuduq...bilmədim ki qoca
......bir psixoloq var idi...qocaya qarşı marağı olan ...və qocanı anlayan bir iki insanda biri...ən əsası çox danışmazdı həkim...Vaxt keçdikcə qocanı daha yaxşı anlayırdı...bir sual qalmışdı həkimin beynində...Qoca hər dəfə soruşurdu..

---Həkim xoşbəxtsənmi??

Həkim əvvəllər bu sualı eşidəndə gözlərini qaçırardı....nə yalandan yaxşıyam,xəşbəxtəm demək istiyərdi...nə də bunu üzə çıxarmaq...Ama indi başqaydı...baxışlarındakı qətiyyət,gülüşündəki təbiilik,düşüncələrindəki pozitivlik....onun bütün jest,mimika – bədən dili xoşbəxtliyinə işarə idi...təkcə bir şey vardı : gözlədiyi...Gözləməkdən heç usanmadığı...qocanın bilmədiyi....Gözləri hər uzağa daldıqca bir şeyləri...birini gətirirdi sanki...

----- Qoca..nolub yenə gözlərin divara zillənib....yenə nə düşünürsən?

Bilirsən ...həkim...bizdən başqa varliqlarda var...mən ona inanıram hərdən elə olur ki məsələn birir dostunu düşünür...və həmin anda dostu ona zəng edir və yaxudda qapini döyür..qəbul olunmayan qanunlar daha çox güclüdü...Dünya sadə deyil həkim ..sadə olsaydi Onu Tanri idarə etməzdi....onlar nə mələkdi nə şeytan bilmirəm ..ama bilirəm ki var...

---- Bu yaşa qədər çox şey görmüsən...çox şeyin şahidi olmusan...hərə sevgini bir cür təsvir edir...səncə sevginin mayası nədi?....bağlılıq,ehtiras yoxsa hörmət....ilk yoxsa son olmaq önəmlidi sevgidə?...səndə iz qoyan hansıdı?

Yox elədə çox görməmişəm..hələ görmədiklərim dəfələrlə çoxdu..bu sevgi çox qəribə bir şeydi...mən inanmıram ki cənnət və yaxudda cəhhənnəm var bir qizin zorlanması elə qiz üçün ən böyük cəhənnəmdi...və yaxudda bir qadının ana olmağı elə cənnətdi...və həmin uşağın meyidin görmək ana üçün ən böyük cəhənnəmdə...yəni insanın daxilində olan yanğı daha güclüdü...Sevgidə elədi..mənim üçün sevgi yox həsrət yadda qalib ..çünki həsrət daha çox yandirir adamı...ona çata bilməmək var...Sevib xoşbəxt olanlar çox azdı ...birini nə qədə çox sevirsən sə deməli sən sevilmirsən..əlbəttə ehtirasda olmalidi....ehtiras daha uzun vı güclüdü sevgidən...sevgidən ehtiras doğar...ehtirasin nəticəsində dünya əhalisi....

---- 21-ci əsrin gəncləri...darbalaq şalvar,yalın ayağa makasin...dəbə ayaq uyduran "kişilər”....soyunmağı avropalaşma sanan qızlar....siz qocaların diliylə desək "zəmanə uşaqları”na baxış mövqeyin...bunun sonu hara gedir...

Bunun sonun özləri bilir)))döyüşün ortasında Koroğlu ozanı götürüb mahnı oxuyursa...yəqin indinin koroğlularıda..sərhəd bölgəsində müharibə gedə gedə selfie zad çəkdirir...dəyişən bir şey yoxdur....sadəcə texnologiya inkişaf edir....Yəni bu nə Da Vinçinin günahidi , nədəki Lev Tolstoyun...Təkəbbür yixdi evimizi..

---- ....yaşın üstə yaş gəldikcə...İllərin tozu üzərinə hopduqca...səndən bir şeylər azalır ya...?qorxudurmu səni qocalıq?...İndiyə kimi yaşım artdıqca sevinərdim...axı "böyüyürdüm”...böyümək yaşla deyil...yaşadıqların nə qədər ağırlaşarsa o qədər böyüyərsən...mən 5 il öncədən böyümüş imişəm....sonrası yalnız rəqəmlər dəyişirdi... yaş 20...və mən nəinki böyümək...yaşlandığımı düşünürəm...20dən sonrası 30a doğru çox sürətlə irəliləyir...dayanmadan...əsas bu illərdi məncə....bu müddətdə həyatın üçün,özün və gələcəyin üçün bir şey etdin etdin...yoxsa burax getsin...bu həyat sənin deyil....

Yoo bir uşaq gəzməyə başlayanda əvvəlcə iməkləyir..sonra yıxılır birinci yıxılmada ağlayır sonrakılada artıq Gülür))Yəni vecinə olmur...və yaxudda əlinin bir barmağı qanayır sona üstün qabıq bağlayır ama həmin hissə o birilərə nisbətən daha bərk olur..həyatin mənası budu..İnsanoğlu lənətlənmişdi....biz mələk deyilik nəinki şeytan..

---- bir gün öz həyatını yazıya töksən...bir kitab yazsan...adı nə olardı?...həyatını qısaca necə ifadə edərdin...

Bir kitab yazsaydım adın Uşaqlığın Tanısı...qoyardım..çünki uşaq olanda çox sevirdim çox...ancaq böyüdük...və Tanri əlini üzür bizdən get gedə..və sonda heç vecinədə olmur kim bizə lazimdi ya yox...verdiyini tez alır...Biz ki Tanrini çox sevmişdik...heç belə bir şey yazardım...Bir yaz günündə ağladım və doğuldum...bir qış günüdə öldüm və ağlatdim...300 il sonra bir toz olub tapdaq altda qaldim...bax budu insan həyatı hər şey dəyərsizdi....heç nəyin dəyəri yoxdu

---- Tanrıya qarşı üsyanlar....hərçəndki Rəbbim üsyan edənləri sevmir...çünki insan varlığı hər arzuolunmaz şəraitdə günahı özündə,ətrafında axtarmaz...

Bizim yaradılmağımız özü belə bir günahdı...bu dünyada nə təbiidirsə o günahdı...Biz doğulanda Zaradan pencəklə doğulmadıq...çılpaq göndərdi Tanrı bizi...ama burda brend üzərində qırğin düşdü...mən çox axtarıram hərdən bu kiçik beynimlə ki Bəs Tanrı hara baxır...çox dərinə getdikcə...hiss edirəm ki heçnə düzgün deyil..Bəlkədə düzgündü mən artislik edirəm...Bilmirəm...ancaq nə var nə yoxdusa da ..HƏTTA DÜŞÜNÜRƏM Kİ BU TANRI BU DÜNYANI UNUDUB ...BƏLKƏDƏ PEŞMAN OLDU Tanrı bizi yaratmağımıza bəlkədə bu boş boğazlıqdan başqa bir şeyil yəni bilmirəm qərarsızam..
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 2 053
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri