Duzlu qəhvə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 900
Səs ver:
(səs: 7)
Qıza bir əyləncədə rastlamışdı, gözəl biri idi. O gün onunla tanış olmaq istəyın cox dəliqanlı var idi .Əyləncənin sonunda qızı qəhvə içməyə dəvət etdi. Qız əyiəncə boyu diqqətini çəkməyən oğlanın dəvətinə təəccübləndi, amma hörmətlə yanaşdı və qəbul etdi. Yaxınlıqdakı şirin kafedə oturdular.Oğlan elə həyəcanlıydıki ürəyinin döyüntüsündən danışa bilmirdi. Onun bu halı qızı da narahat etdi" Mən artıq gedim "deməyə hazırlaşırdıki oğlan birdən ofsiantı çağırdı. Mənə biraz duz gətirə bilərsiz? qəhvəmə tökmək üçün: ətrafındakılar oğlana təəccüblə baxdılar qəhvəyə duz! oğlan qızardı utancından amma duzu qəhvəyə tökdü və içməyə başladı.Qız maraqla "qəribə ağız dadınız var" dedi. Oğlan danışmağa başladı... Uşaqikən dəniz kənarında yaşayırdiq. Həmişə dəniz kənarı və dənizdə oynayırdım,dənizin duzlu suyunun dadı hec ağzımdan əsgilmədi bu dadla böyüdüm mən bu dadı çox sevirəm, qəhvəmə duz tökməyimdə buna görədi, nə vaxt o duzlu dadı dilimdə hiss etsəm uşaqlığımı dəniz kənarındakı evimizi və xoşbext ailəmi xatırlayıram. Anamla atam hələ o dəniz kənarında yaşıyrlar.Onlar və evimiz üçün cox darıxıram, bunları danşdıqca gözləri dolmuşdu oğlanın....Qız eşitdiklərindən çox təsirlənmişdi, içini bu qədər səmimi anladan biri, ailəsi üçün bu qədər darıxan adam, evini ailəsini sevən biri olmalıydı...Qızda danışmağa başladı. Onunda evi uzaqdaydi.Uşaqlığı kimi.O da ailəsi haqqında danışdı.Çox şirin bir söhbət olmuşdu, və bu söhbət öykümüzün gözəl bir başanğıcı olmuşdu təbii.Görüşməyə davam edirlər və hər gözəl öyküdə olduğu kimi bunlar evlənir. Çox xoşbəxt yaşayırlar qız nə vaxt qəhvə hazırlasa içinə bir qaşıq duz tökdü, həyatı boyu...Çünki onun qəhvəyi belə sevdiyini bilirdi.Onlar 40 il birlikdə yaşadılar.Bir gün kişi dünyasını dəyişir."Ölümümdən sonra aç" deyə bir məktub qoymuşdu sevdiyi həyat yoldaşına. Belə yazırdı setirlərində....Sevgilim birdənəm məni bağışla bütün həyatımızı bir yalan üzərinə qurduğum üçün məni bağışla.sənə həyatımda bir tək yalan danışdım.Duzlu qəhvədə... ilk tanış olduğumuz gün yadındadı elə həyəcanlı gərgin idim ki şəkər, deyəcykən duz çıxdı ağzımdan. Sən və hərkəs mənə baxarkən dəyişməyə o qədər utandımki, yalanla davam etdim. Bu yalan bizim gorüşməymizin təməli olacağı hec ağlıma gəlməmişdi.Sənə həqiqəti anlatmağı dəfələrlə düşündüm, amma hər dəfəsində qorxdum deyə bilmədim.İndi ölürəm, qorxmağa hec bir səbəb yoxdu, həqiqəti deyim. Mən duzlu qəhvə sevmirdim! o qəribə və rəzil bir dad: Amma səni tanıdığım andan bəri rəzil qəhvəyi içdim həmdə zərrə peşimanlıq hiss etmədən. Səninlə olmaq həyatımın ən böyük xoşbəxtliyi idi, və mən bu xoşbəxtliyimi bu duzlu qəhvəyə borcluydum.Dünyaya bir daha gəlsəm, hər şeyi yenidən yaşamaq, səni yenidən tanımaq və bütün həyatımı yenidən səninlə kecirmək istəyərəm, ikinci bir həyat boyu, daha duzlu qəhvə içmək məcburiyyətində qalsamda... Yaşlı qadının göz yaşları məktubu islatmışdı... Sözü açıldığında bir gün biri qadına duzlu qəhvə necə olur? deyə soruşur... Qadının gözləri dolur ve çox dadlı...! deyir
(səs: 7)
Şərhlər: 9
Baxılıb: 3 900
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri