Mənim darıxdığım günlər var

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 601
Səs ver:
(səs: 6)
...geriyə baxanda çox gözəl başa düşürəm ki,içimdəki boşluğun səbəbi nədir..

mənim darıxdığım günlər var..
Mənim darıxdığım günlər var
o günlər ki,mən səhərdən axşama qədər həyətdə oyun oynamaqdan halsız düşürdüm və o qədər yorğun olurdum ki,evə gəlib nə vaxt necə yatdığımı xatırlamırdım..

mən o günlər üçün darıxıram ki,bayramlarda əlimdə torba tutub qapılara papaq atdıqdan sonra bayram paylarımı o torbaya doldurmaqdan utanmırdım..xəstə olduğum zamanlar çöldə oynayan uşaqların səsi məni necə dəli edirdi..tək dərdim bu olurdu..bir an əvvəl sağalıb çölə qaçmaq..

və sağalıb yenidən oyun oynamağa çıxdığım günlər hiss etdiyim o xoşbəxtliyi indi heç bir yerdə tapa bilmirəm..səhərlər tez oyanmağa can atırdım mən həmin illərdə..günüm o qədər maraqlı keçirdi ki,yemək yeməyi xatırlamırdım..hər fəslin öz gözəlliyi olurdu..indiki kimi qar yağanda statuslar yazmırdıq biz..baxmayaraq ki,uşaq idik..amma hər şeyin dadını çıxarmağı bacarırdıq biz..o qədər qartopu oynayırdıq ki əlcək geyindiyim əllərimi soyuqdan hiss etmirdim..sonra evə gəlib isti peçin qırağında isinirdim..soyuq günlərdə həmin peçin üstünə tüpürüb tüpürcəyin peçin üzərində necə tərpəndiyinə baxıb sevinirdim :)) yayın da öz ləzzəti var idi..səhər səhər quşların səsi,qonşuların bir birini çağırması..

indi təbiət də passivləşib elə bil..nə bilim..
Mənim darıxdığım günlər var
indi əlində mobil telefonla axşama qədər oyun oynayan balacaları görəndə əslində nə qədər zəngin uşaqlıq illərinə sahib olduğumu dərk edirəm..və bu məni daha çox məyus edir..
(səs: 6)
Şərhlər: 10
Baxılıb: 3 601
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri