Üç Sual - Sokrat

Müəllif: my_angel
Şərhlər: 16
Baxılıb: 1780
Paylaş:
Səs ver:
(səs: 6)
Deyirlər ki, bir gün bir nəfər məşhur filosof Sokratın yanına gəlib deyir: "Sənin dost saydığın filankəsin haqqında bəzi şeylər eşitmişəm. İstəyirəm bunları sənə xəbər verim ki, dostunu yaxşı tanıyasan”.

Sokrat onun xahişinə münasibət bildirməzdən qabaq deyir: "Tələsmə, eşitdiklərini mənə danışmağa vaxtın olacaq. Amma istəyirəm bundan əvvəl sənə üç sual verib cavabını öyrənim. Əgər məsləhət olsa, dostum haqqında bildiklərini mənə deyərsən”.

Həmin adam razılaşıb Sokratın suallarını gözləyir. Sokrat birinci sualı verir: "Mənə deyəcəyin məsələnin düzgün olduğunu yəqin bilirsənmi? Bunu öz gözlərinlə görmüsən, yoxsa başqasından eşitmisən?” Adam cavab verir: "Düzünə qalsa, tam doğru olmasına yəqinliyim yoxdur. Bir nəfər bunları mənə danışıb”.

Sokrat deyir: "Yaxşı. Deməli, deyəcəyin sözün tam doğru olduğunu bilmirsən, böyük ehtimalla yalan və iftira da ola bilər. Onda ikinci sualıma cavab ver. Sən dostumun yaxşı bir cəhəti haqqında mənə danışmaq istəyirsən, yoxsa onun pis bir hərəkətini ya sözünü xəbər verməyə gəlmisən?” Adam cavab verir: "Əslində onun çox pis və yaraşmayan bəzi hərəkətlərindən səni xəbərdar etmək niyyətindəyəm. İstəyirəm biləsən ki, özünə dost saydığın şəxs necə pis adamdır”. Sokrat nəticə çıxarır: "Deməli, sən mənə o adamın haqqında pis bir fikir söyləmək istəyirsən, amma bunun doğru olduğuna özün də inanmırsan. Elə isə, son sualıma cavab ver. Görək, həqiqətən, eşitdiklərini söyləməyə ehtiyac varmı? De görüm, deyəcəyin sözün mənə bir xeyri dəyəcəkmi? Bu söz məni sevindirəcəkmi və ya mənə faydalı olacaqmı?” Adam cavab verir: "İnanmıram bu sözdən sevinəsən ya sənə bunun bir faydası olsun. Dostunun pisliyi haqqında deyilən sözə necə sevinə bilərsən?”

Sokrat verdiyi sualların cavabına yekun vuraraq deyir: "Əgər deyəcəyin söz doğru deyilsə, yaxşı bir söz deyilsə və mənə faydası dəyəcək bir söz deyilsə, bunu niyə mənə danışasan ki? Məntiqlə düşünsək, ağıllı adam vaxtını bu cür söhbətə qulaq asmağa sərf etməz. Mən bu söhbəti eşitmək istəmirəm”. Sokrat bunu deyib söhbəti bağlayır.
Böyük filosofun bu hərəkəti bizlərə gözəl bir ibrət ola bilər. Əgər ürək bulandıran, qara yaxan söhbətlərə qulaq asmazdan əvvəl bu sualı verib cavabıni araşdırsaq, bəlkə də o söhbətlərin əksəriyyətini eşitməyə ehtiyac qalmadığı bizə aydın olar. Bu halda həm vaxtımızı mənasız işlərə sərf etmərik, həm qeybətə qulaq asmaq günahından qurtularıq, həm də bir çox dostlarımızın haqqında əbəs yerə bədgüman olub onları itirmərik.

loading...
(səs: 6)
Şərhlər: 16
Baxılıb: 1780
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
tek umidim sen
Cox nmaraqliydi,tsk
6 aprel 2015 18:50
16
Ne mutlu TÜRK'üm diyene!...
Offline
Mrs.A
Maraqlıdı təşəkkürlər
29 mart 2015 17:44
15
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
Aydan Habili
Sitat: emis
Filosof cox duzgun deyib ki, gozumuz gormediyi seye qulagimiz esitmdiyi seye inanmayaq eyer o deyeceyin sozunde mene bir xeyri olmayacaqsa neye deyirsen ki mene ne yaziqki indi butun dunyani bu hal goturub camaat bilmir nagarsin ne danissin artiq

Raziyam
26 mart 2015 00:28
14
Offline
emis
Filosof cox duzgun deyib ki, gozumuz gormediyi seye qulagimiz esitmdiyi seye inanmayaq eyer o deyeceyin sozunde mene bir xeyri olmayacaqsa neye deyirsen ki mene ne yaziqki indi butun dunyani bu hal goturub camaat bilmir nagarsin ne danissin artiq
26 mart 2015 00:13
13
Offline
gulka azeri
elbette menimde inanib guvendiyim cox yaxwi tanidigim 1dosstum haqqda kimse pis nese dese ona inanmaram
26 mart 2015 00:11
12
Offline
lelos
tamamile doqrudu
25 mart 2015 23:19
11
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
Şəbnəm Vüsal
düzdü vAllah.gərək düşünək indən sora....
25 mart 2015 23:17
10
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Offline
aliceWOnDer
hmm məntik var ee
25 mart 2015 23:09
9
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
vipbetul
gozel cavabdi
25 mart 2015 23:08
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
my_angel
Sokrat verdiyi sualların cavabına yekun vuraraq deyir: "Əgər deyəcəyin söz doğru deyilsə, yaxşı bir söz deyilsə və mənə faydası dəyəcək bir söz deyilsə, bunu niyə mənə danışasan ki? Məntiqlə düşünsək, ağıllı adam vaxtını bu cür söhbətə qulaq asmağa sərf etməz. Mən bu söhbəti eşitmək istəmirəm”.
Bu cümlədən,ümumilikdə bu hekayədən ibrət almağa çalışsaq,həyatda xoşbəxtliyimizin bir hissəsini qazanmış olarıq.
25 mart 2015 21:24
7
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
Catwoman666
bu cox gozel sual cavabdir. esl ibretlikdir. bundn sonra men de bele edecem. halladi sokrat dahi filosof! bir filosofa da ancaq bele hereket yarasar!sokrat kimi eetmeliyik biz de. bele ser yaxan insanlara quaq asmaqla vaxtimizi serd eetmeyek
25 mart 2015 21:12
6
Viking
Offline
angel H-va
Cox beyendim tewekkurler
25 mart 2015 20:05
5
Offline
SEVGI DENIZIM
sozu uze demek lazimdir
25 mart 2015 19:32
4
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Offline
BARBI
Mende hec vaxt gozumle gormediyim qulagimla esitmediyim hec bir hadiseni danismaram hem gunahdir hem de xasiyyetime uygun deyil ancaq qorxaqlarin isidir arxanca danismaq
25 mart 2015 18:46
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fialka
Çox ibrətamiz fikirlərdi, kimisə kənardan mühakimə etmək çox asandı ancaq ağıllı insan bunun kökünə gedib işin nə yerdə olduğunu bilib əmin şəkildə addım atmalıdır belə qeyd olunduğu kimi nə vaxtı boşa getməz nə kiminsə qəlbini haqsız yerə qırmaz , ən əsası isə günaha batmaz.
25 mart 2015 18:39
2
Offline
Qlamurr
Filosofdan da məhz bu hərəkəti gözləmək olardı, həqiqətəndə kiminsə haqqında danışanda,qeyət edəndə mənbəyi öyrənmədən,gözümüz görmədən ediriksə,bu sui zənndi, böhtandı,günahı daha ağırdı,həm kiminsə haqqında danışıb boş vaxt itirməkdənsə,öz işinlə məşğul olmaq ən gözəldi.
25 mart 2015 18:38
1
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv