Bir payız günü...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 831
Səs ver:
(səs: 6)
Payızın ortaları idi. Ağaclar sarı, qırmızı paltar geymişdi. Hava hələ də elə soyumamışdı. Günəş öz istiliyini yerdən hələ tam üzməmişdi. Amma bu sarıya bürünmüş payız günü kimi üçün adi bir gün kimi üçün isə bitib tükənməyəcək qədər uzun görünürdü.
Yaxınlıqda görünən şadlıq evinin qabağında maşınlar dayanmışdı. Qapının ağzında dayanan adamlar ev yiyəsinə bənzəyirdilər, yəni məclisin sahibi idilər. Gələnləri gülərüzlə qarşılayıb, içəri dəvət edirdilər. Gələnlər də hərə öz yerinə keçib məclisi seyr edir, aram-aram söhbət edirdilər. Məclis böyük toy deyildi. Kiçik toy idi, sünnət mərasimi idi. Şadlıq evi olduqca gözəl bəzədilmişdi. Süfrəyə müxtəlif dadlı yeməklər, şirələr qoyulmuşdu. Gözəl Azərbaycan mahnıları çalınır, kimi rəqs edir, kimi də həzin musiqiyə qulaq asır, kimlərsə də yeyib içməklərində idilər. Bu məclisdə dünyanın gərdişindən xəbəri olmayan körpələr də vardı. Onlar da böyük adamlar kimi sakitcə oturub məclisi seyr edirdilər. Lakin bu uşaqların arasında iki körpə var idi ki, onlar bir başqa idilər. Onlar atılmışlar idi. Doğmaca anaları tərəfindən atılmış iki məsum, şirin bala. Oğlanın iki, qızın bir yaşı vardı. Təəccüblüdür, deyilmi? Yoxsa həyatımızda o qədər belə şeylər baş verib ki, artıq adi bir hal kimi gəlir sizə? Yox, inanmıram ki, belə bir hal bizim üçün adi gəlsin. Nə qədər belə hallara tez-tez rast gəlinsə də, mənə elə gəlir ki, bu adi görünməz heç kəsə. Bu kiminsə həyatının ağır zərbəsi, kiminsə həyatının tamamən yenidən yazılması deməkdir. Özü də hansı üzünə, onu bir Allah bilir.
Onlar ata, nənə, baba, bibi qucağnda idilər. Əzizlənirdilər, sevilirdilər. Lakin bu sevgidolu həyatlarında gözlərində qəribə bir nigarançılq var idi. Bu iki məsum körpə gözləri kimi isə axtarırdı. Onlar "anasını” axtarırdılar. Əgər ona "ana” demək mümkündürsə. Onlar dünyadan heç nə istəmirdilər, yalnız ana sevgiləri çatışmırdı. O sevgi ki, onları da hər şeydən əmin-arxayın edərdi, qayğısız edərdi. Onları doğmaca anaları bu sevgidən məhrum etmişdi.
Körpəcə qız balaca əllərini qabağa uzatmışdı. Kimi isə istəyirdi, ona can atırdı. Bu, onun atası idi. Qara qalın qaşlarının altından baxan qonur gözlərində nə yox idi ki bu atanın?! Hüzn, kədər, iztirab, həsrət. Lakin o öz kədərini yalançı bir təbbəssümün arxasında gizlətmişdi. Balalarına təbəssümlə baxırdı. Onlara qayğıyla, sevgiylə yanaşırdı. Onlardan kədərini, qəmini gizlədirdi. Sınmış qürurunu gizlədirdi. Məclis əhli bu məsələdən hali idi. Ona görə də hamı bu mənzərəni ürək ağrısı ilə seyr edirdi.İki ay öncə bu körpələrin anasının qəlbinə bir şeytan girmişdi. Onu yolundan, evindən, etmək istəyirdi. Balalarından ayırmaq istəyirdi. İnternet vasitəsilə tanış olmuşdular. Qəlbi şeytan yuvasına dönmüş qadın balalarından, bu körpə fidanlardan üz döndərdi. Şeytanın göstərdiy yol ona doğru gəldi. İsti yuvası, həyat yoldaşının qazandığı halal çörəyi, qayınata-qayınanasının qayğısı onun gözündən düşdü bir anda. Evli bir kişiyə qoşulub qaçdı evdən. Gələcəyini, övladlarının gələcəyini, ondan sonra alovlara bürünəcək o ürəyi düşünmədən çıxıb getdi...
Gənc ata, analarının qucağında qayğısız oturan körpələrə, rəqs meydançasında rəqs edən çütlüklərə baxıb köks ötürürdü. Beynində səslənən "niyə?” kəlməsi susmaq bilmirdi. Onun varlığını, beynini bir gəmirici heyvan kimi gəmirirdi .
O, musiqiçilərə bir mahnı sifariş verdi. Mügənni oxuyurdu:

Dərdini çəkdim yaman, nazını çəkmək çətin,
Sənsiz necə olacaq sonu bu məhəbbətin?
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 3 831
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri