Sevgidə bəxti gətirməyən filosoflar (1)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 936
Səs ver:
(səs: 3)
Çox az adam filosoflar qədər məhəbbət iztirabı çəkib. İstedadlarına nə qədər aşiq olsaq da, tarix ağıllı insanların məhəbbət iztirabları ilə doludur.

Şəxsi düşüncələrinə hörmətlə yanaşdığımız, dühalarına heyran olduğumuz, amma romantik, duyğusal seçimlərindən tamamilə uzaq durmalı olduğumuz şəxslərdən bəhs edən Androu Şafferin "Məhəbbətdə bəxti gətirməyən filosoflar” kitabında Sokratdan Nitsşeyə qədər böyük şəxsiyyətlərin romantik həyatları özünə yer alıb. Kitabdan seçmə nümunələr:

İmmanuel  Kant — Alman əsilli filosof İmmanuel Kant müasiri olan Fridrix Riçarda görə, həm bədən, həm də zehin nöqteyi-nəzərindən "tozdan belə daha quru adam” idi. Kant hər gününü müəyyən bir təqvimə görə yaşayıb. O qədər planlaşdırılmış idi ki, onun qonşuları belə saatlarını, vaxtını necə keçirməsini, axşam gəzintilərini dəqiqliyi ilə əzbər bilirdi. Kantın gəzinti saatlarına görə ətrafında yaşayan insanlar günün hansı vaxtı olduğunu asanlıqla müəyyən edə bilirdi. Kant evlilik öncəsi yaşanan cinsi əlaqəni əxlaqsızlıq kimi dəyərləndirir və buna birmənalı şəkildə qarşı çıxırdı. Əslində, onun fikrincə, çoxalmaq, nəsli artırmaq məqsədi güdməyən hər bir cinsi münasibət əxlaqsızlıq hesab olunmalı idi. Həm də, cinsi arzu və istəklər yanlış hesab olunurdu, çünki o insanı heyvanlara daha çox yaxınlaşdırırdı. Bu istəklər əldə olunana qədər insanı alovlandırır, əldə olunduqdan sonra isə adiləşirdi.

Kant evlilik öncəsi olan cinsi münasibətləri cinsi köləlik kimi qiymətləndirirdi.

Dahi filosof evliliyi "digərinin cinsi yaşamı boyu mülkiyyətinə haqq” kimi dəyərləndirirdi. Həyatı boyunca Kanta qarşı iki qadında maraq mövcud idi. Ancaq Kant ikisi ilə də maraqlanmadı. Bundan sonrakı illərdə yoxsulluğunu evlənmək istəyinə ən böyük bəhanə kimi göstərmiş və belə izahat vermişdi: "Bir həyat yoldaşına ehtiyac duyduğum zamanlarda heç vaxt onu saxlayacaq qədər pulum olmayıb”. İşin mahiyyəti isə bunda deyildi. Məsələ burasında idi ki, Kant özü üçün müəyyən etdiyi  "cədvəl həyatı”na mane ola biləcək heç nəyi özünə yaxın buraxmaq istəmirdi.

Aristotel — "Məhəbbət nə qədər güclü olduğunu ağıllını axmaq, axmağı isə ağıllı edərək göstərir”. Aristotel qadınlara olan münasibəti ilə müasirlərindən müəyyən qədər fərqlənir. Öz əsərlərində dahi filosof qadınları "əhliləşdirilmiş heyvandan bir pillə yuxarı olan canlılar” kimi dəyərləndirir. Qadınlara olan nifrəti səbəbilə o, uzun illər müzakirə obyektinə  çevrilib.

Yunan əsilli filosof qadınların təbiətcə heyvanlardan nisbətən bir pillə daha yaxşı vəziyyətdə və ağıllı olduqlarını iddia edirdi.

Aristotel 37 yaşı olanda öz müəllimi Hermesin ögey qızı olan Pitasla evlənir. Aristotelin müəyyən qədər romantik izah verdiyi bu evlilik onun fikrincə, ideal bir evlilik idi. Çünki "ideal evliliklərdə yaş fərqi ən az bizimki kimi olmalıdır” – deyirdi. Tarixi faktlar Aristotelin öz xanımı ilə xoşbəxt bir ailə həyatı yaşadığını göstərir. Pitas cavan yaşda vəfat etdikdən sonra isə Aristotel qızlarını tək böyütməli olur. Bundan sonra o, ikinci bir evliliyə imza atır. İkinci xanımı ilə aralarında mövcud olan münasibətlər haqda faktlara rast gəlinməsə də, onların o qədər də xoşbəxt olmadığı güman edilir.

Aristotel ölümündən sonra birinci xanımının yanında dəfn olunmağı vəsiyyət edir. Buna baxmayaraq, mütəfəkkir həyatının sonuna qədər qadınlara ev heyvanı olaraq yanaşmış və heç nə onun bu münasibətini dəyişdirməyə müvəffəq olmamışdı. Aristotel ölümündən öncə, yazdığı vəsiyyətində birinci xanımının yanında dəfn olunmaq istəyini dilə gətirməkdən başqa, həm də ikinci xanımı haqda yazmışdı: "Mənim ölümümdən sonra, yenidən ailə həyatı qurmaq istəsə, onu dəyərsiz biri ilə evləndirin”.

Ardı var...
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 3 936
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri