Sevgidə bəxti gətirməyən filosoflar (2)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 672
Səs ver:
(səs: 4)
Alber Kamü — Fransız yazıçı Alber Kamü 1934-cü ildə Simonayla ailə həyatı qurur. Simona narkotik aludəçisi idi. Kamünün bu xanımla olan evliliyi arvadının narkotik maddə əldə etmək məqsədilə bir həkimlə cinsi əlaqəyə girdiyini öyrənəndə sonlandırıldı.

O, boşandıqdan üç ay sonra riyaziyyatçı Faure ilə ailə həyatı qurur. Faure ilə Kamü çox sərbəst evlilik həyatı yaşayırlar: onlar bir-birinin həyatına və seçimlərinə qarışmırlar. Çap olunan məktublar Kamünün xanımına o qədər də önəm vermədiyini, ondan başqa çoxsaylı xanımlarla münasibətdə olduğunu aşkara çıxarır.

Kamünün bioqrafiyasını yazan Oliver Todd yazıçının evlilik zamanı yaşadığı münasibətlər haqda belə deyir: "Alber Kamünün məhəbbət münasibətləri ilə bağlı kitab yazmamışam, çünki elə bir kitab yazmaq üçün mənə səhifələr kifayət etməzdi”.

Kamü 1960-cı ildə, 46 yaşında avtomobil qəzası nəticəsində vəfat edənə qədər ikinci xanımı ilə evli qaldı.

Sokrat — "Nə olursa, olsun evlənin! Yaxşı bir arvadınız olsa, xoşbəxt olarsınız, pis bir arvadınız olsa, filosof!”. Sokrat həyatının böyük hissəsinin subay keçirsə də, nəhayət, əlli-altmış yaşlarında ailə həyatı qurmağa müvəffəq olmuşdu. Antik Yunanıstanda qadınlardan gözlənilən itaətkar arvad obrazının əvəzinə, Sokratın xanımı olduqca dilli, kobud və "çoxbilmiş” olur. O, tez-tez öz həyat yoldaşını insanların arasında təhqir edir və alçaldır.

Bir əfsanəyə görə, Sokratın xanımı camaat içində əriylə etdiyi mübahisənin ortasında ərinin başından aşağı bir vedrə su tökür. Sokrat vedrədən axan çirkli suyu başında hiss edərkən belə deyir: " Adətən, ildırım çaxandan sonra yağış yağır”.

Beləliklə, Sokratın xanımı Hantippin adı tarix kitablarına ən qəddar arvadlardan biri olaraq düşüb.

Fridrix Nitsşe — "Ax qadınlar! Ucanı ucaldır, alçağı alçaldırlar”. Alman filosof Fridrix Nitsşe qadınlar haqda hər zaman haqlı-haqsız tənqid etmiş, amma özü də qadınlardan uzaq dura bilməmişdi. Əvvəlcədən qeyd edim ki, Nitsşe evlilik təklifi etdiyi bütün qadınlardan birmənalı şəkildə "yox” cavabı alıb.

İlk dəfə 32 yaşı olanda Mat Haylda aşiq olan Nitsşe, ikicə dəfə onu gördükdən sonra məktub vasitəsilə ona evlənmək təklifi edib. O vaxtlar başqa adama aşiq olan xanım Nitsşenin təklifini rədd edib.

Bu hadisədən beş il sonra dahi mütəfəkkir 21 yaşlı Lou Von Salomla tanış olur. Salom öz hərəkətləri və söhbətləri ilə Nitsşeni ovsunlayır. Amma tez bir zamanda aşiq olan Nitsşe heç də cazibədar və cəlbedici olmur. Salom Nitsşenin evlilik təkliflərini hər dəfəsində rədd edir. İllər keçdikdən sonra Salom başqa biri ilə nişanlanır, Nitsşenin məhəbbət kitabı beləcə bağlanır.

Jan Pol Sartr-  "Əlbəttə ki, çirkin qadınlar var, amma mən gözəl olanları seçirəm”.

Simona de Bovuar — "Əri əldə etmək bir sənətdir, əldə saxlamaq isə bir vəzifə.
(səs: 4)
Şərhlər: 12
Baxılıb: 2 672
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri