Xəyanətim bağışlanacaqmı? (20-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 206
Səs ver:
(səs: 0)

Bir neçə saat keçsə də Nazlı hələ də Ümidi, onun dediklərini düşünürdü.


Nazlı: -Bu necə vicdan əzabıdı. Çox qorxuram çox((( nə bu xəyanətimin
yükünü ömrüm boyunca daşıya bilərəm, nə də onsuz yaşıya bilərəm.
Neyniyəcəm mən? ALLAHIM mənimi sınağa çəkirsən? Peşmanam həm də çox.
Əsəbləşdim, şeytana uydum. Ama nəolar bunun bədəlini onu itirməkle
ödətdirmə mənə İlahi. Bilirəm geci tezi dözməyib etiraf edəcəm ama
qorxuram. Yuxularında da ona işarə gösdərirsən ya RƏBBIM niyə axı?. Mənə
düzgün yol göstər((((


Dualarından Nazlını qapının döyültüsü ayıltdı. Cəld qapını açaraq şok vəziyyətdə:


Nazlı: -Papa sən burda neynirsən? Nə tez gəldin?


Mehdi: -Gəlmiyim doşan? İşim az oldu bu gün. Gəldim dostuma zəng edəcəm danışım 1 az.


Nazlı: -Yaxşı keç əllərvi yu mən yiməy gətirərəm indi.


Mehdi: -Yaxşı ama evvəlcə sən telefonunu ver ordan zəng edəcəm.


Nazlı qorxub həyəcanlanaraq telefonu Mehdiyə uzadır. Ürəyində sanki
bu müddət ərzində Ümid mesaj yazmasın, zəng etməsin deyə yalvarırdı.


Mehdi dostu ilə yarım saatlıq danışıqdan sonra zəngi sonlandırır. Tam
telefonu Nazlıya uzadacaqkən mesajın gəldiyini görür və açır:


''Canım mən dərsdəyəm. Dəhşət darıxmıwam sənin üçün. Sən darıxmamısan ayın üçün?''


Mehdi tam üzünü Nazlıya çevirib mesajı göndırınin kim olduğunu
soruşacaqkən Nazlının telinə zəng gəlir. Nazlı ard-arda şok yaşayırdı.
Necə hərəkət edəcəyini bilməzkən gözlərini Mehdiyə zilləyib onun
neyləyəcəyini izləyirdi. Mehdi mesajı 2-3 dəfə təkrar-təkrar
oxuduğundan, göndərənin kim olduğuna fikir verməmişdi. Zəng gəldiyində
isə ekranda ''Atamın Kürəkəni'' sözü onun azca da olsa üzünü gülümsətsə
belə, yenə də ciddi üz ifadəsi ilə:


Mehdi: -Nazlı kimdi bu?


Nazlı susur, gözlərini yerə zilləmişdi.


Mehdi: Hə? Səynənəm kimdi bu?


Nazlının ürəyi sıxılır, havası çatlşmlrdl sanki. Qorxu və utancaqlıq
hissi bir-birinə qarışmış, yanaqları qızarmışdı həyəcandan. Buda azmış
kimi ürək döyüntüləri daha da sürətlənmiş, yerindən çıxacaqdı sanki.


Nazlı ürəyində: -Qaçışım yoxdu etiraf etməliyəm. Ürəyimmm nəolar çox
döyünmə məni ələ vermə pis vəziyyətdə qoyma. Hələ yanaqlarım?! Lənətə
gələsiz niyə qızarırsız axı ?!


Nazlı dillənərək: -Məni isdiyən oğlandı.


Mehdi: -Kimdi nəçidi haralıdı başa sal görüm. Hardan tanıyırsan?!


Nazlı: -Xaçmazlıdı mənlə yaşıddı.


Mehdi: -Necə tapıb səni?


Nazlı yalan danışaraq: -Keçən yay mamagilnən bulvara gedəndə görüb. Gözəli tək görəndə nömrəmi almışdı.


Nazlı öz qulaqlarına, bunları necə etiraf etdiyinə hələ də inana bilmirdi.


Mehdi: -Nəise inanmağım gəlmədi. Bildiyimə görə xaçmazlılar şorgöz olur.


Nazli: -Yox O elə deyil


Mehdi Nazlıya çox düşkün idi. Qışqırıb qadağan qoymaqla onun içinə
qapanacağını, hətta özündən belə uzaqlaşacagını bildiyi üçün Nazlıya bir
şey deməmiş, telefonunu geri qaytarmışdı. Bəlkə də artıq Nazlının
böyüdüyünü görüb, bir tərəfdən də qızının düzgün seçim edəcəyinə
inanırdı.


Nazlı şok üzərinə şok yaşayırdı. Atasının qışqırıb aləmi bir-birinə
qatacağını, telefonunu, kompunu əlindən alacağını gözlərkən tam əksi,
Mehdi sakitcə suallar vermiş, telefonu da geri qaytarmışdı. Nazlı yenə
də hər ehtimala qarşı özünü bütün suallara hazırlaşdırırdı. Mehdi
düşünüb nəylərisə ağlına gətirər, yenidən sual atəşinə tutar deyə.


Nazlı: -Mən yeməy qızdırım.


Mehdi: -Gedim əllərimi yuyum mən də.


Nazlı çox utanmış, atasının üzünə necə baxacaq deyə düşünürdü ama dilaltı Ümidə də deyinməyi unutmurdu)))


Nazlı: -Ax Ümid axxxx yazdığı mesaja bax ayıymış. Tam ayısan elə
ayııııı!! Of nə hallara saldın məni necə baxcam indi papanın üzünə?


Nazlı yeməyi qızdırarkən fürsətdən istifadə edib Ümidin mesajına cavab yazır:


Nazlı: -Offf ölmüyəsən səni mesaj yazmağa vaxt tapdın?!!!


Ümid: -Nəolub??? Başa düşmədim


Nazlı: -Of nəolacaq papa işdən gəldi oxudu mesajıvı. Zəngividə gördü.


 Ümid:-Aha başdan danış görüm sora nəoldu?


Nazlı Ümidə hər şeyi danışdıqdan sonra:

Ümid: -Xaçmazlılar haqqında dediyi xoşuma gəlmədi
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 206
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri