Xəyanətim bağışlanacaqmı? (22-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 247
Səs ver:
(səs: 0)

Geci
tezi etdiyiniz səhv ya qarşınıza çıxıb üzünüzə vurular, yada vicdan
əzabından, dözməyib etiraf edilər. Heç bir sirr gizli qalmaz ancaq.
Nazlı da xəyanətini etiraf edəcəyini bilsə də dəqiq zamanı bilmirdi
daha. Çox düşünür, bəlkə də etiraf etmədən də ayrılmanın başqa yollarını
axtarırdı. Ümidin nifrətini qazanmadan, asan yoldan bir ayrılıq. Bu
asan kimi görünsə də baş verməsi demək olar ki qeyri-mümkün idi. Nazlı
çox gözəl bilirdiki Ümid çətin ondan ayrılsın. Təbii ki aralarında
xəyanət olmazsa. Aralarında danışdıqları vaxt yalnız tək ayrılma səbəbi
xəyanət ola bilərdi ki, bu da Nazlı tərəfindən baş vermişdi. Həyatının
ən çıxılmaz anlarını yaşayırdi Nazlı o an. Etiraf etsəydi əgər, Ümidi
itirməsi üzərinə bir də nifrətini qazanması dözülməz olardı onun üçün.
Son zamanlar, ələxsusda bu gün bu fikirləri edərkən, fərqinə varmadan
Ümidlə kobud danışır, onu acılayır, hətta ona yola getmədiklərini sakit
dillə başa salmağa çalışırdı ama əbəs yerə özünü yorduğunu da çox gözəl
görürdü. Ümid bu sonuncu davaya, Nazlının aqressivliyinə dözməyərək
söhbəti aydınlaşdırmaq üçün ona zəng edir:


Ümid: -Nəolub niyə beləsən? Ayrılmağı unut! Ayrılmırıq! Bəsdi tez-tez dedin bunu

Nazlı: -Çox ciddiyəm ayrılmaq istəyirəm. Alınmır. Yola getmirik. Daha çox davam etdirmək istəmirəm...

Ümid: -Nazlım!!! Mənimsən. Heç vaxt ayrılmıyacıyıq!

Nazlı ağlayaraq: -Bağışla sənin deyiləm. Ayrılacıyıq

Ümid: -Başa düşmədim necə yəni??? Hardan bilirsən?

Nazlı: -Eşitdiyin. Mən bilirəm!

Ümid: -Başa sal dedim!!! O nə deməydi indi?!!!

Nazlı: -Sənə 1 ay xəyanət etmişdim

Ümid: -Nə?! Necə?! Kimnən?!

Nazlı
ağlayaraq hər şeyi Ümidə olduğu kimi danışır. O, Ümidin səsini eşitdiyi
anda dözməyib, onun həqiqəti bilmə haqqına sahib olduğunu düşünərek hər
şeyi etiraf etmişdi. Ümid isə qulaqlarına inana bilmirdi. Sanki bu da
bir kabus olacaqdı, və o da bu kabusdan bu dəqiqəcə oyanacaqdı. Ama kaş
kabus olaydı da həqiqət olmayaydı deyə bir anlıq düşündü Ümid. Sən demə
bu günə qədər gördükləri yuxular həqiqət, Nazlının dedikləri yalan
imiş...

Ümid: ‘’Nazlı.... Özündən muğayat ol... Sağ ol’’ deyərək zəngi sonlandırır...


Bəli
Nazlı etiraf etmiş, ağır bir yükü çiyinlərindən götürmüşdü ama bu
acılar daha başlanğıc idi... Əvvəllər hər davalarında Nazlı ayrılaq
deyib Ümiddən küssə belə, uzun zaman onu itirmə qorxusunu bu gün
yaşadığı qədər yaşamamışdı. O an, o dəqiqəcə acı da olsa Ümidi itirmişdi
artıq. Ümidin onun həyatında olmamasını düşündükcə sanki xoşbəxtlikdən
parlayan dünyası bir andaca qaralmışdı. Durmadan ağlayır, etdiyi
günahının cəzasını ödəyirdi indi. 4 divar üstünə-üstünə gəlir, nəfəsi
kəsilib boğulacaqmış kimi olurdu sanki. Sözün məcazi mənasında yaşayan
ölüdən bir fərqi yox idi artıq. 


Ümidlə
danışığı bitirdikdən sonra ilk iş feysbuk hesabını dondurub, uzun
müddət telefonunu da sönülü saxlamaq olacaqdı. Guya bu yolla onu özünden
soyutmuş və özünü unutdurmuş olacaqdı ama boşuna...


Ümid
isə yaşadığı şokun təsirindən çıxa bilmirdi. Mələk Ümidin halının
pisləşdiyini gördükdə ürək dərmanı verərək oğlunu sakitləşdirməyə
çalışırdı. Ama heç bir dərman onun acısını susdura bilməzdi o an...


Xəyanət
bəzən sondur. Hər şeyə nöqtə qoyar. Bütün xəyalları, gələcəyə dair
qurduğun planları alt-üst edər. İnamını, güvənini itirərsən. Yenidən
düşünərsən hər şeyi. Tam başdan. Harada səhv etdim deyə. Ya hər şeyi
silib yeni səhifə açacaqsan, ya da bağışlamağı bacaracaqsan. Ümid
yenidən Nazlıya inanıb, güvənməyi bacaracaqdımı? O an sadəcə Ümid
düşünməli, qərar verməli idi. Bağışlayıb hər şeyə yenidən davam etməkmi,
yoxsa birdəfəlik yolları ayırıb, həyatında yeni səhifə açmaqmı.
Nazlısız 1 səhifə. Kim bilir bəlkə də bu səhifədə başqa sevgi, başqa bir
qızın adı yazılacaqdı. Ümidin sevgisimi qalib gələcəkdi ya qürürmu?
Zaman bu sualın da cavabını tezliklə verəcəkdi...


Ardı var...

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 247
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri