Zəhər qədər acı da olsa, həqiqət dərmanını için

Müəllif: guler19
Şərhlər: 16
Baxılıb: 853
Paylaş:
Səs ver:
(səs: 3)
Zəhər qədər acı da olsa, həqiqət dərmanını için.

Bir vaxtlar Uzaq Şərqdə bir imperator var idi. Artıq qocaldığı üçün yerinə bir adam seçmək istəyirdi. Ancaq nə övladlarından, nə də yaxınlarından ürəyinə yatanı yox idi. Bir gün imperator ölkəsindəki bütün gəncləri sarayına yığdı və "Artıq qocalmışam. Aranızdan birini imperator seçmək istəyirəım”, - dedi. Gənclərin təəccübləndiyini görən imperator davam etdi: "Bu gün hərənizə bir toxum verəcəyəm. Siz evlərinizə gedin o toxumu əkin. Bir il sonra da böyütdüyünüz toxumlarla yanıma gəlin. Mən də sizdən birinizi öz yerimə seçim”. Bu gənclər arasında Linq adlı biri də var idi. O da başqaları kimi toxumu götürdü. Evə gəlib hər şeyi anasına danışdı. Anası bir saxsı və bir az torpaq götürüb oğlu ilə toxumu əkdi. Sonra birlikdə toxuma qulluq etməyə başladılar. Ancaq nə qədər qulluq etsələr də, toxum cücərmirdi. O, vaxtdan üç həftə keçmişdi. Hamı toxumlarının necə böyüməyindən danışırdı. Ancaq Linqin saxsısı hələ də boş idi. Linq bundan çox təəssüfləndi. Ən çox da imperatorun onu bacarıqsız adlandırmağından qorxdu. Ancaq dostlarına heç bir şey demədi və səbirlə gözləməyə başladı. Nəhayət bir il sona çatdı. Bütün gənclər yetişdirdikləri gül-çiçəklərlə imperatorun hüzuruna gəldilər. Linq əvvəlcə boş saxsını aparmaq istəmədi. Ancaq anası ona cəsarət verib imperatorun yanına göndərdi. Linq boş saxsı ilə saraya üz tutdu. Saraya çatanda gördüyü gül-çiçəklərin gözəlliyi gözlərini qamaşdırdı. Sonra imperator gəlib bütün gəncləri salamladı. Linq isə imperator görməsin deyə arxada gizləndi. İmperator, "Çox gözəl gül-çiçəklər yetişdirmisiniz”, - dedi. Sonra əlində boş saxsı dayanan Linqi gördü. Tez mühafizəçilərindən onu yanına gətirməyi əmr etdi. Linq çox qorxdu və ürəyində "Yəqin ki, imperator bacarıqsızlığıma görə məni öldürəcək”, - deyə düşündü. Linqin əlindəki boş saxsını görən gənclər gülməyə başladılar. İmperator onları sakitləşdirdi. Linqdən adını soruşandan sonra üzünü gənclərə tutub, "Buyurun, yeni imperatorunuzu salamlayın. Onun adı Linqdir”, - dedi. Linq gözlərinə inanmadı. Çünki adi bir toxumu yetişdirə bilməyən bir adamdan necə imperator ola bilərdi? İmperator davam etdi: "Bir il əvvəl burada hamınıza bir toxum verdim. Ancaq o toxumlar adi toxumlar deyildi. Çünki hamısı qaynadılmışdı. Bu toxumlıardan heç bir şey bitə bilməzdi. Ancaq Linqdən başqa hamınız cürbəcür güllər, çiçəklər gətirdiniz. Çünki toxumunuzun böyümədiyini görüb onu başqası ilə dəyişdirdiniz. Təkcə Linq içərisində mən verdiyim toxum olan boş saxsını gətirdi. Buna görə də hamınızın içərisindən onu imperator seçdim”.

loading...
(səs: 3)
Şərhlər: 16
Baxılıb: 853
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Mrs.Kemale
cox gozeldi cox beyendim
30 iyul 2016 17:00
16
Heç kimin xarici görünüşündə qüsur axtarma. Unutma ki, hər kəsin rəssamı ALLAHdır!!!
Offline
lelos
çox gözel hekayedi
28 aprel 2015 00:02
15
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
SENSİZ
cox gozel hekayedi oxumusdum bu hekayeni sehv etmiremse usaqlarin kitabinda var idi
27 aprel 2015 22:43
14
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Offline
Meleknur
Mentiqlidi insan heyqeten aldatmaya onsuzda kimise aldadirsansa kimise yox ozuvu aldadirsan amma sen hemiwe ele.bilirsen ki onu kimise aldatmisan
27 aprel 2015 22:12
13
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Offline
Nezka
İbrətamiz hekayədi həmişə dürüstt olmağa çalışmışam
27 aprel 2015 21:08
12
İçimi görsən mənə aptek alarsan.
Offline
tek umidim sen
Bu hekayeni "Halalliq" basligi altinda oxumusdum... Hetta revayetine de qulaq asmisdim,cox ibretli hekayedi....
27 aprel 2015 20:49
11
Ne mutlu TÜRK'üm diyene!...
Offline
Zeynep_Fatih
xeberin bawliq adi cox menalidi.hekaye ozu de maraqli idi.tewekkurler 01
27 aprel 2015 20:25
10
Offline
Fialka
Maraqlı və bəziləri üçün ibrətli hekayədir. Hər zaman hər yerdə axırda düz əyrini kəsir. Bu faktdı və düzgün insan olmaq hər adamın işi deyil, onlar nəfslərini şeytana satmış kəslərdir...
27 aprel 2015 19:57
9
Offline
adsiz-a
Duz sozun yeri var,amma sozun duzunu deyande deillerki heyasizdi,yeke danwir
27 aprel 2015 19:56
8
Offline
rəmsə
Maraqlı hekayə idi.Hekayəni oxuyarkən sonunun necə olacağını tahmin etdim,bildim ki hökmdar əkinə yararlı toxum verməyib.Əlbəttə dürüstlük hər şeydən önəmlidir
27 aprel 2015 19:48
7
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
aliceWOnDer
Düz deyiblər ki , duzluk ən boyuk biclikdi
27 aprel 2015 19:28
6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
WiRiN BaLaM
oxumusdum bu hekayeni coxdan,,yenede oxudum gozel ibretli hekayedi twk
27 aprel 2015 19:21
5
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
sadecə mən
Bu hekayəni bilirdim.Təşəkkürlər.

Bu hekayənin mənası da elə bundan ibarətdir.Yalanın ömrü az olar.
27 aprel 2015 19:16
4
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
Offline
Dosta_inam
çox gözel hekayedir,düzlük her yerde lazimdir,düz olan adam heç vaxt uduzmaz heyatda.
27 aprel 2015 19:10
3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
BARBI
ibretamiz hekayedir yalanla hiyleyle qazanilmis her seyin omru azdir ne olur olsun her zaman dogru yolda olun dogru bildiklerinizi mudafie edin
27 aprel 2015 19:09
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
vipbetul
gozel ibretli hekayedi

gozel ibretli hekayedi
27 aprel 2015 18:50
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook