Əzraili ölüm döşəyində görən qız

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 4 459
Səs ver:
(səs: 8)
Yaşanmış hekayə.
Bu hekayə, həkim professor Xaliq Nurbakidən danışılan  gerçək bir xatirədir. O deyir..
- Mən 40 illik bir ankoloji həkim olaraq,  sayısız hadisələrlə qarşılaşdım, və bunları o hadisələrə şahid olanlarla birlikdə özəl bir arxiv düzəltdim. Bunlardan 1976-cı ildə yaşanmış bir hadisəni sizlərlə paylaşmaq istərdim. Ankologiyada baş həkimkən, Serap adlı gənc bir xanım xəstəm var idi. Bu xəstəm, xərçəngə tutulmuş, müalicə üçün başqa ölkəyə getməli idi. Bəzi səbəblərdən gedə bilməmişdi. Serap xanımın həkimi mən olaraq müayinə edirdim. Qısa zamanda yaxşlaşırdı.
Ancaq Serap xanımın da, digər ankoloji xəstələr kimi, 5 illik vaxtı çox diqqətli keçirməli idi.  
Bir iş qadını olan Serap xanım, 4 ildən sonra işi ilə əlaqədar İzmirə gedəsi olur. Qış ayı olduğu üçün, təyyarə ilə getməsinə icazə verdim.
Təyyarəyə bilet ala bilmədiyindən, məndən xəbərsiz mindiyi avtobusun qəz keçirməsi səbəbi ilə, 6 saat qədər yolda mahsur qalmışdı.
Qayıdanda qısa bir zamandan sonra, xərçəng, sümük və ağ ciyərlərinə yayılmışdır. Serap ağırlaşmışdı, davamlı oksigen aparatı işlədərək, söylədiyi hər kəlimədən sonra ağzını o cihaza yapışdıraraq nəfəs alırdı.
Evinə getdiyim gün, yenə güclə danışaraq,.
- Həkim mən sizdən incimişəm.
Nə üçün - deyə soruşdum.
-Siz dindar bir insanmışsınız. Nə üçün, Allahı, ölümü, axirəti mənə anlatmırsız?
Dini inanclarının çox zəif  olduğunu bildiyim üçün, bu təklifin qarşısında, olduqca təəccübləndim.
Onu üzməmək üçün, - həkimə getmək asandır. Pulun varsa istədiyin xəstəliyin müalicəsini ala bilərsən. Amma iman müalicəsi, üçün könüldən istəyin olmalıdır.
,,Mən istəyirəm,, mənasında başını tərpətdi.
Artıq ümidsiz bir tibbi müalicənin, yanınca, əbədi həyatın, əbədi səadətin resepti olan, iman dərsləri başlamış, dərslər tezləşdirilməli öyrətimə keçmişdir.
Anlatdığım iman həqiqətlərini, bütün ruhuyla dinləyir və arada bir sual verirdi.
Ölümünə bir həftə qalanda, ,,Həkim mən ölən vaxt nə söyləyim?,, -deyə sual verdi.
- Sənin vəziyyətin çox pisdir, kəlimeyi şəhadət çox gələr. O anı hiss edəndə, Muhəmməd (S) de sənə yetər.
O halı ilə yene təbəssüm edərək, başını tərpətdi. Ağrıları çox olduğu üçün, tez-tez morfi vururaraq yatırtmağa çalışırdım. Bir gün mən iş səyahəti səbəbiylə, bir müddət ziyarətinə gedə bilmədim. Qayıdanda anası mənə zəng elədi. Həkim Serap bir həftədir morfi vurdurmur. Səhərə qədər inildəyir, çox ağrı çəkir.
Tez yanına evə getdim, iynə vurdurmamağının səbəbini soruşdum. Aldığım cavabı hələdə unuda bilmirəm və yadıma düşdükcə, ürpənirəm...
- Ya morfinin təsiri ilə, ölümə yuxuda yaxalansam, və ya son nəfəsimdə Muhəmməd (S) deyə bilməsəm?
Serap belə bir xanım idi.
Bu arada məndən istixarə etməyimi və neçe gün ömrü varsa, son günü oyanıq qalacaq şəkildə morfi vurduracağını rica etdi..
Mən heç adətim olmayan halda, cümə gününə təsadüf edən o gecə, Serap xanımın acizliyi hörmətinə sandığım, istixarə etdim. Çərşənbə axşamına qədər yaşayacağına dair işarə sezdim, və ertəsi gün,qorxma iynəni vurdura bilərsən dedim. Serap bu vida bildirən son görüşməmizdə, son sualını da verdi..
- Həkim, ezrail mənə necə görünəcək?
Qızım dedim.. -  Obir mələk deyilmi? narahat olma o sənə layiq yaraşıqlı, prenses kimi gələcək.
Çərşənbə axşamı, Serapın ağırlaşdığın eşidincə tez ora getdim. Ancaq vəfatına çata bilməmişdim. Təbii ki ailəsi çox pərişan idi, sadəcə uzun müddət ona baxan dindar bir qadın, qohum idi, məni görcək yaxınlaşaraq..  
- Həkim bilirsiz, bir az bundan qabaq, möcüzə yaşandı. Serap bir saat qabaq,oksigen cihazını atdı, yataqdan qalxması imkansız olmasına baxmayaraq, qalxdı, abdəst aldi, iki rikət namaz qıldı. Bütün evdeki hər kəs dəhşətlə donub qaldılar.  Və kəlimeyi şəhadəti gətirərək, vəfat etməzdən bir az öncə də, - Həkimimə söyləyin, əzrail onun söylədiyindən də gözəl imiş...
(səs: 8)
Şərhlər: 13
Baxılıb: 4 459
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri